Icma.az
close
up
RU
Türk dünyası ölkələrini daha çox yaxınlaşdıracaq dəhliz...

Türk dünyası ölkələrini daha çox yaxınlaşdıracaq dəhliz...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan iqtisadi inteqrasiyada iştirak etmək istəyir

Azərbaycanın yeni dünya nizamında mühüm rol oynaması, xüsusilə, iqtisadi-ticari imkanların genişləndirilməsi ilə bağlı potensialından istifadə etməklə yolların şaxələndirilməsinə töhfələr verməsi danılmaz faktdır. Son 5 ildə görülən işlər Cənubi Qafqaz, Mərkəzi Asiya və Kiçik Asiya geocoğrafi məkanında yeni - təhlükəsiz və iqtisadi perspektivi böyük olan bir mühitin yaranmasına gətirib çıxarıb. Yeni iqtisadi nizamın formalaşdığı bir zamanda Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət tapması, tanınması qlobal layihələrin bizim coğrafiyada təşəkkülünü təmin edən mühüm faktlardan birinə çevrilmə imkanını yaradıb. Enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə əməkdaşlıq daha da genişləndirilir - yeni mərhələdə qlobal inkişaf konsepsiyasının aparıcı coğrafi ünsürü kimi isə tranzit yolların şaxələndirilməsi ön plana çıxır. Bu mənada, Zəngəzur dəhlizi öz ətrafında əsaslı bir əhəmiyyət formalaşdıra bilir.

Ermənistan, Türkiyə, İran və digər ölkələr üçün fürsət...

Bu dəhlizin yaradılması Azərbaycanın milli və strateji maraqları çərçivəsindədir. Eyni zamanda, dəhlizin fəaliyyətə başlaması ilə regionun tranzit imkanları daha da genişlənəcək. Zəngəzur dəhlizinin yaradılmasında region dövlətləri ilə Azərbaycanın maraqları üst-üstə düşür. Xüsusilə, Orta Dəhlizin yeni seqmenti kimi Zəngəzur dəhlizi həm rentabelliyinə, həm də effektivliyinə görə mühüm əhəmiyyət daşıyır. Bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürə bilərlər. Zəngəzur dəhlizinin yaradılmasında ən mühüm məqamlardan biri isə türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi üçün yeni imkanların açıması ilə bağlıdır. Mərkəzi Asiyadakı türkdilli ölkələr Orta Dəhliz vasitəsilə Azərbaycanla bağlanıb. Orta Dəhlizin Zəngəzur qolu Mərkəzi Asiya dövlətlərini Türk dünyasının aparıcı ölkəsi olan Türkiyə ilə daha qısa məsafədə birləşdirmək fürsəti yaradır. Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda keçirilən ECO-nun 17-ci Zirvə görüşündə onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib ki, Cənubi Qafqazda sülh və sabitlikdən bütün tərəflər faydalanacaq: “Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin diplomatik çərçivəsi artıq razılaşdırılıb. 2024-cü ilin sonunda Brüssel, Moskva və Tbilisidə keçirilən danışıqlardan sonra sülh sazişinin yekun mətni razılaşdırılıb. Ermənistan əvvəlcə Zəngəzur dəhlizinə qarşı çıxıb, indi isə daha çevik mövqe nümayiş etdirir, iqtisadi inteqrasiyada iştirak etmək istəyir. Regionda inkişaf təkcə Azərbaycan üçün deyil, həm də Ermənistan, Türkiyə, İran və digər ölkələr üçün bir fürsətdir”.

Sülh regionda “iqlimi” dəyişəcək...

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Zəngəzur dəhlizinin əhəmiyyəti getdikcə artacaq və bütün region üçün yeni perspektivlər açacaq. Türkiyə Prezidenti Zəngəzur dəhlizini “geosiyasi və geoiqtisadi inqilabın bir hissəsi” adlandırıb. O əlavə edib: “Zəngəzur dəhlizinin açılması Orta Dəhliz üçün də strateji hadisə olacaq. Bu marşrutdan istifadə etməklə Türkiyə malları Mərkəzi Asiya ölkələrinə və Çinə daha tez bir müddətdə çatdırılacaq”. Türkiyə lideri Zəngəzur dəhlizinin təkcə avtomobil yolu ilə deyil, dəmir yolu ilə də yük axınını artıracağına diqqət çəkib. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması həm Qars-İğdır-Naxçıvan dəmir yolu xətti üçün stimul olacaq, həm də Azərbaycanın Qarabağ bölgəsinə investisiyaların artırılmasına imkan verəcək. O vurğulayıb: “Dünya dəyişir, bu şərait yeni addımların atılmasını tələb edir. Zamanla ayaqlaşmaq və potensialdan istifadə etmək vacibdir. Ermənistan və Azərbaycan arasında sülh sazişi regionda bütün “iqlimi” dəyişəcək və yeni imkanlar pəncərələri açacaq. Bu, münaqişələr və müharibələr səbəbindən uzun müddət istifadə olunmayan nadir faydalı qarşılıqlı fəaliyyət modelinin formalaşması üçün stimul yaradacaq”.

Türk dünyası üçün tarixi proses...

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının türk dövlətləri ilə əlaqələr üzrə sədr müavini Kürşat Zorlu Türkiyə və Azərbaycan liderlərinin dialoqunu iki ölkənin qardaşlığının sarsılmazlığı rəmzi adlandırıb. Partiya sədrinin müavini qeyd edib: “Prezident Ərdoğanın qeyd etdiyi kimi, Türkiyə ilə Azərbaycanı, sadəcə, dostluq deyil, möhkəm qardaşlıq əlaqələri birləşdirir. “Bir millət, iki dövlət” kəlamı xüsusi məna ilə zənginləşib. Ölkələrimiz tarixin ən kritik və mühüm məqamlarında dəfələrlə bir-birinə dəstək nümayiş etdirib”.

Siyasətçi bildirib ki, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan deyil, bütün region üçün yeni imkanlar yaradacaq. Onun paylaşımında qeyd olunur: “Bu marşrut təkcə geosiyasi deyil, həm də geoiqtisadi əhəmiyyətə malikdir. Zəngəzur dəhlizi Türk dünyası ölkələrini daha çox yaxınlaşdıracaq, həmçinin Orta Dəhliz üçün strateji stimul olacaq. Türkiyə Prezident Ərdoğanın rəhbərliyi ilə bu məqsədə çatmaq istiqamətində qətiyyətli səylərini davam etdirəcək. Zəngəzur dəhlizinin açılması üzrə atılan birgə addımlar həm Türkiyə, həm də bütün Türk dünyası üçün tarixi prosesdir”.

Müasir inkişaf mərhələsinin aparıcı amili...

Qeyd olunduğu kimi, Zəngəzur dəhlizi müasir tarixi mərhələdə olduqca vacib bir amil kimi çıxış edir. Həm Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolla gəliş-gedişin təşkili, həm Türk dünyasının əlaqələrinin inteqrasiya edilməsi, həm də qlobal Şərq-Qərb ticarət xətti üzərində yeni nəqliyyat dəhlizinin yaradılması müstəvisində Zəngəzur dəhlizi özünün potensial perspektivini yaradıb.

Zəngəzur dəhlizinin reallaşması birinci növbədə mühüm geocoğrafi situasiya formalaşdıracaq. Mərkəzi Asiya, Cənubi Qafqaz, Kiçik Asiya kimi mühüm iqtisadi gücü olan bölgələri birləşdirəcək dəhliz digər region ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir. Çünki dəhlizin Şimal-Cənub xətti ilə perpendikulyar şəkildə kəsişməsi ikinci xətt üzərində olan dövlətlərin də maraq dairəsini buraya istiqamətləndirir. Türkiyə Prezidentinin də qeyd etdiyi kimi, Zəngəzur dəhlizi ətraf dövlətlərin də iqtisadi maraqlarına cavab verən amil kimi çıxış edir. Bu səbəbdəndir ki, regional müzakirələrdə mütəmadi olaraq bu mövzuya müraciət edilir, məsələnin reallaşması üçün hər kəs öz fəaliyyətini ortaya qoyur.

Bizim birbaşa əlaqəmiz olmalıdır...

Eyni zamanda, Zəngəzur dəhlizinin açılması Azərbaycanla Naxçıvan arasında quru əlaqə formalaşdıracaq. Prezident İlham Əliyev bu ilin əvvəlində televiziyalara müsahibəsində vurğulayıb ki, biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar: “Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur”.

P. SADAYOĞLU 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 İyul 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri