Türk ekspert: Yeni reallıqlar Azərbaycan Türkiyə əməkdaşlığının strateji əhəmiyyətini daha da artırıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 23 dekabr, Elmir Səftərov, AZƏRTAC
Ötən həftə Milli Məclisdə təsdiqlənən “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin, o cümlədən Şuşa Bəyannaməsində təsbit olunmuş müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli jurnalist və siyasi ekspert Güngör Yavuzaslan söyləyib.
O bildirib ki, Azərbaycan və Türkiyə arasında yüksəksəviyyəli hərbi əməkdaşlıq bütün sahələrdə uğurla davam edir. Şuşa Bəyannaməsindən indiyədək qarşıya qoyulan yol xəritəsi problemsiz şəkildə həyata keçirilir və hər iki tərəf üçün strateji əhəmiyyətini qoruyur. Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Milli Müdafiə Nazirliyi arasında əldə olunan qarşılıqlı razılaşmalar hər iki dövlətin təhlükəsizlik qüvvələrinin birgə fəaliyyətini gücləndirir və ölkələrimiz arasında formalaşan ortaq strategiyanın mühüm elementini təşkil edir.
“Bu gün Türkiyə və Azərbaycan Silahlı Qüvvələri bir ordu kimi koordinasiya olunmuş şəkildə hərəkət edə bilirlər. Hər iki ölkənin hərbçilərinin iştirakı ilə təşkil olunan təlimlər əməkdaşlığın bariz nümunəsidir. 44 günlük Zəfər yürüşündən sonra Azərbaycan Ordusunun döyüş qabiliyyəti Türkiyənin dəstəyi və təcrübəsi ilə daha da güclənib. Texniki sahədə isə Türkiyənin inkişaf etmiş müdafiə sənayesi Azərbaycan Ordusunun xidmətindədir və bu əməkdaşlıq gələcəkdə daha geniş və dərin səviyyədə davam etdiriləcək”, – deyə siyasi ekspert vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında yaxın gələcəkdə yeni strateji addımların atılması gözlənilir. Bu addımlar yalnız hərbi əməkdaşlıqla məhdudlaşmayacaq, həm də hər iki ölkənin müdafiə sənayesində texnologiya və innovasiyaların birgə tətbiqini, eləcə də regional təhlükəsizlik məsələlərində koordinasiyanı əhatə edəcək. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi beynəlxalq aləmdə nümunə olaraq göstərilir və bu liderlik sayəsində bölgədəki qeyri-sabitlik, eləcə də Qafqazdakı təhlükələr daha effektiv şəkildə idarə olunur. Xüsusilə Avropanın təhlükəsizlik arxitekturasını dəyişən Ukrayna müharibəsi fonunda yaranan yeni reallıqlar Azərbaycan-Türkiyə əməkdaşlığının strateji əhəmiyyətini daha da artırıb.
Azərbaycan və Türkiyənin ortaya qoyduğu birgə model yalnız bu iki ölkə ilə məhdudlaşmır. Bu model Türk Dövlətləri Təşkilatı daxilində Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan kimi qardaş respublikalar üçün də nümunə olacaq. Ortaq hərbi təlimlər, müdafiə strategiyaları və "Interpol" tipli ortaq polis təşkilatının yaradılması perspektivi də gündəmdədir.
Siyasi ekspertin sözlərinə görə, bütün bu proseslər göstərir ki, Türk dünyası yalnız böyümür, həm də daha güclü və koordinasiyalı güc halına gəlir. Bu isə həm regional, həm də qlobal səviyyədə strateji tarazlığa müsbət təsir göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:19
Bu xəbər 23 Dekabr 2025 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















