Icma.az
close
up
RU
Türk dünyasının ağsaqqalları Şimali Kiprdə Nələr müzakirə edildi...

Türk dünyasının ağsaqqalları Şimali Kiprdə Nələr müzakirə edildi...

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının 17-ci toplantısı keçirilib.

Modern.az-ın məlumatına görə, görüşdə TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım, TDT-nin baş katibi Kubanıçbek Ömürəliyev, ev sahibi qismində ŞKTR ağsaqqalı İsmayıl Bozkurt, Azərbaycan ağsaqqalı Həsən Həsənov, Qazaxıstan ağsaqqalı İkram Adırbek, Qırğızıstan ağsaqqalı Apas Jumagulov, Özbəkistan ağsaqqalı Sadıkcan Turdiyev və təşkilatın müxtəlif orqanlarının nümayəndələri iştirak ediblər.

TDT Ağsaqqallar Şurasının rəhbəri Binali Yıldırım toplantının ŞKTR-də keçirilməsinin xüsusi mənası olduğunu vurğulayıb. Onun sözlərinə görə, ŞKTR 2022-ci ildə Səmərqənd Sammitində TDT-nin müşahidəçi üzvü statusu əldə etdikdən sonra təşkilat daxilində fəal iştirak edir. Yıldırım, həmçinin ŞKTR-nin bu il “TEKNOFEST” aviasiya, kosmos və texnologiya festivalına ev sahibliyi etdiyini xatırladıb və bu festivalın Türkiyənin texnologiya və müdafiə sənayesindəki inkişafını nümayiş etdirdiyini qeyd edib.

Yıldırım çıxışında Türk dünyasının ortaq layihələrinə yeni güc və impuls qazandırmağın vacibliyini vurğulayıb. O, Bişkek Zirvəsində “Hər kəs üçün təhlükəsizlik” şüarı altında Türk Dünyası 2040 vizyonunu həyata keçirəcək 16 mühüm sənədin imzalandığını bildirib.

Xüsusilə Orta Dəhlizin əhəmiyyətinə toxunan Yıldırım bu nəqliyyat marşrutunun Şərq-Qərb ticarətində vaxt və xərc baxımından önə çıxdığını, tarixən də mühüm rol oynadığını deyib. Onun sözlərinə görə, Orta Dəhlizin səmərəli istifadəsi Türk dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirəcək, rifahı artıracaq və enerji təhlükəsizliyinə töhfə verəcək.

Binali Yıldırım bölgədəki TDT üzvü ölkələrin zəngin təbii qaz və karbohidrogen ehtiyatlarına malik olduğunu xatırladaraq, son illər iqlim dəyişikliyinin yaratdığı problemlərin daha qabarıq hiss olunduğunu vurğulayıb. O, bu kontekstdə Azərbaycanın paytaxtı Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə COP29 konfransında bu məsələlərin geniş şəkildə müzakirə olunduğunu bildirib.

Yıldırım TDT-nin 20–22 may tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək qeyri-rəsmi liderlər zirvəsinə də toxunaraq, burada Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna üzv olması, Türkmənistanın isə Türk Akademiyası və eyni fonda müşahidəçi üzv qismində qəbul olunmasının gözlənildiyini deyib.

Toplantıda ortaq türk əlifbası layihəsinin yekunlaşdığı və 34 hərfdən ibarət sistemin üzv dövlətlərə təqdim edildiyi açıqlanıb. Binali Yıldırım həmçinin ortaq türk tarixinin yaradılmasının vacibliyini qeyd edib və bu tarixin bütün ortaq dəyərləri əhatə etməli olduğunu bildirib.

Yıldırım çıxışının sonunda Şimali Kiprdə Ağsaqqallar Şurasının toplantısının keçirilməsinin, son zamanlarda Şimali və Cənubi Kipr üzərindən TDT-yə yönəlmiş təbliğatlara ən güclü cavab olduğunu vurğulayıb. Toplantı mətbuata qapalı şəraitdə davam edib və burada təşkilatın fəaliyyətlərinin qiymətləndirilməsi, yeni yol xəritələri, ortaq tarix, ortaq əlifba və aşağı orbitli peyk texnologiyası kimi məsələlər müzakirə olunub.

Ağsaqqallar Şurası, TDT-nin Zirvə və Xarici İşlər Nazirləri görüşlərindən sonra üçüncü ən yüksək qərarverici orqan sayılır. Onun 17-ci toplantısının məhz Şimali Kiprdə keçirilməsi Türk dünyasının həmrəyliyi baxımından simvolik əhəmiyyət daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 May 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri