“Şuşa Bəyannaməsi Azərbaycan Türkiyə strateji əməkdaşlığının təməlidir” Sabiq səfir
Sia Az saytına istinadən Icma.az xəbər verir.
“Azərbaycanın son illərdə əldə etdiyi uğurlar yalnız ölkəmizin deyil, bütün türk dünyasının nailiyyətidir. Şuşa Bəyannaməsi iki ölkə arasındakı strateji əməkdaşlığın və dostluğun rəsmi sənədidir və hər iki ölkənin parlamentləri tərəfindən təsdiqlənmişdir. Bu sənəd Azərbaycan-Türkiyə birliyinin təməlini təşkil edir və türk dünyasında nümunəvi modeldir. Bundan əlavə, 2009-cu ildə Nahçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulub və 2021-ci ildən bu təşkilat türk dünyasını bir çətir altında birləşdirən nüfuzlu quruma çevrilib”. SİA xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin üzvü Hulusu Kılıç “Azərbaycan və Türkiyə: tarixi əlaqələr, yeni qlobal çağırışlar” mövzusunda beynəlxalq elmi-praktik konfransda səsləndirilib.
O vurğulayıb ki, Azərbaycan və Türkiyə liderlərinin birliyi və iki ölkənin strateji əməkdaşlığı türk dünyası üçün örnək modeldir və gələcək nəsillər üçün təməl rolunu oynayır: “Bu birliyin gücü sayəsində regionda sabitlik və inkişaf təmin olunur, həmçinin türk dünyasının həmrəyliyi və əməkdaşlığı daha da möhkəmlənir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 17 Oktyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















