Icma.az
close
up
RU
Türk lider Putinə bunları dedi, gözlər bölgəyə çevdildi 150 illik sistem dəyişir

Türk lider Putinə bunları dedi, gözlər bölgəyə çevdildi 150 illik sistem dəyişir

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ABŞ-a səfərindən dərhal sonra Rusiyaya getməsi və Prezidenti Vladimir Putinlə görüşdə səsləndirdiyi isti, hətta tərif xarakterli fikirlər müzakirələrə səbəb olub.

Analitiklərin fikrincə, Tokayevin ritorikasındakı yumşaqlıq Moskvanın geosiyasi həssaslığını nəzərə almağa və gərginlik ehtimalını aradan qaldırmağa hesablanıb. Digər bir yanaşmaya görə, Qazaxıstan lideri bu addımı ilə ölkəsinin Qərbə – xüsusilə ABŞ və Fransaya – sürətlə yaxınlaşmasının yaratdığı riskləri balanslaşdırmağa çalışır. Tokayevin Moskva səfərində Putinə ünvanladığı müsbət mesajlar həm də Qazaxıstanın çoxvektorlu siyasətində “balansın yenidən tənzimlənməsi” kimi qiymətləndirilir.

Qazaxıstanın bu siyasəti regionun güc balansına necə təsir edə bilər?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Qazaxıstan prezidentinin ABŞ-a səfərindən sonra Moskvaya getməsi tamamilə anlaşılandır:

“Qazaxıstanın Rusiya ilə çox uzun sərhədi var. Bundan başqa, ölkədə əhəmiyyətli sayda rus və rusdilli əhali yaşayır. Bu faktor Qazaxıstanın təhlükəsizlik vəziyyətini daha həssas edir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Mərkəzi Asiya bu gün dünya güclərinin diqqət mərkəzindədir, burada ciddi rəqabət gedir. 150 ildən artıqdır ki, Rusiya bu regionu öz təsir zonası və müstəmləkə məkanı kimi görür. Ona görə də Moskva başqa güclərin bölgəyə nüfuzunu qəbul etmək istəmir, hətta bəzən mane olmağa çalışır. Lakin son illərdə bunu əvvəlki qədər bacarmır. Çinin bölgədə aktivləşməsi və Mərkəzi Asiya ölkələrinə milyardlarla dollar həcmində investisiya ayırması isə xüsusi diqqət çəkir.

Avropa İttifaqı da Mərkəzi Asiya ilə çox yaxından maraqlanır. Son sammitlərin nəticəsi olaraq 12 milyard avroluq maliyyə paketi razılaşdırılıb. Görünür ki, bu artan təsir Rusiyanı narahat edir. O baxımdan, Tokayevin Moskvaya səfəri elə də təəccüblü deyil”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Noyabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see170

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see155

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see140

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see132

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri