Icma.az
close
up
RU
Türk Hava Yolları tanınmış idmançıya dəyən zərəri ödəmir

Türk Hava Yolları tanınmış idmançıya dəyən zərəri ödəmir

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İki il əvvəl Tokiodan qayıdan idmançımızın “baqajı” itib, dəyərli əşyaları yoxa çıxıb, THY hələ də “çanta axtarışındadır”

Kənan bir çox nailiyyətləri olan peşəkar idmançıdır. Cüdo idman növü ilə məşğul olan müsahibimiz 2015-ci ildə Avropa Çempionatında 3-cü yeri, 2016-cı ildə RİO Paralimpiya Oyunlarında 5-ci yeri, 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəylik Oyunlarında 2-ci yeri, 2018-ci ildə dünya kuboku yarışında 3-cü yeri, 2019-cu ildə Daşkənddə keçirilən Qran-pridə 1-ci yeri, elə həmin İtaliyada baş tutan Avropa Çempionatında 3-cü yeri, 2021-ci ildə İngiltərə keçirilən Qran-pri yarışlarında 1-ci yeri və həmin il Tokio Yay Paralimpiya Oyunlarının iştirakçısı imkanı, 2022-ci ildə isə Dünya çempionatında komanda üzrə 1-ci yeri qazanıb. Hazırda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.H.Hacınski küçəsi, ev 23, mənzil 22-də yaşayan tanınmış idmançı “Hürriyyət” qəzetinin redaksiyasına gələrək, qarşılaşdığı problemi dilə gətirib. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən Kənanın açıqlamasını olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Çox böyük haqsızlıqla üzləşmişəm. Sizdən qarşılaşdığım problemin həlli ilə bağlı göstəriş verməyinizi xahiş edirəm.

Bildirim ki, 29.11.2023-cü il tarixində Türk Hava Yollarının (THY) Bakı-İstanbul-Tokio reysi ilə “IBSA Judo Grand Prix Tokyo 2023” yarışında iştirak etmək üçün Yaponiyaya uçmuşam. 07.12.2023-cü il tarixdə Tokio-İstanbul-Bakı reysi ilə ölkəmizə qayıtmışam. Təyyarədən endikdən sonra, hər kəs kimi mən də, Heydər Əliyev adına Hava Limanında “baqaj”ımı (1 ədəd 23-24 kiloqramlıq çəkidə “Joma” idman brendinin çantası) gözlədim. Lakin mənim çantam gəlmədi. Bu haqda Hava Limanındakı müvafiq məntəqəyə məlumat verdim. Mənə qayimə yazıb verdilər ki, 2-3 günə çantan gələcək.

Bir neçə gün keçdi, heç bir cavab çıxmadı. Hər dəfə Türk Hava Yolllarının Bakı ofisi ilə əlaqə saxladıqda, mənə eyni sözlər deyilirdi ki, “2-3 günə gələcək”. 20 gün keçdi, çantam gəlmədi.

29.12.2023-cü il tarixində isə mənə dedilər ki, “baqaj”ın Yaponiyadan gəlməyib, orada qalıb, 1-2 günə göndərəcəklər. 31.12.2023-cü ildə isə bildirdilər ki, çantan tapılıb, Efiopiyadadır, Azərbaycana gətirəcəklər.

2024-cü ilin yanvar ayının sonunadək hər dəfə maraqlandıqda, mənə sabah, birisigün göndərəcəklərini deyiblər. Sonra bildirdilər ki, Türk Hava Yollarının rəhbərliyi ilə əlaqə saxlayıblar, sistemdə mənim “baqaj”ımın başqa şəxsə verildiyi göstərilib. Dedilər ki, gözləyin, “baqaj”ın çatdırılacaq.

Türk Hava Yollarının Bakı ofisi 2 aydan artıq müddətdə əminliklə “baqaj”ımın mənə çatdırılacağını bildirmişdir. Bu səbəbdən, THY rəsmilərinin dediklərinə inanıb, yarışlarda iştirak etmək üçün dünya standartlarına uyğun yeni idman geyimləri sifariş etmədim. Hansı ki, beynəlxalq idman qaydalarına və dünya standartlarına uyğun olaraq, idman geyiminin üzərində ölkənin bayrağının tikilməsi Almaniya Federativ Respublikasında sifariş olunur. Təkcə bu proses, yəni Milli Paralimpiya Komitəsi idmançının idman geyimi ilə rəsmi sifarişini təqdim etdikdən sonra ən tezi 1 (bir) ay vaxt aparır. Yeni idman geyimi almaq və sadalanan prosesləri həyata keçirmək təkcə çox vaxt aparmır, həm də kifayət qədər maddi vəsait tələb edir.

2024-cü il, fevral ayının ikinci yarısında növbəti dəfə Türk Hava Yolllarının Bakı ofisinə getdim. İdarənin məsul əməkdaşı sığorta şirkəti ilə danışdı və daha sonra mənə sığorta məbləği ilə bağlı cavab gələndə məlumat veriləcəyi bildirildi. Artıq mart ayı daxil olduğundan və indiyədək mən heç bir cavab verilmədiyindən, hüquqlarımın müdafiəsi üçün vəkilə müraciət etdim. Bundan sonra, 28.02.2024-cü il tarixində cavabdeh tərəf vəkilə üzrxahlıq və 460 ABŞ dolları (782 AZN) təzminat təklif etmələri barədə məktub təqdim etmişdir. Mən bu təklifi qəbul etmədim, çünki bu vəsait mənə dəymiş maddi zərəri belə qarşılamır.

Qeyd edim ki, Türk Hava Yollarının Bakı ofisinə itən “baqaj”ımda olan əşyalarımın siyahısını aşağıdakı formada təqdim etmişdim:

1.Öz “Joma” markalı idman çantam;

2. 5 ədəd eşofman takımı, “Mizuno” markalı;

3. 5 ədəd kimano takımı, “Mizuno” markalı;

4. 8 ədəd idman çantası, “Mizuno” markalı;

5. 1 ədəd idman ayaqqabısı, “Mizuno” markalı;

6. 1 ədəd idman ayaqqabısı, “Asics” markalı;

7. 4 ədəd yağmurluk takımı, “Mizuno” markalı;

8. 1 ədəd “Chanel” markalı ətir;

9. 3 ədəd idman iç geyimi;

10. 3 ədəd iç geyimi;

11. 1 ədəd diş fırçası;

12. 1 ədəd diş məcunu;

13. 10 ədəd tişört, “Mizuno” markalı;

14. 1 ədəd mont, “Mizuno” markalı;

15. 4 ədəd corab;

16. 1 ədəd şampun;

17. 1 ədəd duş jeli;

18. 1 ədəd bere, “Mizuno” markalı.

Türk Hava Yollarının itirdiyi 1 ədəd 23-24 kiloqramlıq çəkisi olan “baqaj”ımda Yaponiyadan aldığım idman geyimlərinin dəyəri 259.900 (4950 + 4950 + 8900 + 24800 + 46 000 + 56 500 + 107 600 + 6200 = 259 900) Yapon Yeni, təxminən 2 942,15 AZN təşkil edir(Qəbzlər iddia ərizəsinə əlavə olunub). Həmin çantanın (“Joma” idman brendi) öz dəyəri isə 150 manatdır. Mən ötən il THY-nın Bakı ofisində görüşdüyüm şəxslərə bildirmişəm ki, idmançıyam, hazırda cüdo idman növü üzrə “Paris 2024” olimpiadasına hazırlaşıram, bütün yarış ləvazimatlarım həmin “baqaj”dadır. Mənə uğur gətirən kimonolarım, formalarım, gerbli, yazılı, bir sözlə hamısı beynəlxalq standartlara uyğun idman geyimləri idi. Mən həmin geyimlər olmadan heç bir yarışda iştirak edə, lisenziyalı yarışlara qatıla bilmirəm. Cavabdeh məni aldadıb dedi ki, sizin geyimlər gələcək.

İtən “baqaj”dakı geyimlərə görə, 17-18.02.2024-cü il tarixlərində Almaniyada keçirilən “İBSA JUDO Grand-PRİX HEIDELBERG 2024” və 01-04.04.2024-cü il tarixdə Antalyada keçirilən yarışları buraxmalı oldum. Halbuki, geyimlərim məndə olsaydı, iştirak edib qələbə qazanmaq, mükafat əldə etmək şanslarım yüksək idi. Belə ki, hər biri 1000 ABŞ dolları olmaqla yarış mükafatı qazanmaq bir yana, həmin yarışlarda iştirak etməkdə idmançının əsas məqsədi Olimpiadaya lisenziya qazanmaqdır.

Cənab Prezident!

Geyimlərimin və başqa idman ləvazimatlarımın itkisi ilə əlaqədar sadaladığım yarışlara qatıla bilmədiyimdən, 10-cu xanada olduğum dünya reytinq cədvəlində geridə qaldım. Eyni zamanda, Olimpiadaya düşmək şansımı itirdim. Halbuki Olimpiadada iştirak etsəydim, qələbə qazanmaq şansım çox idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Olimpiadada I yeri tutan hər idmançıya 200.000 AZN, II yeri tutan hər idmançıya 100.000 AZN, III yeri tutan hər idmançıya 50.000 AZN mükafat məbləği müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh 2 ay ərzində məni yalanları ilə aldatmışdır. Halbuki, yük 3 həftə ərzində tapılmadıqda, itirilmiş sayılır və aviaşirkət buna görə kompensasiya ödəməlidir. Türk Hava Yollarının saytında deyilir ki, “baqaj” gecikdirildiyi təqdirdə, aviaşirkət ilk zəruri əşyaları təqdim etməyə və gözlənilməz xərcləri kompensasiya etməyə hazırdır. Şablon olaraq sadəcə yazıda yazırlar.

Mən sizdən xahiş edirəm, Türk Hava Yollarından mənim xeyrimə itən “baqaj”dakı əşyalara görə mənə dəymiş maddi zərər – 150 manat, 259.900 Yapon Yeni manatla məzənnə üzrə, “baqaj”ın itməsi səbəbi ilə yarışlara qatılmamaqla mənə dəymiş maddi zərər olaraq 2.000 (iki min) ABŞ dolları manatla məzənnə üzrə, 100.000 (yüz min) manat Olimpiada mükafatı və 100.000 (bir yüz min) manat mənəvi zərər olmaqla, ümumilikdə 2.000 (iki min) ABŞ dolları manatla məzənnə üzrə, 259.900 Yapon Yeni manatla məzənnə üzrə, 200.150 (iki yüz min yüz əlli) manat və 506.2 (beş yüz altı manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması üçün tapşırıq verəsiniz.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Mart 2025 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see319

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see232

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see202

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see201

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see184

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see151

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see138

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see137

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see136

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see134

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see132

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see132

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see129

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see125

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see119

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see118

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri