Icma.az
close
up
RU
Türk dünyasının çağdaş xocası

Türk dünyasının çağdaş xocası

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fikrət Türkmən – 80

Anadolu torpaqlarının hər qarışının nə qədər sevimli və əziz olmasının sübuta ehtiyacı yoxdur. Türk dünyasının Binəli Ildırım, Əli Kafkasiyalı, İlbər Ortaylı, Mətin Arıkan, Seyid Əhməd Arslan, Murat Qaraçanta kimi tanınmışları ilə ünsiyyətim bu sevgini dəfələrlə artırıb. Həmin sırada adını qürurla çəkdiyim bir insan da var: Fikrət Türkmən!

Uzun illər Egey Universitetinin təkcə professoru və ünlü bir elmi mərkəzinin rəhbəri yox, həm də qurucusu olan Fikrət Türkmənin həyatı da tədqiqat sahəsi olan folklor qədər zəngin və maraqlıdır. Hər biri 400–450 səhifə olan “Türk dünyası eposları”nın 100 cilddə hazırlanması, uzun illərdən bəri, dünyanın hər yerindən gətirdiyi və ona bağışlanan 30 min nüsxədən çox əsərin toplandığı “Fikrət Türkmən kitabxanası” alimin nağıl ömrünün maraqlı səhifələridir. Sovetlərə hələ kecən əsrin 70-ci illərdə gələn, yasaqları aşan ilk insanlardan biri olub Fikrət əfəndi. Amma burada da həyatı macəralardan uzaq olmayıb: “Rusiyada, Azərbaycanda, Özbəkistanda, Qazaxıstanda və Qırğızıstanda oldum. Soyadım Türkmən olduğundan, mənə Türkmənistana getməyə viza vermədilər”.

Fikrət xocanın ömrünün daha bir şərəfli səhifəsi Egey Universitetində Türk Dünyası Araşdırılması İnstitutunun yaradılması ilə bağlıdır. Əslində bu arzunun həyata kecməsi də bir folklor tarixcəsinə bənzəyir. Fikrət xoca deyir ki, bir dövlət tədbirində baş nazir Bülənd Ecevitə yaxınlaşıb kömək istəməyi qərarlaşdırdım. Mən onunla ilk dəfə Bakıda görüşmüşdüm, “İnturist” (indiki “Hilton”) otelində, hətta Türk Dünyası ilə bağlı bir mərkəzin yaradılması haqqında fikir və arzularımı da söyləmişdim. Çox səmimi, ədəbiyyata, sənətə qiymət verən bir insan idi. Bülənd bəyə yaxınlaşdım, heç fikrimi deməyə macal vermədi, Bakı görüşümüzü yada saldı və layihəm barəsində soruşdu. Çox qısaca, vəsait olmadığından bina inşa edə bilmədiyimizi söylədim. Nə qədər vəsait lazım olduğunu soruşdu. İlkin hesablamalarımıza görə, 50 milyon türk lirəsi lazım olacağını bilirdim, amma 75 milyon söylədim. Təqdim etdiyim vizit kartımın arxasına 75 milyon lirə yazdı və köməkçisinə verərək, “Sabah mütləq yadıma sal” – dedi. Mənə baxaraq, “Paran bir gün sonra universitetdə olacaq, Fikrət bəy”, – dedi. Düzü, görüşdən məmnun olsam da, tərəddüdlərim qalmaqda idi. İki gün sonra rektorluqdan bir zəng gəldi: “75 milyon paranız gəlib, təyinatı da göstərilib: Türk Dünyası Araşdırmaları İnstitutunun tikintisinə”. İndi də o anları xatırlayanda kecirdiyim həyəcan və duyğuları ifadə etməkdə cətinlik çəkirəm...

Beləcə, institut üçün yer ayırdılar, binanın tikintisinə başladıq, indi Türk Dünyası Araşdırmaları və Sosial Elmlər İnstitutunun yerləşdiyi binanı inşa etdik. Ayrılan vəsaitin hamısını ala bilməsək də, nəyəsə nail ola bildik. Yeri gəlmişkən, başda rəhmətlik Ecevit olmaqla bu işdə zəhməti olan keçmiş təhsil nazirimiz Köksal Topdan, o zamankı rektorumuz Sermet Akgün, YÖK baş katibinin müavini İsmət Atik kimi xeyirxahları yad etməyi mənəvi borcum hesab edirəm, ölənlərə rəhmət, qalanlara can sağlığı arzulayıram”.

Azərbaycanla əlaqələrindən danışan Fikrət bəy deyir ki, elmi fəaliyyətində Azərbaycanın töhfələri unudulmazdır. “1992-ci ildə Bakı Dövlət Universitetində mənə “Faxri doktor” adı verildi, onlarca təltifə sahib olsam da, o anlarda çox həyəcanlı idim. Türkiyə Prezidenti Süleyman Dəmirəl “Türk Dünyasına xidmət” mükafatını təqdim edəndə o hissləri yenidən yaşadım. Dostlarla ara-sıra zəngləşir, hal-əhval tuturam. Onların böyük bir qismi – Rəsul Rza, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Tofiq Hacıyev, Ramiz Əskər həyatda olmasalar da, xatirələri mənim üçün əzizdir. İsa Həbibbəyli, Kamal Abdulla, Anar, Elçin, Əsgər Rəsulov, Oqtay Səmədov, Muxtar İmanov, Adil Çəmil, Rüstəm Behrudi, İntiqam Qasımzadə və adlarını unutduğum dostlarım… salamlarımı çatdırmağı xahiş edirəm”...

İzmirə hər yolum düşəndə Afiq Bərdəli, Asif Kurban, Murad Qaraçanta, Zəki Hözər, Müge Eldən, Güzfən Diləmrə, Atif Akgün, Pınar Fədəkar ilə görüşməyi mütləq planlayıram, amma bu sirada yaddan çıxmayan bir insan var: Fikrət Türkmən – türk dünyasının çağdaş xocası. Egey bölgəsinin tarixini səhifə-səhifə vərəqləyən, mənə də İzmirdəki qazax və özbək köylərini tanıdan və sevdirən böyük kişı.

Son dəfə bu ilin əvvəlində İzmirdə olarən onunla görüşə bildim, sonarkı telefon əlaqələrində söylədiklərindən bir az qayğılandım da: bir gözü əməliyyat olunmuşdu, şəfalar dilədim. Maraqlı bir xəbəri isə Azərbaycandan, Qarabağ Universitetinin professoru Ürfət Nuriyevdən aldım: Egey Universiteti mayın 7-də Fikrət Türkmənin 80 yaşını qeyd edir, Azərbaycana da müraciət ünvanlanıb...

Maraqlı söhbət və lətifələri ilə bütün dostlarının qəlbində heykəlləşən və yaradıcılıq eşqi tükənməyən, Fikrət Türkmən, 80 yaşınız mübarək!

Namiq ƏHMƏDOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see442

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see268

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see236

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see235

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see216

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see216

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see214

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see211

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see203

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see203

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see200

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see198

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see195

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see194

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see192

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see191

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see189

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see187

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see175

Bakının çox sayda küçəsində qaz olmayacaq ÜNVANLAR

02 Oktyabr 2026 08:52see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri