Icma.az
close
up
RU
Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi gücümüzə güc qatacaq Əli Məsimli

Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi gücümüzə güc qatacaq Əli Məsimli

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Dünya düzəninin getdikcə artan qeyri-müəyyənlikləri və kəskinləşən təlatümləri fonunda yeni çağırışlara dolğun şəkildə cavab verməkdən ötrü türk dünyasının fikirdə, dildə və işdə daha geniş planda birlik nümüyiş etdirməsi obyektiv tələbata çevrilib. Hazırkı geosiyasi şəraitdə birgə tarixə, mədəniyyətə, irsə və dilə malik qardaş türk xalqlarının bir araya gəlməsi və türk dövlətləri arasındakı birliyin gücləndirilməsi çox vacibdir.Türk dövlətləri arasında əlaqələrin genişlənməsi və dərinləşdirilməsi həm ölkələrarası,həm regional,həm də qlobal kontekstdə xüsusi əhəmiyyət kəsb edir.Belə bir şəraitdə Türk Dövlətləri Təşkilatı(TDT) türk dünyasının gələcək konturları,ortaq strateji hədəfləri və bu hədəflərə çatmaq üçün birgə fəaliyyət mexanizmlərinin müəyyən edilməsi baxımından çox münasib və perspektivli platformadır.Təşkilatın əsas hədəfi dostluğumuzu,qardaşlığımızı, həmrəyliyimizi gücləndirmək, regional və beynəlxalq səviyyədə birgə fəaliyyəti təşviq etmək və xalqlarımızın rifahı naminə türk dünyasının potensialından istifadənin səmərəliliyini hərtərəfli artırmaqdır.

Türk Dövlətləri Təşkilatının 2009-cu il Naxçıvan müqaviləsi ilə qurulmuş təşkilat kimi 16 illik fəaliyyəti,xüsusən də Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gəldikdən sonra yaranan yeni reallıqların təsiri ilə bu qurumun fəaliyyətində müşahidə olunan yeni meyllər və müsbət dinamika göstərir ki, onun gündəliyində mədəni və humanitar məslələrlə yanaşı,strateji təhlükəsizlik,enerji,nəqliyyat və loqstika kimi mühüm məsələlər də getdikcə daha çox dərəcədə yer almağa başlayıb.TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən XII Zirvə Görüşünün regional sülh və təhlükəsizlik məsələlərinə həsr olunması-bunun əyani göstəricisidir.

Qəbələdə keçirilən TDT XII Zirvə Görüşü bu quruma daxil olan dövlətlər arasında münasibətlərin yeni bir mərhələyə daşınması, eləcə də dünya düzənində türk dövlətlərinin yeri və rolunun artması baxımından dünyanın diqqətini cəlb edə bildi.TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən XII Zirvə Görüşü strateji geosiyasi hadisə kimi türk dövlətləri üçün əməkdaşlığın yeni istiqamətlərini müəyyən edilmsində irəliyə doğru çox mühüm addım oldu. Zirvə Görüşünün iştirakçıları bir daha türk dövlətləri arasındakı həmrəylik, qarşılıqlı hörmət və qardaşlıq ruhu nümayiş etdirməklə gələcəyə nikbin addımlarla irəlilədiklərini bidirdilər. Qəbələdə keçirilən TDT-nin XII Zirvə Görüşündə hazırkı dünya üçün çox aktual olan regional sülh və təhlükəsizliyə həsr olunması TDT-nin yeni geosiyasi reallıqlara uyğunlaşmağa qadir bir qurum olmasını nümayş etdirməklə yanaşı, həm də regional güc mərkəzinə çevrilmək niyyətini də əks etdirir. Bu,bir sıra dövlət və dairələri narahat etsə də, proses hədəfə doğru qətiyyətlə davam etdirilməlidir. Zirvə Görüşü göstərdi ki,TDT-yə üzv dövlətlər arasında inteqrasiya türk dövlətlərinin müstəqil inkişafını sürətləndirən əsas amillərdən birinə çevrilir.

Qəbələ Zirvə Görüşü göstərdi ki,TDT öz tərkibini genişləndirməyi, gücləndirməyi,Azərbaycan,Türkiyə,Qazaxıstan, Özbəkistan, Qirğızıstandan ibarət üzv dövlətlər və Türkmənistan,Macarıstan və ŞKTC-dən ibarət müşahidəçi statuslu dövlətlərlə yanaşı TDT+ formatını tətbiq etməklə daha geniş coğrafiyaya açılmağı hədəfləyir.XII Zirvə Görüşü həm də bir daha əyani şəkildə nümayiş etdirdi ki, Azərbaycanın türk dövlətlərinin yaxınlaşmasında çox böyük rol oynayır.Bütün bunlar göstərir ki,dünyanın yeni reallıqları şəraitində TDT beynəlxalq arenada münüm oyunçu kimi çıxış edə və üzv dövlətlərin maraqlarınn təmin edilməsində aparıcı rol oyanaya, regional təhlükəsizliyə, əməkdaşlığa,ən başlıcası üzv dövlətlərin əhalisinin rifahının yüksəlməsinə ciddi töhfə verə bilər.

Qəbələ Zirvə Görüşündə müzakirə olunan məsələlər arasında regional sülh və təhlükəsizlik məsələləri əsas yer tutmaqla yanaşı, ölkələr arasında ticarətin genişləndirilməsi,qarşılıqlı sərmayə qoyuluşlarının artırılması,enerji layihələri,logistika və sair bu kimi mühüm məsələlər də xüsusi yer tutdu. Bu kontekstdə Qəbələ Zirvə Görüşündə qeyd olunduğu kimi,Vaşinqtonda imzalanan Birgə Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş məsələsinin öz əksini tapması,Zəngəzur dəhlizi vasitəsi ilə həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyasının reallaşması Türk dünyasının quru nəqliyyat vasitəsi ilə birləşməsinə nail olmaq baxımından misilsiz əhəmiyyətə malikdir.Bu, türk dünyasını birləşirməklə dövlətlərimiz arasında əlaqələrin genişlənməsində mühüm rol oynayacaq.

Qəbələ Zirvə Görüşündə qəbul edilən birgə bəyanat, səsləndirilən fikirlər Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyəti üçün əhəmiyyətli istiqamətləri müəyyən edir.Bu baxımdan TDT-yə üzv dövlətlərin başçılarının öz çıxışlarında toxunduqları vacib qlobal və regional geosiyası məsələlər, səsləndirdikləri fikirlər və dünyaya verdikləri mesajlar böyük aktuallıq kəsb edir və maraq doğurur:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zirvə Görüşündəki çıxışında bildirdi ki: “Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün "Regional sülh və təhlükəsizlik" mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir” Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq Azərbaycan Prezidenti 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ”terrorizmdən qeyri-qanuni miqrasiyaya, kibertəhdidlərdən iqlim dəyişikliyinə qədər məsələlərdə ortaq mövqe ilə cavab verə biləcəyimizi, öz səma qübbəmiz altında öz təhlükəsizliyimizi gücləndirə biləcəyimizi düşünürəm.Nəqliyyat,enerji təhlükəsizliyi və ticarət inteqrasiyası sahələrindəki təşəbbüslərimizi də bu yanaşmanı tamamlayan hissələr kimi görürük.Aramızdakı enerji və rabitə əlaqələrini daha səmərəli hala gətirəcək layihə və investisiyalara diqqət yetirməyimiz hamımızın mənafeyinə uyğundur. Xəzər üzərindən keçən Orta Dəhlizi daha da səmərəli etməliyik.Cənubi Qafqazdakı hadisələri sadəcə izləməkdə qalmır, bölgədə sülh və sabitliyin bərqərar olması üçün atılan addımları səmimiyyətlə dəstəkləyirik. Azərbaycan və Ermənistan arasında 8 avqustda imzalanmış birgə bəyanatı bu istiqamətdə xeyirli bir addım kimi görür, davamının gəlməsini arzulayırıq.”

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib:“Dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadənin dediyi kimi, türk bir türklə düşmən ola bilməz.Türk dövlətlərinin yaxınlaşması üçün əlimizdən gələni edəcəyik.Türk xalqları hər zaman ortaq köklərlə bir-birinə bağlı olublar. Bu, həmrəyliyimizin aydın göstəricisidir.“Qazaxıstan TDT+ formatını təklif edir. Bu addım təşkilatımızın nüfuzunu daha da artıracaq. Eyni zamanda TDT nəzdində Kiber Təhlükəsizlik Şurasının yaradılmasını təklif edirəm.Xəzər dənizindəki vəziyyətin yaxşılaşdırılması istiqamətində birgə işləməliyik. Bu gün süni intellekt texnologiyalarından səmərəli istifadə etmək çox vacibdir. Rəqəmsal monitorinq mərkəzinin yaradılmasını təklif edirik. Həmçinin süni intellekt və innovasiyalar sahəsində təcrübə mübadiləsini və investisiya cəlbini təmin edəcək Rəqəmsal İnnovasiyalar Mərkəzinin yaradılmasını təklif edirəm.”

Türk dövlətləri həm təbii sərvət və həm də digər resurslar baxımnda dünyanın ən zəngin ölkələri sırasındadır.Mendeleyev cədvəlində olan sərvətlərin əksəriyyəti Türk dövlətləri ərzisində mövcuddur. Müstəqillik əldə etdikdən sonra yeni müstqil türk dövlətləri həmin potensialdan bəhrələnərək sosial-iqtisadi inkişaf sahəsində xeyli iş görüblər.Amma reallaşdırılması zəruri olan hələ xeyli imkan və görülməli işlər də var.Dünya əhalisinin 2 faizindən çoxunun yaşadığı Türk Dövlətlərinin dünya ÜDM-dəki payı cəmi 1,7 faizin ətrafında,müşahidəşi statusunda olan Türkmənistan,Macarıstanı və Şimali Kipri də nəzərə aldıqda 2 faizin üstündədir.Bu rəqəmlərin müqayisəsi digər şərtlərlə yanaşı, müasir çağırışlar kontekstində həm də türk dövlətlərinin potensialının reallaşdırılmasın yeni məzmun verilməsini tələb edir.Son illər baş verən hadisə, proses və kataklizmlərindən qaynaqlanan yeni geosiyasi reallıqlar, eləcə də Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə yaratdığı yeni situasiya və reallıqlar Türk dövlətlərinin tərəfdaşlığının daha dərin məzmunlu yeni keyfiyyət halına gətirilməsini obyektiv zərurətə çevirib. Son illər bu istiqamətdə həm strateji məzmunlu vacib səndlərin qəbul edilməsi, hüquqi təminatlar, həm də institusional, təşkilatı tədbirlər və sair baxımından xeyli məqsədyönlü iş görülüb.2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsi, eləcə də Türk Dövlətləri arasında strateji tərəfdaşlığa dair sazişlər və XII Zirvə Görüşünün "Regional sülh və təhlükəsizlik" mövzusuna həsr olunması buna əyani misaldır.

Dünya Banknın versiyasına görə, dünya ölkələrinin alıcılıq qabiliyyəti pariteti üzrə hesablanmış ümumi daxili məhsullarının həcminə görə 184 ölkə arasında Türkiyə 13-cü, Qazaxıstan-41-ci,Özbəkistan-59-cu, Azərbaycan-76-ci,Qirğzğstan 130-cu,Macarıstan-53-cü yerdədir.Həmin siyahıda Türkmənistanın alıcılıq qabiliyyəti pariteti üzrə hesablanmış ümumi daxili məhsulunun həcmi göstərilmədiyindən,bu göstəriciyə istinad edərək ümumiləşdirilmiş tam fikir söyləmək mümkün deyil.Dünya ölkələrinin ümumi daxili məhsullarının nominal həcminə görə BVF-in son açıqlamalarına görə isə Türkiyə 189 ölkə arasında 16-cı, Qazaxıstan-49-cu, Özbəkistan-62-ci, Azərbaycan-85-ci, Qirğzğstan 117-ci yerdədir. ÜDM-in nomnal cəhətdən toplam həcminə görə TDT-yə üzv dövlətlər isə birlikdə Rusiyadan sonra olmaqla 12-ci yerə, TDT-yə üzv dövlətlərlə yanaşı müşahidəki ststusunda olan Türkmənistan, Macarıstanı və ŞKTR-i da nəzərə almaqla isə Rusiya,Braziliya və Kanadanı üstələməklə 9-cu yerə uyğun bir mövqedədir. Ayrı-ayrı illərdə bəzi istisnalar olsa da,ümumiyyətlə götürdükdə türk dövlətlərində iqtisadi artım templəri qlobal artım tempindən yüksək olur. Türk dövlətləri nümayiş etdirdikləri ortalama artım tempini dünyanın orta artım tempindən yüksəkdə saxlamaq və daha da yüksəltmək, eləcə də buna davamlı xarakter verməklə, 2030-cu ildə dünya ölkələri sırasında toplam yerimizi 12-ci yerdən bir neçə pillə yüksəltməyə, birinci onluqda qərarlaşıb, pillə-pillə daha irəliyə getməyə, TDT-yə üzv dövlətlərlə yanaşı müşahidəki statusunda olan ölkələri də nəzərə almaqla isə 8-ci pilləyə qalxıb, sonrakı perspektivdə isə ondan da daha yüksək mövqeyə çatmağa qadir gücə malikdir.

Ortaq tariximizdən,etnik köklərimizdən,milli-mənəvi dəyərlərimizdən əvəzolunmaz xüsusi güc alan Türk Dövlətləri Təşkilatının regional və beynəlxalq səviyyədə nüfuzu sürətlə artır və ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.Ona görə də bəzi dövlətlər və dairələr Türk Dövlətləri Təşkilatının getdükcə güclənməsini böyük təhlükə sayır.Bu,bir daha onu göstrir ki,TDT ortaq strateji hədəflərinə çatmaqdan ötrü daha da güclənməlidir. Bundan ötrü digər məlum şərtlərlə yanaşı, ilk növbədə potensialımıza layiq səviyyədə yüksək templərlə inkişaf etməliyik.Bir sıra xalqlar,xüsusən də yaponlar qabaqcıl texnika və texnologiya ilə yanaşı,yapon sivilizasiyasını və dəyərlərini,öz qalxınmasında,sosial-iqtisadi tərəqqisində əsas hərəkətverici amilə-generatora çevirə bildiyi kimi,biz də türk sivilizasıyasını,milli dəyərlərimizi,dostluq,qardaşlıq və işbirliyimizi,strateji münasibətlərimizin daha da dərinləşməsini qalxınmamızda,ona davamlı xarakter verilməsində və sosial-iqtisadi tərəqqimizin sürətlənməsinin əsas hərkətverici amilinə-generatoruna çevirməliyik.Bu konteksrdə türk dövlətlərinin səmərəli inteqrasiya olunmuş vahid güc mərkəzi kimi çıxış etməsi bütün sahələrdə gücümüzə güc qatacaq.

Əli MƏSİMLİ,

Milli Məclisin deputatı,İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Oktyabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see248

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see200

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see168

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see163

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see160

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see150

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see141

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see139

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see136

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see134

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see130

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see129

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see129

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see127

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see125

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

25 Noyabr 2025 02:52see124

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see122

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see119

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri