Icma.az
close
up
RU
Türk Mədəniyyəti və İrsi Fondu 13 yaşını qeyd edir

Türk Mədəniyyəti və İrsi Fondu 13 yaşını qeyd edir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 23 avqust, AZƏRTAC

Bu gün Türk Mədəniyyəti və İrsi Fondunun yaranmasından 13 il ötür.

AZƏRTAC xəbər verir ki, Fond 2012-ci il avqustun 23-də Türk Dövlətləri Təşkilatının Bişkek şəhərində keçirilmiş Zirvə Toplantısı zamanı Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan, Türkiyə Dövlət başçılarının dəstəyi ilə yaradılıb.

Türk Mədəniyyəti Fondunun prezidenti, Qazaxıstanın tanınmış bəstəkarı Aktotı Raimkulova deyib: “Yarandığı gündən indiyədək əsas məqsədimiz Türk dünyasının zəngin irsinin və çoxəsrlik tarixinin öyrənilməsi, qorunması və təbliği olmuşdur. Bu missiya çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu bir sıra mühüm tədbirlərə imza atmış, mədəni əməkdaşlığın genişləndirilməsinə və ortaq dəyərlərin dünyaya tanıdılmasına töhfə vermişdir. Fond gələcəkdə də Türk dövlətləri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, ortaq türk tarixi və irsinin yeni tədqiqatlarla zənginləşdirilməsi, həmçinin müasir texnologiyalar vasitəsilə daha geniş auditoriyaya çatdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir. Türk dünyasının birliyi və irsi gələcək nəsillər üçün ən böyük mirasımızdır!”.

Aktotı Raimkulova qeyd edib ki, Türk dünyasının ecazkar və günəşli şəhəri Bakıda yerləşən Fond türk xalqlarının sənətkarlıq, folklor, tarix, ədəbiyyat və digər mədəniyyət sahələrində irsinin qorunub saxlanması, inkişafı, möhkəmləndirilməsi və təbliği istiqamətində fəaliyyətini davam etdirməkdədir.

Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının qədim tarixə malik mədəniyyətini yaşatmaq, zəngin tarixə malik bu qiymətli irsi gələcəyə ötürmək, ona qayğı ilə yanaşmaq və qorumaq missiyasını bu gün çox böyük uğurla həyata keçirir. Bu günlərdə Qazaxıstanın Petropavlovsk vilayəti yaxınlığındakı qədim Botay mədəniyyətinin dünyaya tanıdılması da Türk Mədəniyyəti və İrsi Fondunun böyük uğurlarından biri oldu. Botay mədəniyyəti türklərin atı əhliləşdirməsi və onu özünə dost etməsi fikrinin qədim minilliklərdən bizə ötürülən yaddaşıdır.

Azərbaycan Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə Dövlət başçılarının dəstəyi ilə yaradılan, sonradan Özbəkistanla sıralarını genişləndirən, Macarıstan və Türkmənistan ilə bir qədər də genişlənəcəyi gözlənilən bu təşkilat türk xalqlarının milli və mənəvi dəyərlərinin təbliği sahəsində bir çox dəyərli layihələrə imza atır: kitablar nəşr edilir, görkəmli tədqiqatçı alimlərin iştirakı ilə sərgilər, konfranslar təşkil olunur. Türk dünyasının maddi mədəniyyət abidələrinin bərpası sahəsində işlər aparılır. Türk dünyasının tarixini və mədəniyyətini birgə araşdırmaq üçün bütün türk birliklərinin bir araya toplanması və birgə işləməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”, - deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Avqust 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see286

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see227

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see195

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see160

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see146

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see142

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see140

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see136

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see130

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see129

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see127

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see127

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see127

Azərbaycana gələn erməni nümayəndələr Bakını gəzdilər Fotolar

22 Noyabr 2025 17:43see127

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see126

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see126

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see125

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see124

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see124

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri