Icma.az
close
up
RU
Türk dünyasını birləşdirən səslər: Qadınların bir araya gəlməsinin önəmi

Türk dünyasını birləşdirən səslər: Qadınların bir araya gəlməsinin önəmi

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

 Qazaxıstandan Türkiyəyə elm üçün yola çıxan Aidana Myrzabay ortaq bağları daha dərindən öyrənən, dillər və mədəniyyətlər arasında körpü qurmağa çalışan bir akademikdir. Hazırda Hacettepe Universitetində doktorantura təhsili alan Aidana türk dillərinə və tədrisinə olan marağının uşaqlıq illərindən necə formalaşdığını, türk dünyasında müşahidə etdiyi ortaq və fərqli cəhətləri, eləcə də qadınların akademik sahədə daha fəal olması üçün nələr edilə biləcəyini Demokrat.az-a bölüşüb.

Türk dünyasının fərqli bölgələrində doğulsaq da, bizi birləşdirən ortaq dəyərlər, mədəniyyət və tarix var”
-Bütün Azərbaycan xalqına hörmət və sevgilərimi çatdırıram. Mən Aidana Myrzabay Qazaxıstanlıyam. Hazırda Ankaradakı Hacettepe Universitetində Xarici Dil kimi Türk Dili Tədrisi ixtisası üzrə doktorantura təhsili alıram. Qazax Dili və Ədəbiyyatı üzrə məzun olmuşam. Bakalavr və magistratura təhsilimi Qazaxıstanda, Qazax Milli Qızlar Pedaqoji Universitetində Qazax Dili və Ədəbiyyatı ixtisası üzrə tamamlamışam. YTB (Yurtdışı Türkler ve Akraba Toplulukları) təqaüdçüsüyəm. Türk dünyasına və dillərinə marağım uşaqlıq illərimdən başlayıb. Xüsusilə, 2010-cu illərdə Qazaxıstanda türk serialları televiziyalarda yayımlanmağa başladı. Eyni zamanda, türk mahnıları da xalq arasında populyarlaşırdı. Bu serialları izlədikcə və mahnıları dinlədikcə içimdə bir maraq oyandı. Fərqinə vardım ki, bizim dilimizdəki bəzi sözlər və mədəni ünsürlər Türkiyə türkcəsinə çox bənzəyir, hətta bəziləri ortaqdır.

Bu oxşarlıq və ortaq cəhətlər, məni bu sahəyə yönləndirdi”

 

-Qazaxıstanda qazax dili müəllimi olaraq çalışırdım. Qazax dili Qazaxıstanda iki kontekstdə öyrədilir: biri ana dili kimi, digəri isə ikinci dil kimi. Qazaxıstanda yaşayan digər etnik qruplar üçün qazax dili ikinci dil kimi tədris olunur. Bu səbəbdən, qazax dilini ikinci dil kimi öyrənməyə yönəlməyim, dil tədrisinin daha effektiv hala gətirilməsini araşdırmağıma səbəb oldu. Bu proses, eyni zamanda yeni tədris metodlarına və texnikalarına olan marağımı artırdı. Magistratura təhsilimi alarkən Mevlana Proqramı vasitəsilə Türkiyədə olma fürsətim oldu. Bu dövrdə, Türkiyədə türk dili tədrisi ilə bağlı məlumat əldə etməyə başladım. Burada təhsil alan xarici tələbələrin türk dilini necə daha effektiv öyrəndiyi haqqında düşünməyə başladım. Türkiyənin dil tədrisi sahəsindəki inkişafı və tətbiq olunan metodları öyrənmək istəyim məni türk dili tədrisi sahəsinə yönləndirən əsas səbəblərdən biri oldu.

Bu, türk dili tədrisinə və dil təhsilinə olan marağımı daha da dərinləşdirir”
-Öz sahəmdə doktorantura təhsili almaq mənim üçün böyük bir addım və şəxsi inkişaf yoludur. Türk dili tədrisi kimi əhəmiyyətli və sürətlə inkişaf edən bir sahədə dərin biliklərə sahib olmaq, həm akademik, həm də peşəkar baxımdan məni daha yetkin edəcək. Bu proses təkcə nəzəri bilik əldə etməyimə deyil, eyni zamanda tədris metodları, dil qazanımı və mədəni qarşılıqlı təsir kimi mövzularda praktik biliklər qazanmama da imkan yaradır. Bundan əlavə, doktorantura təhsili mənə araşdırma aparmaq və öz fikirlərimi akademik müstəvidə ifadə etmək imkanı verir. Eyni zamanda, Qazaxıstan və Türkiyə arasında bir körpü yaradaraq beynəlxalq səviyyədə təsirli bir pedaqoq və tədqiqatçı olma yolunda irəliləməyə imkan yaradır.

Türk dünyasında qadınların akademik sahədə getdikcə daha çox yer aldığını müşahidə edirəm”
-Beynəlxalq səviyyədə təşkil edilən konfranslar və seminarlar bu əməkdaşlığı gücləndirən mühüm platformalara çevrilib. Bu cür tədbirlərdə Türk dünyasının müxtəlif yerlərindən qadınlar bir araya gələrək müxtəlif mövzularda təqdimatlar edir və bir-birləri ilə bilik və mədəniyyət mübadiləsi aparırlar. Bu kimi tədbirlərin sayının artırılması qadınların səslərinin daha çox eşidilməsinə və daha çox təsir göstərmələrinə kömək edəcəkdir. Bundan əlavə, onlayn platformalarda təşkil ediləcək tədbirlər qadınların iştirakını artırmağa kömək edə bilər. Çünki bu cür tədbirlər zaman və məkan məhdudiyyəti olmadan daha çox qadına çatmaq imkanı yaradır. Beləliklə, qadınların akademik sahəyə töhfələrinin artmasına və daha fəal şəkildə iştirak etmələrinə şərait yaradılacaq.

Türk dillərindən bir neçəsinə ümumi olaraq bələdəm
-Türk dillərini bilirəm. Lakin hamısını tam şəkildə bildiyimi deyə bilmərəm. İlk olaraq rəsmi şəkildə türk dilini öyrəndim, amma Cənubi Qazaxıstandan olduğum üçün əvvəlcədən özbək dilinə müəyyən dərəcədə aşinalığım var idi. Qırğız dili də qazax dili ilə eyni dil ailəsinə aid olduğu üçün qırğız dostlarımla rahat ünsiyyət qura bilirəm. Mənə ən yaxın olan türk dilləri hazırda özbək və qırğız dilləridir. Çünki bu dillər qrammatik baxımdan oxşarlıq təşkil edir və bu səbəbdən onları başa düşmək daha asandır. Türkmən dili isə mənim üçün bir qədər çətin olub. Türkmən dilindəki “s” və “z” səsləri danışıq zamanı başa düşməyimi çətinləşdirən amillər arasındadır.

Türküstan türk dünyasının vətəndaşlarının mütləq görməli olduğu bir yerdir

-İndiyə qədər bir neçə Türk ölkəsində olmuşam. Qazaxıstanda doğulduğum və Türkiyədə yaşadığım üçün bu ölkələri hesaba qatmıram. Qırğızıstan, Özbəkistan və Naxçıvanı gəzib görmək fürsətim olub, amma hələlik Türkmənistana getmək imkanım olmayıb. Hər bir Türk ölkəsinin özünəməxsus xüsusiyyətləri, atmosferi və tarixi abidələri məni dərin təsirləndirib. Doğulduğum Qazaxıstanın Türküstan şəhəri mənim üçün xüsusi əhəmiyyət daşıyır. Burada Xoca Əhməd Yəsəvinin türbəsi yerləşir və bu türbə təkcə Qazaxıstan üçün deyil, bütün türk dünyası üçün böyük mənəvi dəyərə malikdir. Türküstanın yaxınlığında yerləşən qədim Otrar şəhəri də məni dərin təsirləndirmişdi. Otrar Əl-Fərabinin doğulduğu və keçmişdə mühüm mədəniyyət və ticarət mərkəzi olmuş bir yerdir. Özbəkistanda Səmərqənd, xüsusilə Əmir Teymurun təsiri ilə formalaşmış tarixi abidələri və mədrəsələri ilə mənə böyük təsir bağışlamışdı. Səmərqəndin zəngin tarixi və memarlığı, Türk dünyasında gördüyüm yerlər arasında mənə ən çox ilham verən məkan oldu. Qırğızıstana gəldiyimdə isə Bişkek şəhəri mənim üçün çox xüsusi bir yer oldu. Almatıya çox bənzədiyi üçün Qırğızıstana ayaq basanda özümü yad bir ölkədə hiss etmədim. Şəhər həm mədəni, həm də gündəlik həyat baxımından mənə tanış gəldi. Xüsusilə Stalin qətliamı dövründə qətlə yetirilən qırğız aydınlarının dəfn edildiyi Ata-Beyit tarixi abidəsi məni dərin sarsıtdı. Ata-Beyit təkcə bir abidə deyil, həm də xalqın dirənişini və müstəqillik uğrunda mübarizəsini simvolizə edən müqəddəs bir yerdir. Nəticə etibarilə, Türk dünyasında ziyarət etdiyim bu yerlər təkcə tarixi öyrənmək üçün deyil, həm də mədəni bağları hiss edə bilmək baxımından çox dəyərlidir. Türküstan, Səmərqənd, Otrar və Bişkek kimi şəhərlər tarixi irsləri ilə Türk dünyasının zəngin mədəniyyətini əks etdirən və mütləq ziyarət edilməli olan məkanlardır.

Hər xalqın həyat tərzi, gündəlik yaşayışı və sosial quruluşu da fərqliliklər göstərir”

-Türk dünyasını gəzdikcə, həqiqətən də bir çox ortaq və fərqli cəhətlərlə qarşılaşdım. Ortaq cəhətlərə baxdıqda, hər bir Türk xalqının qonaqpərvərliyi, səmimiyyəti və ənənəvi dəyərlərinə nə qədər bağlı olduqlarını müşahidə etdim. Hər birində dərin tarixi və mədəni irs mövcuddur. Dil, adət-ənənələr və mədəni rituallar baxımından bir çox oxşarlıqlar var. Məsələn, Orta Asiyada təbiətlə iç-içə yaşamaq mədəniyyəti daha çox hiss olunur. Bundan başqa, bizim və Türkiyənin mətbəx mədəniyyətinin bir-birindən xeyli fərqləndiyini deyə bilərəm. Amma hər xalqın özünəməxsus yaşam tərzi olsa da, bu fərqliliklər bir arada yaşamağımıza mane olmur. Əksinə, bu müxtəlifliklər Türk dünyasının zənginliyini və rəngarəngliyini formalaşdırır.

Qadınların bir araya gələrək təcrübələrini, uğurlarını və çətinliklərini paylaşa biləcəyi platformalar yaratmaq çox önəmlidir

-Bu ünsiyyətin sosial və akademik sahələrdə daha çox təşviq edilməsi vacibdir. Bundan başqa, qadınlar arasında empatiyanın inkişaf etdirilməsi, onların bir-birlərini daha yaxşı başa düşməsinə kömək edəcəkdir. Eyni zamanda, iş dünyasında qadınların liderlik mövqelərinə gəlməsi və bir-birinə mentorluq etməsi də bu ünsiyyəti gücləndirəcəkdir.

Ayan Rzayeva
Demokrat.az
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Mart 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri