Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Türk dünyasının gələcəyi Manisada müzakirə olundu

Türk dünyasının gələcəyi Manisada müzakirə olundu

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Bu, min illərlə formalaşmış ortaq tariximizin, mədəniyyətimizin, dilimizin və taleyimizin birgə təcəssümüdür

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasını uğurla davam etdirir. Layihə çərçivəsində bir sıra işlər görülüb, həmçinin qardaş Türkiyənin Manisa şəhərində “Bizim ailəmiz Türk dünyasıdır” adlı dəyirmi masa keçirilib.

Tədbir zamanı

İctimai Birlikdən verilən məlumata görə, dəyirmi masa maraqlı çıxışlar, türk dünyasının gələcəyi ilə bağlı təklif və fikirlərin səsləndirilməsi ilə yadda qalıb.

Məlumatda deyilir ki, dəyirmi masa QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, CASCFEN-nin və Manisa Azərbaycan Mədəniyyət və Həmərylik Dərnəyinin təşkilatçılığı ilə Yunusemre Bələdiyyəsinin İrfan Məclisində reallaşıb. Yunusemre Bələdiyyəsi, Türkiyə Dil və Ədəbiyyat Dərnəyinin Manisa şöbəsi, Türk Ocaqları Manisa şöbəsi və Manisa Jurnalist və Yazıçılar Cəmiyyətinin də yaxından iştirak etdiyi dəyirmi masada Azərbaycandan olan qonaqlar, Türkiyənin müxtəlif şəhərlərindən diaspor təmsilçiləri, o cümlədən Manisadan akademiklər, ictimai xadimlər, QHT təmsilçiləri, gənclər, siyasi partiya nümayəndələri və yerli idarəetmə orqanlarının üzvləri iştirak ediblər.

Şentürk Hoşgül: Türk dünyasına könül vermiş bir çox sahənin təmsilçilərini aramızda görmək sevindiricidir

Türk dünyası şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlayan dəyirmi masada salamlama çıxışı edən Manisa Azərbaycan Mədəniyyət və Həmərylik Dərnəyinin sədri Şentürk Hoşgül proqramın ilk mərhələsinin KKTC-də keçirildiyini, ikinci mərhələyə isə Manisanın ev sahibliyi etməsindən qürur duyduqlarını bildirib.

Şentürk Hoşgül

Ş.Hoşgül “Aramızda çox sayda akademik, ictimai rəy lideri, QHT təmsilçisi, gənclər, partiya nümayəndələri və yerli idarəetmələrin nümayəndələri var. Qısacası, türk dünyasına könül vermiş bir çox sahənin təmsilçilərini aramızda görmək sevindiricidir,” – deyə qeyd edib.

Nadir İsmayılov: Şəhzadələr şəhəri Manisada türk dünyasının gələcəyini müzakirə etmək böyük mənəvi dəyərə sahibdir

Layihə rəhbəri, CASCFEN İctimai Birliyinin sədri Nadir İsmayılov isə Şəhzadələr şəhəri Manisada türk dünyasının gələcəyini müzakirə etməyin böyük mənəvi dəyərə sahib olduğunu vurğulayıb.

Nadir İsmayılov

O, ortaq mirasın gələcəyin təminatı olan gənclərə ötürülməsi üçün bu kimi təşəbbüslərin davam etdiriləcəyini bildirib və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə verdiyi dəstəyə görə təşəkkürünü çatdırıb.

Müzaffer Yurttaş: Ortaq kimliyi və mədəniyyəti gələcəyə daşıyan əsas ünsür olan dilin qorunmasının vacibdir

Daha sonra məruzələr dinlənilib. Əsas məruzə ilə çıxış edən Türkiyə Dil və Ədəbiyyat Dərnəyinin Manisa şöbəsinin sədri, TBMM-in 24-cü dönəm millət vəkili Müzafer Yurttaş çıxışında türk dilinin əhəmiyyətindən bəhs edib.

Müzaffer Yurttaş

M.Yurttaş, ortaq kimliyi və mədəniyyəti gələcəyə daşıyan əsas ünsür olan dilin qorunmasının vacibliyini xüsusi olaraq qeyd edib.

O, “bu gün burada “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində qəlblərimizi birləşdirən çox özəl bir başlıq altında toplaşmışıq. “Ailəmiz türk dünyasıdır.” Bu ifadə təkcə bir şüar deyil, min illərlə formalaşmış ortaq tariximizin, mədəniyyətimizin, dilimizin və taleyimizin birgə təcəssümüdür” deyib.

Çıxışlar zamanı

Manisa Türk Ocaqları şöbə sədri professor Dr. Zafer Atar da tədbirin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib. Dr.Z. Atar, türk dünyası ilə bağlı layihələrə akademik töhfə verməkdən məmnun olacaqlarını ifadə edib.

CASCFEN-nin müvafiq layihəsi üzrə mütəxəssis Vəsilə Əkbərova isə çıxışında layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib.

Çıxışlar zamanı

Qeyd olunub ki, layihə çərçivəsində hazırlanan məqalələrdə türk dünyasının ortaq mirası barədə geniş məlumatların çatdırılmasına üstünlük verilib: “Bu məqalələrin mütləq əksəriyyətində biz həm də Qərbi Azərbaycan amilini qeyd etmişik. Çünki Qərbi Azərbaycan türk dünyasının ayrılmaz bir parçasıdır”.

İsmail Aydın: Bu, türk dünyasının inteqrasiyası istiqamətində atılan addımlara daha bir dəstək olacaq

Manisa Jurnalistlər və Yazarlar Cəmiyyətinin (Manisa Gazeteciler ve Yazarlar Cemiyeti) sədri İsmail Aydın isə bu cür tədbirlərin eyni zamanda qardaş ölkələrin müxtəlif qurumları arasında əlaqələrin qurulmasına da vəsilə olduğunu deyib.

İsmail Aydın

O, “Bildiyiniz kimi bu gün Manisa Jurnalistlər və Yazarlar Cəmiyyəti ilə “Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi arasında qarşılıqlı əməkdaşlıq protokolu imzalandı. Hesab edirəm ki, bu əməkdaşlıq protokolu ilə əlaqələr daha da inkişaf etdiriləcək. Bu eyni zamanda türk dünyasının inteqrasiyası istiqamətində atılan addımlara daha bir dəstək olacaq” deyib.

Gənclik keçmişimizə sahib çıxır və gələcəyə inamla addımlayır

Dəyirmi masada o da bildirildi ki, CASCFEN bu layihə çərçivəsində həm də türk dünyasının tələbələri arasında məqalə müsabiqəsi keçirir. Bu müsabiqədə Manisada ali təhsil alan, yaxud yaşayan gənclər də fəal şəkildə iştirak edir. Onlardan bir neçəsi dəyirmi masada da iştriak edirlər.

Tədbirdən xatirə fotosu

Daha sonra söz alan gənclər layihəni yüksək dəyərləndiriblər. Çıxışlarda belə bir fikir ifadə edilib ki, gənclik keçmişimizə sahib çıxır və gələcəyə inamla addımlayır.

İstanbuldan və Bakıdan təbriklər

Sonra söz alan Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADDEF) sədr müavini Eşrəf Tuna layihənin mühüm əhəmiyyət kəsb etdiyini deyib. O, həmçinin bu cür layihələrin gələcəkdə də davam etməsinin vacibliyini önə çəkib.

Eşref Tuna

Eşrəf Tuna həmçinin TADEF sədri Adalet Turanın dəyirmi masa iştirakçılarına təbrik məktubunu oxuyub. Məktubda Adalet Turan türk dünyasına dair təşkil olunan bu tədbirə qatılan hər kəsə təşəkkürlərini bildirərək, bu cür təşəbbüsləri daim dəstəkləyəcəklərini vurğulayıb.

Plaketlərin təqdimatı

Təbrikdə vurğulanıb ki, “Bizim ailəmiz türk dünyasıdır” ifadəsi, əslində, hər birimizin qəlbindəki hissin tam ifadəsidir: “Bəli, biz böyük bir ailəyik – tarixin dərinliklərindən gələn, dili bir, dini bir, taleyi bir olan bir millətin övladlarıyıq. Bu şüurla hərəkət etdiyimiz müddətcə, türk dünyasının gücü artacaq, birliyimiz daim olacaqdır”.

Çıxışlar zamanı

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın təbrik məktubu isə Nadir İsmayılov tərəfindən səsləndirilib. Mustafa məktubunda “Qardaş xalqlarımızın ortaq tarixi, dili, sivilizasiyası və mənəvi kimliyi bizi bir-birimizə daha sıx bağlayacaq və bu bağların gələcək nəsillərə ötürülməsi bizim ən böyük vəzifəmizdir,” – deyə qeyd edərək, təşkilat komitəsinə təşəkkürünü ifadə edib.

Manisada Qərbi Azərbaycan rüzgarı

Sonda bir məqamı xüsusilə qeyd etmək yerinə düşər. Öz fəaliyyətində türk dünyasına xidməti əsas tutan CASCFEN bu istiqamətdə davamlı addımlar atmaqda, hər bir layihənin icrası zamanı əlavə işlər də görməkdədir. Bu dəfə də ənənəyə sadiq qalınıb. Belə ki, cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı həqiqətlərin bütün dünyaya çatdırılması istiqamətindəki siyasətinə dəstək olaraq CASCFEN də müvafiq addımlar atır.

Qərbi Azərbaycan masası

Məhz bundan irəli gələrək Manisadakı dəyirmi masa çərçivəsində CASCFEN-nin daxili imkanları hesabına Qərbi Azərbaycan masası açılıb. Tədbirin sonunda CASCFEN-nin müvafiq layihəsi üzrə mütəxəssis Vəsilə Əkbərovanın hazırladığı Qərbi Azərbaycana xas olan süfrə təamları gələn qonaqlara təqdim edilib.

Tədbir xatirə fotosunun çəkilməsi və plaketlərin təqdimatı ilə sona çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 İyul 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see477

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see448

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see324

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see321

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see272

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see256

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see255

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see240

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see239

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see230

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see226

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see222

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see219

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see218

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see210

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see207

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see204

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see202

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see199

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri