Icma.az
close
up
RU
“Türk NATO su”nun əsası qoyulur 2026 cı ildən sonra...

“Türk NATO su”nun əsası qoyulur 2026 cı ildən sonra...

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

7 oktyabr tarixində Türk Dövlətləri Təşkilatının(TDT) 12-ci liderlər zirvə toplantısı keçirilib. Prezident İlham Əliyev tədbirdə çıxışı zamanı bir sıra mühüm mesajlar verib, təkliflər irəli sürüb.

Prezident İlham Əliyev türk dövlətlərinin ordularının Azərbaycanda birgə təlim keçməsini təklif edib.

“Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm”,-TDT-nin 12-ci zirvə toplantısında çıxışı zamanı dövlətimizin başçısı deyib.

Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Prezident İlham Əliyevin təklifi ilə türk dövlətlərinin ordularının Azərbaycanda hərbi təlimlər keçirməsi təkcə simvolik deyil, həm də praktiki baxımından çox mühüm addımdır:

“Türk Dövlətləri Təşkilatının(TDT) Qəbələdə keçirilən zirvə toplantısının ən mühüm istiqamətlərindən biri məhz təhlükəsizlik olub. Hər bir dövlət üçün ona istiqamətlənmiş təhdidin qarşısının alınması labüddür. Əsas məqam ondan ibarətdir ki,  TDT yumşaq güc fazasından hərbi məsələlərin həlli, təlimlərin keçirilməsi, xüsusi xidmət orqanları səviyyəsində məlumat mübadiləsi və digər problemlərin mütləq şəkildə çözülməsi yönündə addımlar atır. Cənab Prezident İlham Əliyevin təklifi ilə üzv dövlətlərin Azərbaycanda hərbi təlimlər keçirməsi təkcə simvolik deyil, həm də praktiki baxımından çox mühüm addımdır. Bu hərbi bir tədbir deyil. Türk dünyasının təhlükəsizlik inteqrasiyasına doğru atılmış çox strateji, düşünülmüş addımdır”.

Komitə sədri vurğulayıb ki, bu addım gələcəkdə “Türk NATO-su” kimi strukturun hüquqi və siyasi  əsaslarını möhkəmləndirə bilər:

“Amma hazırki məqamda məqsəd əməkdaşlıq, koordinasiya, qarşılıqlı müdafiə mədəniyyətini formalaşdırmaqdır. Məlumdur ki, təhlükəsizlik və müdafiə əməkdaşlığı bundan sonra dərinləşdiriləcək. Türk dövlətlərinin orduları arasında taktiki və strateji baxımdan uyğunluq yaradılacaq. Regionda strateji həmrəylik nümayiş etdiriləcək, müxtəlif strategiya və taktikanı, müdafiə mexanizmini praktiki olaraq, sınaqdan keçirmək mümkün olacaq. Eyni zamanda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan kimi ölkələrin bu prosesdə bir araya gəlməsi türk dünyasının birləşmiş güc konsepsiyasına, onun meydana gətirilməsinə zəmin yaradacaq".

Arzu Nağıyev bildirib ki, “Türk NATO-su” ifadəsi daha çox siyasi-analitik müstəvidə işlədilir.

"Hələlik bu, formal təşəbbüs deyil. Amma bu istiqamətdə təcrübə toplanılır. Türkiyə, artıq NATO üzvü kimi öz təcrübə və hərbi standartlarını  digər türk dövlətləri ilə paylaşır. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri, “Şuşa bəyannaməsi” və digər müqavilələr var. Belə bəyanamələr digər türk dövlətləri arasında da mövcuddur. Müdafiə sənayesinin inkişafı, təlim, kadr mübadiləsi kimi məsələlər çox mühüm əhəmiyyət kəsb edir. Bu, təbii ki, bir anda qurulacaq struktur deyil, məlum məsələdir ki, bu proses təkmilləşməlidir. Bunun əleyhinə çıxacaq dövlətlər olacaq. Təhlükəsizlik məsələləri ilə bağlı müxtəlif fikirlər irəli sürəcəklər. Lakin əsas məqam ortaq təhlükəsizliyin yaradılmasıdır. Regional sabitlik, xarici  təhdidlər, qeyri-sabitlik hallarında müdafiə məsələlərinə yenidən baxılması, Orta Asiyada, Cənubi Qafqazda müxtəlif istiqamələrdə təhlükəsizlik kəmərinin yaradılması çox mühüm məsələdir. Düşünürəm ki, cənab Prezidentin bu təklifi çox mühüm töhfələr verəcək. Bununla böyük güclər qarşısında türk dövlətlərinin siyasi çəkisini çox ciddi şəkildə artırmaq mümkündür. Hər bir dövlət özünün müstəqil daxili və xarici siyasətini qurur. Bu gün dövlət və dövlətçiliyə qarşı olan təhdidin qarşısının alınması ən mühüm məsələ və strategiyadır. Bunu NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) alternativ kimi göstərməyə çalışa bilərlər. Amma bu alternativ yox, tamamlayıcı xarakter daşıya bilər. Yəni məqsəd yeni bloklaşma yaratmaq deyil, Türk dünyasının özünü müdafiə və strateji koordinasiya qabiliyyətini artırmaqdır. Bu baxımdan bir daha qeyd etmək istəyirəm ki, Ali Baş Komandan kimi, cənab İlham Əliyevin təklifi bu istiqamətdə çox mühüm əhəmiyyət kəsb edir. Dünyada baş verən hadisələr kontekstindən ən mühüm və düzgün qərar kimi qəbul edilməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Oktyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see178

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see161

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see139

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri