Icma.az
close
up
RU
Türk Mədəniyyəti və İrsi Fondu UNESKO ilə Memorandum imzalayıb

Türk Mədəniyyəti və İrsi Fondu UNESKO ilə Memorandum imzalayıb

Azpost saytına istinadən Icma.az xəbər verir.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Seul şəhərində (C.Koreya) keçirilən “Sərhədləri aşan miras və (ASEAN) Cənub-Şərqi Asiya Ölkələrinin Ortaq Mədəni İrsi: dəyərlər və regional əməkdaşlıq” mövzusuna həsr olunmuş Beynəlxalq Konfransda iştirak edib.

Tədbir Cənubi Koreya Respublikasının Milli İrs Xidməti və UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzinin (ICHCAP) birgə təşkilatçılığı ilə baş tutub.

“Türk mədəni məkanında ümum mədəni irs üzrə regional əməkdaşlıq: Ortaq Türk İrsi Kataloqu” məruzəsi ilə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova beynəlxalq əməkdaşlığın mədəni irsin qorunması və təbliğində artan roluna diqqət çəkib. O, çıxışında Fondun Türk dünyasında ortaq mədəni dəyərlərin sistemli şəkildə sənədləşdirilməsi, gələcək nəsillərə ötürülməsi və beynəlxalq platformalarda tanıdılması istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən bəhs edib.

Seul şəhərində keçirilən konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Fond tərəfindən “Türk Dünyasına Baxış– 2040”TURKTIME strateji sənədlərinə uyğun olaraq hazırlanmış Türk mədəni irsinə dair ilk çoxdilli kataloq “Türk Dünyasının Mədəni Kodu” nəşrini təqdim edib. Qeyd olunub ki, sözügedən kataloq ilk dəfə 4 noyabr 2025-ci il tarixində Səmərqənd şəhərində UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində beynəlxalq ictimaiyyətə təqdim olunub, Koreya Respublikasında baş tutan təqdimat isə layihənin növbəti beynəlxalq tanıtımı baxımından mühüm mərhələ kimi dəyərləndirilib.

Layihə Ortaq Türk İrsi Siyahısının formalaşdırılması və “TurkicHeritage” rəqəmsal platformasının yaradılması üçün əsas zəmin yaradıb.

Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti və təqdim edilən konsepsiya ASEAN ölkələrinin nümayəndələri, beynəlxalq təşkilatlar, akademik dairələr və dövlət qurumları da daxil olmaqla konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və böyük maraqla qarşılanıb. Xüsusilə Fondun xalqlar arasında mədəniyyətlərarası dialoqun və etimadın möhkəmləndirilməsinə verdiyi töhfələr diqqət mərkəzində olub.

Fondun bu nüfuzlu forumda iştirakı göstərdi ki, Türk Mədəniyyəti və İrsi Fondu beynəlxalq əlaqələrini sürətlə genişləndirir. Təşkilat təkcə Avropa ilə deyil, həm də Asiya, Sakit okean regionu və ümumilikdə dünya ölkələri ilə əməkdaşlığı gücləndirir. Bu addım Türk dünyasının zəngin irsinin dünyada tanıdılması üçün yeni imkanlar yaradır.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın Seul şəhərinə işgüzar səfəri çəçivəsində Fond ilə UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzi (ICHCAP) arasında Anlaşma Memorandumu imzalanıb.

Sənəd Türk dünyası ilə Asiya–Sakit okean regionu arasında mədəni irs sahəsində əməkdaşlığın və qarşılıqlı dialoqun gücləndirilməsi baxımından yeni üfüqlər açır, türk xalqlarının zəngin mədəni irsinin təkcə Avropada deyil, həmçinin Asiyada və qlobal arenada təqdim olunması üçün geniş imkanlar yaradır.

Seulda baş tutan Anlaşma Memorandumunun imzalanması və yüksək səviyyəli ikitərəfli görüşlərin keçirilməsi Türk Mədəniyyəti və İrsi Fondunun beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, UNESCO strukturları ilə əməkdaşlığın möhkəmləndirilməsi və türk xalqlarının zəngin qeyri-maddi mədəni irsinin qlobal miqyasda tanıdılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azpost.info
archiveBu xəbər 23 Dekabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri