Icma.az
close
up
RU
Jurnalistin maşınını vurdular Sığorta zərəri ödəmir

Jurnalistin maşınını vurdular Sığorta zərəri ödəmir

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Noyabrın 16-da jurnalist Vazeh Bəhramoğlu Mehdiyevin idarə etdiyi avtomobil qəzaya uğrayıb.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, jurnalist BMV markalı, 77 KR 055 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsindən üzü “Bakıxanov” stansiyasına doğru hərəkət edən zaman anidən köməkçi yoldan baş yola çıxan avtomobil tərəfindən vurulub.

Vazeh Bəhramoğlu avtomobilinə dəymiş ziyanın müəyyənləşdirilməsi üçün Meqa Sığorta ASC-yə müraciət edib. Amma şirkət ona dəymiş ziyandan xeyli aşağı məbləğ təklif edib:

“Dəymiş ziyanın dəyərləndirilməsi, yəni təklif edilən məbləğ heç bir halda məni qane etmədiyindən hadisəni ictimailəşdirmək məcburiyyətində qaldım.

Beləliklə, Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin müvafiq rəyindən sonra baş vermiş yol qəzasında günahım olmadığı təsdiq edildi. Bundan sonra zərərin qiymətləndirilməsi üçün Meqa Sığorta ASC tərəfindən Babək prospektində yerləşən “GM Baku Center” adlı avtoservisə müraciət etməyim məsləhət olundu. Adıçəkilən ünvana getdim, sığorta şirkətinin əməkdaşı bir neçə fotoşəkil çəkdi və 1-2 gün ərzində cavab veriləcəyini bildirdi.

İki gün sonra isə Meqa Sığorta ASC-dən “Avtomobilinizə dəymiş zərər 1330 azn dəyərləndirilmişdir”, - deyə cavab aldım. Göndərilən linkə daxil olaraq bu təkliflə razılaşmadığımı, dəymiş ziyanın qeyd olunan məbləğdən artıq olduğunu bildirdim. Ardınca *8778 nömrəsi ilə əlaqə saxlayaraq bu haqda sığorta şirkətini məlumatlandırdım. Dedilər ki, qısa müddətdə müraciətimə baxılıb qərar veriləcək. Lakin üzərindən 3 gün keçsə də heç bir cavab almadım. Odur ki, bu gün yenidən sözügedən sığorta şirkəti ilə əlaqə saxladım. Şirkətin qiymətləndirmə şöbəsindən bildirdilər ki, ilkin məbləği artırıb 1400 manat ediblər. Yəni cəmi 70 manat…

Təbii ki, bu da qaneedici deyil. Çünki təklif olunan məbləğə BMV (F30) markalı avtomobilin ön farasını, ön “bufer”ini, fara yuyanını, qabaq sağ qanadını dəyişdirmək, həmçinin dəmirçi, rəngsaz və “bufer” ustasına zəhmət haqqı ödəmək mümkün deyil. Müraciət etdiyim digər avtoservis və ehtiyat hissələri satışı mağazası bundan xeyli artıq qiymət müəyyən edib – təxminən 2000 manat. Avtomobildən və təmir işlərindən başı çıxanlar da bunu təsdiqləyə bilər. Lakin şirkətin nümayəndəsi buna məhəl qoymadı və təklif etdikləri məbləğdə israr etdi.

Meqa Sığorta ASC media nümayəndəsinin başına bu oyunu açırsa, vay sadə vətəndaşın halına… Odur ki, başıma gələnləri əsas gətirərək vətəndaşlara Meqa Sığorta ASC-yə yox, ölkədə fəaliyyət göstərən digər sığorta şirkətlərinə müraciət etmələrini, onların xidmətlərindən yararlanmağı tövsiyə edirəm. Təbii ki, əgər bu cür problemlə üz-üzə qalmaq istəmirlərsə…”

Jurnalist sonda qeyd etdi ki, bu məsələdə nəzarətedici, istehlakçıların hüquqlarının müdafiəçisi funksiyasını yetirə yetirən Mərkəzi Banka müraciət edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 Noyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri