Icma.az
close
up
RU
TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə idarəetmənin təkmilləşdirilməsi, mövcud problemlərin həlli və yeni çağırışlara çevik yanaşmanın təmin olunması məsələləri müzakirə edilib. Müşavirədə TƏBİB-in struktur bölmələrinin rəhbərləri və tibb müəssisələrinin direktorları iştirak ediblər.

Müşavirədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxış edərək bildirib ki, son dövrlər xəstəxanalarda aparılan struktur dəyişiklikləri, klinik proseslərin təkmilləşdirilməsi və icbari tibbi sığorta ilə bağlı yeni qaydalar rəhbər heyətin fəaliyyətinə daha yüksək tələblər müəyyənləşdirir. O qeyd edib ki, keyfiyyətli tibbi xidmət, pasiyentlərin təhlükəsizliyi və nəticəyönümlülük prinsipləri hər bir tibb müəssisəsinin gündəlik prioritetinə çevrilməlidir. İcraçı direktor III MDB Oyunları və “Formula-1” yarışlarında göstərilən yüksək tibbi xidmətə görə aidiyyəti tibb müəssisələrinə təşəkkür edib.

Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva icbari tibbi sığortanın tətbiqində mövcud olan təşkilati məsələlər, xidmətlərin düzgün kodlaşdırılması və maliyyə mexanizmlərinin təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verib.

İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova xəstəxanaların media ilə əməkdaşlığında peşəkar yanaşmanın gücləndirilməsinin vacibliyini vurğulayıb.

TƏBİB-in “Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə tibbi xidmətlərin təşkili və təkmilləşdirilməsinə dair Komissiyası”nın sədri Çiçək Əhmədova xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ xidmətlərinin təşkilində əldə olunan nəticələr, eyni zamanda, mövcud problemlər və gələcək planlar barədə danışıb.

Müraciətlərlə iş departamentinin rəhbəri İlham Hüseynov vətəndaş müraciətlərinin analizi ilə bağlı məlumat təqdim edib və şikayətlərin dinamikasını açıqlayıb.

Müşavirənin yekununda icraçı direktor bildirib ki, gələn ay Bakı şəhərində ilin yekunlarına həsr olunmuş geniştərkibli müşavirə keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see248

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see238

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see232

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see204

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see172

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see154

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see151

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see146

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see144

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see144

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see142

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see141

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see139

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see138

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see133

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see132

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see132

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see131

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see131

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri