Icma.az
close
up
RU
Tovuz sakini Paşa Sığorta şirkətindən ŞİKAYƏTÇİDİR Mənə dəyən zərəri ödəmir...

Tovuz sakini Paşa Sığorta şirkətindən ŞİKAYƏTÇİDİR Mənə dəyən zərəri ödəmir...

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Tovuz rayonu, Qovlar qəsəbəsinin sakini Abbasov Əkbər Əli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi "Paşa Sığorta" şirkətinin qıza zamanı ona dəyən zərəri ödəmədiyini iddia edir:
“Mən, Abbasov Əkbər Əli oğlu yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Qeyd edim ki, 1990-cı ildən sürücü işləmişəm. Həmin ildən bu günə kimi sığortaya ödənişlərimi vaxtındavödəmişəm. İndi yazacağım hadisəyə qədər də heç vaxt başıma qəza gəlməyib. Yəni sığorta indiyə qədər mənə heç bir ödəniş etməyib.

Sürücülük vəsiqəsi olan oğlum Abbasov Teymura etibarnamə ilə mənim maşınımı sürməyə icazə vermişdim. Oğlum axşam saat 7-8 radələrində Tovuz rayonuna gedib. Rayonun girəcəyində radar var və orada maksimum sürət həddi 60 km/saatdır. Radardan 300 metr aralıda - İdman Kompleksinin yaxınlığında oğlum sol işığı yandırıb, dönməli olduğunu göstərsə də "Mercedess" markalı maşın ötmə hərəkəti edərək bizim maşını vurmuşdur. Nəticədə qabaq "krılo" və qabaq qapı yararsız hala düşmüşdür.

Oğlum dərhal 102 xidmətinə zəng vuraraq, qəza haqda məlumat verib. Hadisə yerinə yol polisi gəlib. Maşını kənara çəkmək mümkün olmadığından, evakuatorla polis idarəsinə aparılıb.

Onu da deyim ki, qəzadan dərhal sonra oğlum "Paşa Sığorta" ya da məlumat verib. Həmin vaxt sığorta agentliyinin əməkdaşı Ruslan Vəliyev hadisə yerinə gələrək, araşdırma aparıb. Lakin hazırda "Paşa Sığorta" bizə yalan vədlər verərək, həm bizə dəyən ziyanı çox aşağı hesablayır, həm də ödənişi etməkdən boyun qaşırır.

Bildirim ki, maşın ustası 400 manat əl haqqı istəyir. Bizə dəyən zərərin məbləği isə 446 manatdır. Hazırda həm mağaza sahibi, həm də usta pullarını tələb edirlər. Usta "pulu ödəməsəniz, maşını vermirəm", - deyir. Sığorta agentliyi isə cuzi məbləğ hesablasa da, onu da vermir". 

Məsələ ilə bağlı "Paşa Sığorta" ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı. 

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Mart 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri