Türk Hava Yolları şirkəti Ginnesin Rekordlar Kitabına düşdü Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Dünyanın bir çox istiqamətinə uçuşlar həyata keçirən Türk Hava Yolları şirkəti "Ginnesin Rekordlar Kitabı"na düşüb.
BAKU.WS xəbər verir ki, şirkət "Ən çox ölkəyə uçuş edən aviaşirkət" adı ilə "Ginnesin Rekordlar Kitabı"na adını yazdırıb.
Bu rekordu təsdiqləyən sənəd Santiaqo Arturo Merino Benites Beynəlxalq Hava Limanında təqdim edilib.
Mərasimdə Türk Hava Yollarının rəhbər şəxsləri və "Ginnesin Rekordlar Kitabı"nın rəsmiləri iştirak ediblər.
Məlumata əsasən, Türk Hava Yolları yalnız son 12 ayın aktiv marşrutlarını əks etdirən 120 ölkəyə uçuşla rekord qırıb.
Hava Yollarının uçuş şəbəkəsi hazırda 131 ölkəni əhatə edir.

Türkiyə Hava Yolları Ginnesin Rekordlar kitabına düşüb
20 Dekabr 2024 21:25
Qazaxıstan Ginnesin Rekordlar Kitabına düşdü
23 Mart 2025 07:05
Bayrağımız Ginnesin rekordlar kitabına düşdü
08 Noyabr 2024 14:20
Azərbaycan Bayrağı Ginnesin rekordlar kitabına düşdü
08 Noyabr 2024 14:21

