Icma.az
close
up
RU
Qərbin Türk Dünyası ölkələrini hiylələrlə bir birindən ayırmaq cəhdlərinin qarşısı qısa zamanda alınacaq

Qərbin Türk Dünyası ölkələrini hiylələrlə bir birindən ayırmaq cəhdlərinin qarşısı qısa zamanda alınacaq

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci il aprelin 4-də Səmərqənddə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan liderlərinin və Aİ rəhbərliyinin iştirakı ilə Avropa İttifaqı və Mərkəzi Asiya ölkələrinin birinci sammiti keçirilib. İclasdan sonra tərəflərin bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə sadiqliklərini bir daha təsdiqlədikləri, xüsusən də BMT Təhlükəsizlik Şurasının 541 (1983) və 550 (1984) saylı qətnamələrini dəstəklədiklərini təsdiqləyən birgə bəyannamə qəbul edilib. Kipr və digər ölkələri bunu tanımamağa çağırıb. Bundan əvvəl, yanvar ayında Qazaxıstan Nikosiya (“Yunan” Kipr Respublikası) ilə səfirlərin mübadiləsi və səfirliklərin açılması barədə razılığa gəlib. Özbəkistan 2024-cü ilin dekabrında İtaliyadakı səfirini Kiprdə akkreditə etdi və bu, 1997-ci ildə əlaqələrin qurulmasından bəri adaya ilk belə diplomatik təyinat olub. Martın 31-də Türkmənistan da eyni addımı atdı və İtaliyadakı səfirini də Kiprdə akkreditə etdi.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Kipr adası tarixin bir çox dövrlərində Türklərə məxsus olub və Türk adası kimi fəaliyyət göstərib.

Kərəm Qarabulud

“1974-cü il sülh əməliyyatından əvvəl yunanlar soyqırım qırğınları törətdikdə Türkiyə sülh əməliyyatını həyata keçirdi və türklər ilə yunanlar adada iki ayrı ölkə olaraq yaşamağa başladılar. BMT və buna bənzər təşkilatlar və qərb ölkələri hər zaman Türkiyənin gücünü və təsirini zəiflətmək üçün səy göstərmişlər. Ən son Annan planına baxmayaraq, onlar hələ də yunanlara qarşı qoruyucu mövqe tutdular. Özbəkistanda keçirilən sammitdə qəbul edilən qərarın əsas məqsədi; “Parçala hökm et” fəlsəfəsi ilə yüksələn dəyər mövqeyində olan Türkiyəni və Türk Dünyasını ələ keçirməkdir. Amma nə Türkiyənin, nə də Türk Dünyası ölkələrinin bu tələyə düşəcəyini düşünmürəm. 15 noyabr 1983-cü ildə müstəqilliyini elan edən Şimali Kipr Türk Cümhuriyyəti həmin tarixdən müstəqil dövlətdir və müstəqilliyi hər zaman davam edəcəkdir. Bunun zəmanəti olaraq, Azərbaycan və Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi” kimi Türkiyə ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında mühüm bir bəyannamə imzalandı. Buna görə; Şimali Kipr Türk Cümhuriyyətinə edilən hücum Türkiyəyə hücum sayılır və Türkiyənin adada hərbi dəniz və hava bazaları qurmaq hüququ var. Bu səbəbdən Kipr adası Türkiyə ilə birlikdə görülməlidir. Türkiyəni də Türk Dünyası ilə birlikdə görmək lazımdır”-deyən professor qeyd edib ki, Qərbin Türk Dünyası ölkələrini müəyyən hiylələrlə bir-birindən ayırmaq cəhdlərinin qarşısı qısa zamanda alınacaq.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Aprel 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see233

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see149

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see140

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see128

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see121

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri