Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

HOROVLUYA QAYIDIŞ BİZİM HƏYATIMIZI DƏYİŞDİ

HOROVLUYA QAYIDIŞ BİZİM HƏYATIMIZI DƏYİŞDİ

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Məcburi köçkünlük dövründə öz yurd-yuvasından didərgin düşmüş bir milyona yaxın insanın hansı əzab-əziyyət  çəkdiyini  bir onlar, bir də Allah bilir.  Amma onlar nə Allahdan, nə də ölkə prezidentindən ümidlərini üzməmişdilər və bilirdilər ki, nə vaxtsa öz doğma  yurd-yuvalarına dönəcəklər.1993-cü il avqustun  23-də Füzuli və Cəbrayıl rayonları erməni ordusu tərəfindən işğal  olundu. Bax, onda Cəbrayılın sakinləri də öz dədə-baba yurdlarından çıxmağa məcbur oldular. Gücləri çatanlar Horadiz-Füzuli yolu ilə hərəkət edib İmişliyə, Saatlıya və Sabirabada gəldilər. Təbii ki, o ağır, o çətin gündə insanlara Azərbaycan dövləti öz köməkliyini  göstərdi. Yəni yurd-yuvalarından didərgin düşmüş cəbrayıllılarla yanaşı, digər rayonlardan olan  məcburi köçkünlər də bir neçə həftənin  içində İmişli, Sabirabad, Şirvan və digər  yaşayış məntəqələrində yerləşdirildilər. Üstəlik də yerli əhali onları çox böyük sevgiylə, doğmalıqla qarşıladı. 

Əlbəttə, 30 ildən çox el-obadan ayrı düşmək, çətin vəziyyətdə yaşamaq elə də asan deyildi. Çünki yaşlı, xəstə insanlar əzab-əziyyətə dözmür, ya ağırlaşır, ya da dünyalarını dəyişirdilər. Amma bayaq dediyimiz kimi, bəzən yaşlı nəslin arasında da çox iradəsi möhkəm olan adamlar vardı. Məsələn, Cəbrayıldan olan Nəsib Babayev deyirdi ki, yaşımın bu çağında olmağıma baxmayaraq, mən qərib yerdə deyil, öz Vətənimdə öləcəm. Oranı gedib görüb, sonra rəhmətə gedəcəyəm.

Aydındır ki, inamlı və güclü insanlar hər cür çətinliyə, hər cür sıxıntıya və hər cür problemə qalib gəlməyi bacarır. Sadəcə bunun  üçün insanda fil səbri və bir də özünə inam olmalıdır. 

2020-ci ildə 44 günlük İkinci  Qarabağ savaşından sonra böyük qələbəmiz imkan verdi ki, yenidən tikilmiş, inşa edilmiş rayonlarımıza köç getsin. Əlbəttə, bunu etmək üçün ölkə prezidenti cənab İlham Əliyev çox böyük işlər həyata keçirdi. Ərazi bütövlüyümüzü təmin etdirdi və işğaldan azad olunan bütün rayonlarda yeni yaşayış binaları, məktəblər, uşaq bağçaları, infrastruktur və hər cür şəraiti olan müasir tipli binalar inşa  olundu.  Heç şübhəsiz, dövlətimizin bu cür böyük addımı və insanpərvərliyi yurd-yuvasından didərgin düşmüş insanların yaddaşından heç vaxt silinməyəcək. Qısa müddətdə  Zəngilanın Ağalı kəndində ən müasir tipli və bütün infrastrukturu olan ağıllı kənd salındı. Sonra Füzulidə, Ağdamda, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında unikal və qeyri-adi bir  yaşayış məntəqələri inşa edildi və əhalinin, daha doğrusu, məcburi köçkünlərin  istifadəsinə verildi. 
Bir neçə gün  bundan əvvəl isə Cənab prezident İlham Əliyevin iştirak etdiyi Cəbrayıl rayonunun Horovlu kəndinə də böyük bir köç qayıdıb. Cənab prezident həmin insanlarla çox səmimi  söhbət edib və mənzillərinin açarlarını onlara təqdim edib. Zarafat deyil,  həmin kəndin sakinləri  bu günü 30 ildən çox gözləyiblər. Axı yazımızın əvvəlində qeyd etdik ki, onlar göydə Allaha, yerdə Ulu Öndər Heydər Əliyevə və prezident  İlham Əliyevə  ümid bağlamışdılar. Bu ümidlər Zəngilanda, Füzulidə, Laçında, Cəbrayılda, Ağdamda, Qubadlıda, Kəlbəcərdə, Şuşada, Xocalıda, Xocavənddə çiçəklədi. Bu ümidlər insanları yenidən doğma elinə, obasına, yoluna, cığırına və ulu babalarının qəbirlərinə qovuşdurdu. 

Biz  Cəbrayıl rayonunun Horovlu kəndində  mənzil almış bir neçə sakinlə  görüşüb söhbət etdik. İnanın, onların evində, həyətində və çöhrələrində sanki bir günəş doğmuşdu. Bu günəş qəriblikdə də vardı, amma vətəndə doğan günəş, vətəndə olan hərarət heç vaxt onları elə isitməmişdi. Hətta ən dərdli adam, yəni Qarabağ savaşında oğlunu, həyat yoldaşını, doğmasını itirmiş insan  sevincini heç cürə gizlədə bilmirdi. Onlar deyirdilər ki,  bizi bura Azərbaycan prezidenti İlham Əliyev və Ordumuz gətirib. Bizi bura şəhidlərimizin, qazilərimizin torpağa axan qanı gətirib. Ona görə də bu yer, bu torpaq  bizim  üçün müqəddəsdir. 

Horovlu kəndində yeni mənzil alan Şakir Yusifov deyir ki, ömrümdə indiki kimi sevinməmişdim.  Əvvəllər də sevinmişəm, amma kəndimizə gəlib evimizin açarını alanda elə bil ki, dünyanı bizə verdilər. O açarı da bizə ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev təqdim etdi. Ömrümüzün ən yaddan çıxmaz qızıl tarixidir desək, yanılmarıq. Bu qızıl tarixi bizə bəxş edən yenə dönə-dönə deyirəm, Cənab prezident  İlham Əliyevdir. Övladlarım, nəvələrim də yanımdadırlar. Verilən mənzil çox yüksək səviyyədə inşa edilib və hər cür standarta uyğundur. Əvvəllər deyirdim ki, heç mənə ev-eşik də lazım deyil, torpağımız işğaldan azad olunsun, gedib çadır qurub yaşayaram. Amma indi şükür Allaha, üçotaqlı və hər bir şəraiti olan mənzilimiz var. 
Nəzirə Məmmədova da sevincini gizlədə bilmir. O da deyir  ki, doğma kəndimizə qayıtdığıma görə özümü dünyanın ən xoşbəxt insanı sayıram. Əlbəttə, kəndimizdə hər cür  şərait yaradılıb. Bütün infrastruktur qurulub, xətsəxana, məktəb, uşaq bağçası, yaraşıqlı yollar və abadlıq. Bütün bunlar bizim  üçün yaradılıb, bizim üçün təşkil edilib. Hara baxıram, cənnətə oxşayır. Vallah, dünyada  bizim kənddən gözəl yer yoxdur.  Bu mənim üçün belədir ey, bəlkə də gözəl kəndlər çoxdur, amma bizim  Horovlu kəndi daha gözəldir. Kəndə gələndə and içmişdim ki, torpağından öpəcəm. Dizimi yerə qoydum, üzümü daşa-torpağa sürtdüm və sonra da  öpdüm. Torpaqdan cənnət ətri gəlirdi. Çünki bu torpağa şəhidlərin qanı tökülüb. 

Cəbrayılda bir kənd də ən müasir üslubda beləcə inşa edilərək insanların istifadəsinə verildi. Neçə-neçə məcburi köçkün sevindi, neçə-neçə evdə işıq yandı və neçə evin suyu, bərəkəti oldu. Bu evlərdə, daha doğrusu, Horovlu kəndində insanlar indən sonra özlərini daha rahat hiss edəcək, doğma yurdda yaşayıb yaradacaq və firavan həyat sürəcəkdir. Bütün horovlular bir ağızdan deyirlər: «Bütün bu şəraitə görə bir daha Ali Baş Komandan, Cənab prezident İlham Əliyevə, Azərbaycan  Ordusuna, şəhidlərimizə və qazilərimizə minnətdarıq!»
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Noyabr 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see316

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see313

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see291

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see288

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see271

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see264

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see259

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see258

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see246

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see245

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see239

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see228

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see218

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see217

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see205

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see198

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see194

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri