Icma.az
close
up
RU
Türk Mədəniyyəti və İrsi Fondu 13 yaşını qeyd edir

Türk Mədəniyyəti və İrsi Fondu 13 yaşını qeyd edir

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Türk Mədəniyyəti və İrsi Fondunun yaranmasından 13 il ötür.

“Cebheinfo.az” xəbər verir ki, Fond 2012-ci il avqustun 23-də Türk Dövlətləri Təşkilatının Bişkek şəhərində keçirilmiş Zirvə Toplantısı zamanı Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan, Türkiyə Dövlət başçılarının dəstəyi ilə yaradılıb.

Türk Mədəniyyəti Fondunun prezidenti, Qazaxıstanın tanınmış bəstəkarı Aktotı Raimkulova deyib:

“Yarandığı gündən indiyədək əsas məqsədimiz Türk dünyasının zəngin irsinin və çoxəsrlik tarixinin öyrənilməsi, qorunması və təbliği olmuşdur. Bu missiya çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu bir sıra mühüm tədbirlərə imza atmış, mədəni əməkdaşlığın genişləndirilməsinə və ortaq dəyərlərin dünyaya tanıdılmasına töhfə vermişdir.

Fond gələcəkdə də Türk dövlətləri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, ortaq türk tarixi və irsinin yeni tədqiqatlarla zənginləşdirilməsi, həmçinin müasir texnologiyalar vasitəsilə daha geniş auditoriyaya çatdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir. Türk dünyasının birliyi və irsi gələcək nəsillər üçün ən böyük mirasımızdır!”.

Aktotı Raimkulova qeyd edib ki, Türk dünyasının ecazkar və günəşli şəhəri Bakıda yerləşən Fond türk xalqlarının sənətkarlıq, folklor, tarix, ədəbiyyat və digər mədəniyyət sahələrində irsinin qorunub saxlanması, inkişafı, möhkəmləndirilməsi və təbliği istiqamətində fəaliyyətini davam etdirməkdədir.

"Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının qədim tarixə malik mədəniyyətini yaşatmaq, zəngin tarixə malik bu qiymətli irsi gələcəyə ötürmək, ona qayğı ilə yanaşmaq və qorumaq missiyasını bu gün çox böyük uğurla həyata keçirir. Bu günlərdə Qazaxıstanın Petropavlovsk vilayəti yaxınlığındakı qədim Botay mədəniyyətinin dünyaya tanıdılması da Türk Mədəniyyəti və İrsi Fondunun böyük uğurlarından biri oldu. Botay mədəniyyəti türklərin atı əhliləşdirməsi və onu özünə dost etməsi fikrinin qədim minilliklərdən bizə ötürülən yaddaşıdır.

Azərbaycan Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə Dövlət başçılarının dəstəyi ilə yaradılan, sonradan Özbəkistanla sıralarını genişləndirən, Macarıstan və Türkmənistan ilə bir qədər də genişlənəcəyi gözlənilən bu təşkilat türk xalqlarının milli və mənəvi dəyərlərinin təbliği sahəsində bir çox dəyərli layihələrə imza atır: kitablar nəşr edilir, görkəmli tədqiqatçı alimlərin iştirakı ilə sərgilər, konfranslar təşkil olunur. Türk dünyasının maddi mədəniyyət abidələrinin bərpası sahəsində işlər aparılır. Türk dünyasının tarixini və mədəniyyətini birgə araşdırmaq üçün bütün türk birliklərinin bir araya toplanması və birgə işləməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”, - deyə o əlavə edib.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Avqust 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri