Icma.az
close
up
RU
“Türk dünyası üçün mühüm çağırışlar yaranıb”

“Türk dünyası üçün mühüm çağırışlar yaranıb”

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü türk ölkələrinin inteqrasiyası yolunda növbəti uğurlu addım oldu. Zirvə görüşü çərçivəsində liderlər önəmli görüşlər keçirdilər və aktual müzakirələr apardılar. Zirvə görüşündə liderlərin çıxışlarında üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini özündə ehtiva edən bir sıra mühüm mesajlar verilib”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, hazırda qlobal miqyasda sürətli transformasiyalar baş verir, dünya dəyişir, yeni nizam formalaşır: “Belə bir şəraitdə türk dünyası üçün də mühüm çağırışlar yaranıb. Zirvə görüşündə bu kontekstdə də müzakirələr aparılıb. Yüksəksəviyyəli təmaslar çox olduqca münasibətlərin dərinləşməsi üçün də daha geniş imkanlar yaranır. Artıq yalnız rəsmi deyil, eyni zamanda, qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirilməlidir”.

Millət vəkili xatırladıb ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi TDT-nın tarixində yeni bir başlanğıcdır. Bu ənənə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında həyata vəsiqə alıb. Belə ki, TDT-nın dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşü Türk dünyasının qədim şəhəri Şuşada baş tutub. Ötən ilin mayında isə bu formatda sammit Macarıstanda keçirilib. Keçən ilin oktyabrında isə Azərbaycanın Qəbələ şəhərində növbəti Zirvə görüşü reallaşıb.

Ümumiyyətlə, Azərbaycan TDT-nın güclənməsinə və onun funksionallığının artmasına davamlı töhfələr verir. Dövlətimizin başçısı Türk dünyasını vahid bir ailə kimi səciyyələndirib və bildirib ki, bizi başqa yerdə gözləmirlər. Qeyd edək ki, Türk birliyinin ideyadan reallığa çevrilməsində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olub. Biz qürur duyuruq ki, TDT-nın yaranmasına aparan yol Naxçıvandan başlayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. Sonradan bu platforma TDT-ə çevrilib. Sammitdə Prezident İlham Əliyevin dediyi kimi, bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir.

“Keçən ilin oktyabr ayında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir”, - deyə dövlətimizin başçısı vurğulayıb”.

Samir Vəliyev qeyd edib ki, hazırda bütün dünyanın nəzərləri türk ölkələrinin yerləşdiyi coğrafiyaya yönəlib: “Bu, ilk növbədə resurslarla və gərgin geosiyasi reallıqlar fonunda alternativ nəqliyyat bağlantılarına artan tələbatla bağlıdır. Azərbaycan və Mərkəzi Asiyadakı türkdilli ölkələr Avropa ölkələrinin resurslara artan ehtiyaclarını qarşılamaq iqtidarındadır. Eyni zamanda, bu coğrafiyadan hər cəhətdən əlverişli və təhlükəsiz olan nəqliyyat bağlantıları keçir. Yüklər Çin sərhədlərindən başlayan Orta Dəhlizlə Mərkəzi Asiyadakı Türk dövlətlərindən keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycana və buradan da Türkiyəyə ötürülməklə Avropaya çatdırla bilər. Əslində, bu marşrut Azərbaycan Prezidentinin siyasi qətiyyəti əsasında yaradılan müasir infrastruktur sayəsində artıq funksionaldır və daşımalar ilbəil artır. Ölkəmizin təşəbbüsü olan Zəngəzur Dəhlizinin açılması ilə Transxəzər marşrutunun daha bir qolu yaranmış olacaq.  Bundan əlavə, dövlətimizin başçısının çıxışında qeyd edildiyi kimi, rəqəmsal inkişaf sahəsində türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir. Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.

Eyni zamanda, yaxın günlərdə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu da təşkil ediləcək. Həmçinin, a Türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk dünyası həftəsi” də  iyun ayında Bakıda keçiriləcək. Cənab Prezident bu tədbirin xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcəyinə əminliyini bildirib.

“Məlumdur ki, Türküstan şəhəri türk xalqlarının qədimliyini özündə ehtiva edən mərkəzlərdən biridir. Zirvə görüşündə iştirak edən liderlər Türküstanda tarixi-mədəni məkanları ziyarət ediblər. Eləcə də, Türk Sivilizasiyası Mərkəzinin onlayn təməlqoyma mərasimində iştirak ediblər. Bu layihə türk xalqlarının zəngin tarixi, mədəni və mənəvi irsinin qorunub saxlanmasına, öyrənilməsinə və təbliğinə yönəlib. Ən qabaqcıl standartlara uyğun inşa ediləcək mərkəzin əsas ideyası türk sivilizasiyasının dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan böyük sivilizasiya olduğunu nümayiş etməkdir. Bütün bunlar türk dövlətlərini və xalqlarını daha da yaxınlaşdıran vacib amillərdir”,-deyə deputat vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 May 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri