Icma.az
close
up
RU
Türk dünyası tələbələri üçün müsabiqə elan olunur

Türk dünyası tələbələri üçün müsabiqə elan olunur

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bizim ailəmiz Türk dünyasıdır” mövzusunda yazılan ən yaxşı 3 esse yazı mediada dərc olunacaq.

 “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində bir sıra işlərin görülməsi, o cümlədən Türkiyədə universitetlərdə təhsil alan türk dünyası tələbələri arasında “Bizim ailəmiz türk dünyasıdır” adlı esse yazı müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

Beləliklə, bu gündən müsabiqənin başlandığı elan edilir. CASCSEN-in Mətbuat xidmətindən verilən məlumata görə, müsabiqəyə təqdim edilən yazılar 450-500 sözdən ibarət olmalı, mövzunu əhatə etməlidir. Əsasən, tələbələrin türk dünyası ilə bağlı öz fikirlərinin, qənaətəlrinin ortaya qoyulması arzu olunandır və qaliblər də bu prinsip əsasında seçiləcək. Yazılar içərisində 3 ən yaxşısı qalib elan ediləcək. Qaliblərə plaket təqdim ediləcək, onlarla bağlı xəbər hazırlanacaq və həmin 3 yazı Azərbaycanın 2 aparıcı onlayn media orqanında dərc ediləcək.

Məlumatda o da deyilir ki, müsabiqəyə yazılar 10 may-10 sentyabr 2025-ci il tarixləri arasında qəbul ediləcək. Yazılar İctimai Birliyin [email protected] e-mail adresinə göndərilə bilər.
Əlavə məlumat almaq üçün +994552639944 WhatsApp nömrəsi əlaqə saxlamaq, yaxud yazmaq olar.

Bundan başqa müsabiqə yazıları Ankarada -Azaflı Sosyal Yardım ve Kültür Derneyi, həmçinin Uluslararası Diplomatik İlişkiler, Akademik Araştırmalar ve Eğitim Derneyi (UDİAD) , Eskişehirdə-Eskişehir Azərbaycanlılar Dərnəyi, Manisada – Manisa Azerbaycan Kültür ve Dayanışma Derneyi, İzmirdə-Qərbi Azərbaycan İcmasının (QAİ) Türkiyə ofisi və İzmir Azərbaycan Dərnəyinə də təqdim edilə bilər.
Bu dərnəklərin əlaqə nömrələri barədə məlumat almaq üçün +994552639944 WhatsApp nömrəsi əlaqə saxlamaq lazımdır.

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://azpost.info
archiveBu xəbər 07 May 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri