Icma.az
close
up
RU
Türk dünyasının rəqəmsal gələcəyi

Türk dünyasının rəqəmsal gələcəyi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

TDT-nin “Süni intellekt və rəqəmsal inkişaf” sammiti hansı mesajları verir?

Türk Dövlətləri Təşkilatı (TDT) artıq Türk dünyasının ortaq siyasi iradəsini formalaşdıran, qarşılıqlı etimadı dərinləşdirən və strateji baxışları vahid məcraya yönəldən mühüm mexanizmə çevrilib. Əgər ilk illərdə TDT-nin təşkil etdiyi görüşlər daha çox tarixi bağların və mədəni yaxınlığın siyasi ifadəsi kimi qiymətləndirilirdisə, bu gün onlar qlobal çağırışlara ortaq yanaşmanın formalaşdırıldığı nüfuzlu beynəlxalq platforma statusu qazanıb.

Müxtəlif vaxtlarda aktuallaşmış regional məsələlərlə yanaşı, bəşəriyyətin gələcəyini müəyyən edən enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya, süni intellekt, kibertəhlükəsizlik və yeni iqtisadi model kimi qlobal mövzular da müzakirə edilir. Bu isə TDT-nin coğrafi sərhədləri aşaraq beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzi kimi qəbulundan irəli gəlir.

Bu gün Qazaxıstanda keçiriləcək növbəti qeyri-rəsmi sammit də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Görüşün Türk dünyasının gələcək inkişaf trayektoriyasını müəyyənləşdirəcək strateji mərhələlərdən biri kimi tarixə düşəcəyi indidən hiss olunur. Çünki sammitin əsas mövzusu kimi müəyyənləşdirilən “Süni intellekt və rəqəmsal inkişaf” məsələsi geniş geosiyasi baxışın təcəssümüdür. XXI əsrin əsas üstünlüyü informasiyaya nəzarət, rəqəmsal imkanlar və texnoloji innovasiyalar üzərində qurulur. Mövcud reallığı düzgün qiymətləndirən TDT yeni dövrün çağırışlarına uyğun strateji xətt formalaşdırmağa çalışır. Son illər təşkilata üzv dövlətlər arasında nəqliyyat-logistika xətlərinin genişləndirilməsi, enerji əməkdaşlığının dərinləşdirilməsi, iqtisadi inteqrasiyanın gücləndirilməsi ilə paralel şəkildə rəqəmsal transformasiya istiqamətində də ciddi addımlar atılıb. Proses mərhələli şəkildə inkişaf edərək artıq yeni mərhələyə qədəm qoyur. İndi məqsəd vahid rəqəmsal məkan formalaşdırmaqdır.

Süni intellekt transformasiyanın əsas hərəkətverici qüvvəsi hesab olunur. Dünyanın aparıcı dövlətləri artıq milyardlarla dollar vəsaiti bu sahəyə yönəldir, yeni texnoloji üstünlüklər uğrunda səssiz rəqabət aparırlar. Belə bir şəraitdə TDT-nin də ortaq rəqəmsal gələcək barədə düşünməsi strateji zərurətdən irəli gəlir. Çünki texnologiya yarışından geri qalmaq gələcəkdə iqtisadi və siyasi proseslərdə təsir imkanlarını itirməyə səbəb ola bilər.

Son illər ölkəmiz innovasiya və rəqəmsal inkişaf sahəsində həyata keçirdiyi təşəbbüslərlə regionun aparıcı dövlətlərindən birinə çevrilib. Azərbaycan indidən postneft mərhələsinin prioritetlərini müəyyənləşdirərək iqtisadiyyatın innovativ əsaslar üzərində qurulmasına xüsusi önəm verir. Dövlət səviyyəsində qəbul olunan rəqəmsal inkişaf strategiyaları göstərir ki, texnologiya sahəsində əldə edilən nailiyyətlər uzunmüddətli və sistemli siyasətin nəticəsidir. Bu baxımdan “Süni İntellekt Strategiyası 2025–2028” xüsusi əhəmiyyət daşıyır. Strategiya Azərbaycanın gələcək inkişaf modelində süni intellekt texnologiyalarının əsas sütunlardan birinə çevriləcəyini açıq şəkildə nümayiş etdirir. Burada əsas məqsəd milli intellektual potensialı gücləndirmək, rəqabətqabiliyyətli rəqəmsal iqtisadiyyat qurmaq və dövlət idarəçiliyində səmərəliliyi artırmaqdır. Süni intellektin səhiyyədən təhsilə, kənd təsərrüfatından sənayeyə qədər müxtəlif sahələrdə tətbiqi Azərbaycanın yeni iqtisadi modelinin əsas istiqamətlərindən biri hesab olunur.

2025-ci ilin 8 sentyabr tarixində Bakıda istifadəyə verilən Süni İntellekt Akademiyası həmin strateji baxışın praktik ifadəsidir. Akademiyada hazırlanan layihələr və innovativ həllər Azərbaycanla yanaşı, bütövlükdə Türk dünyası üçün yeni imkanlar yaradır. Orada yetişən gənc mütəxəssislər rəqəmsal gələcəyin memarları kimi formalaşır, süni intellekt texnologiyalarının müxtəlif istiqamətlərdə tətbiqi üzrə mühüm layihələr üzərində çalışırlar. Dövlət idarəçiliyində çevik qərarvermə mexanizmlərinin qurulması, iqtisadi səmərəliliyin artırılması, informasiya təhlükəsizliyinin gücləndirilməsi və rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində hazırlanan alqoritmlər Azərbaycanın texnoloji inkişaf potensialını aydın şəkildə nümayiş etdirir.

Ölkəmizin əldə etdiyi sözügedən istiqamətdə qazandığı təcrübə artıq Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq model kimi diqqət mərkəzinə çevrilməkdədir. Bu məqsədlə vahid türk süni intellekt institutunun yaradılması ideyası xüsusi aktuallıq qazanır. Belə bir institutun formalaşdırılması ortaq elmi potensialın birləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq. Türk dövlətlərinin universitetləri, texnologiya mərkəzləri və tədqiqat institutları arasında əməkdaşlıq dərinləşəcək, ortaq innovasiya ekosistemi formalaşacaq. Təşəbbüs eyni zamanda intellektual resursların vahid platformada cəmləşdirilməsinə xidmət edəcək.

Qafar ÇAXMAQLI,
Türkiyənin Erciyes Universitetinin professoru

TDT beynəlxalq bir qurum kimi ortaya çıxandan və siyasi birlik platforması kimi özünü təsdiq edəndən sonra ona qarşı cəbhə açan qüvvələrin dinc durmayacağı bəlli idi. Bu birliyin qarşısında duran ən önəmli problem elə bu gün də, gələcəkdə də təhlükəsizlik məsələlərini həll etmək olacaqdır. Təşkilata daxil olan hər bir ölkə hücumlardan sığortalanmayıb və buraya daxil olan ölkələrə qarşı kiber hücumların olacağı təqdirdə onları dəf etmək məsələsi aktualdır. Məhz bu səbəbdən TDT üzvləri üçün birgə təhlükəsizlik tədbirləri almaq zərurəti yaranmışdır. Hesab edirəm ki, təşkilatın Türküstan toplantısının keçirilməsində məqsəd bundan qaynaqlanır.

Etiraf edək ki, kiberhücumlar müasir dövrümüzdə daha çox süni intellekt ilə aparıldığından TDT-nin budəfəki toplantısı bu məsələnin müzakirəsinə həsr olunub. Dünyada gedən prosesləri izləmək və deyərdim ki, onun birbaşa iştirakçısı və oyun qurucusu olmaq üçün müasir texnologiyaları mənimsəmək və onu inkişaf etdirmək lazımdır. TDT-yə daxil olan dövlətlər də texnoloji baxımdan müasir trendlərdən geri qalmamalıdır. Müzakirələr nəticəsində hansı qərarların veriləcəyindən asılı olmayaraq TDT dövlətlərinin çağdaş texnoloji yeniliklərə hakim olması üçün atılan hər addım önəmli nəticə sayıla bilər.

Toğrul VƏLİXANLI,
politoloq

Türk dövlətləri süni intellekt sahəsində həm böyük imkanlara, həm də ortaq risklərə malikdirlər. Bu səbəbdən məsələyə strateji təhlükəsizlik, iqtisadi inkişaf, təhsil və mədəni əməkdaşlıq prizmasından yanaşmaq önəmlidir. Xüsusilə TDT çərçivəsində koordinasiyalı yanaşma ciddi nəticələr verə bilər. Birinci istiqamət ortaq hüquqi və etik çərçivənin yaradılmasıdır. Süni intellektin istifadəsi ilə bağlı məlumat təhlükəsizliyi, şəxsi məlumatların qorunması, “deepfake” texnologiyaları, dezinformasiya kimi risklər bütün türk dövlətləri üçün aktualdır. Türk dövlətləri ayrı-ayrılıqda qlobal texnologiya nəhəngləri ilə rəqabətdə çətinlik çəkə bilərlər, lakin birgə məlumat mərkəzləri, bulud texnologiyaları və regional AI platformaları yaradılarsa, həm xərclər azalar, həm də texnoloji müstəqillik güclənər. Xüsusilə türk dilləri üçün vahid dil modellərinin hazırlanması strateji əhəmiyyət daşıyır. Bu da qlobal səviyyədə AI sistemlərinin türk dillərində zəif nəticə verməsinin və informasiya asılılığının qarşısını ala bilər. Digər istiqamət təhsil və insan kapitalıdır. Ortaq universitet proqramları, AI laboratoriyaları, tələbə mübadiləsi və birgə tədqiqat fondları yaradılmalıdır. Məsələn, “Türk AI Akademiyası” formatında regional platformalar nəzərdən keçirilə bilər. Əlavə olaraq, risklərdən qorunmaq üçün kibertəhlükəsizlik əməkdaşlığı xüsusi önəm daşıyır. Süni intellekt vasitəsilə həyata keçirilən kiberhücumlar müasir dövrdə hibrid təhdidləri, informasiya manipulyasiyası və rəqəmsal casusluq gələcəkdə daha ciddi təhlükə yaratmaq imkanına sahibdir.

Nəzrin ELDARQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 May 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see437

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see416

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see322

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see321

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see316

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see286

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see275

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see248

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see247

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see235

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see222

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see220

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see212

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see208

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see207

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see201

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see192

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see189

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see183

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri