Icma.az
close
up
RU
Türk ölkələri hədəfdə Kreml onun dili ilə hədələdi

Türk ölkələri hədəfdə Kreml onun dili ilə hədələdi

Icma.az bildirir, Bakupost portalına istinadən.


Rusiya mediasında Kremlə yaxın fiqurların dili artıq çoxdan şərh və təhlil çərçivəsindən çıxıb. Bu dil bu gün açıq şəkildə təhdid, işğal çağırışı və siyasi zorakılığın legitimləşdirilməsi funksiyası daşıyır. Bu ritorikanın ən ardıcıl və ən radikal simalarından biri Vladimir Solovyovdur.

Bakupost.az xəbər verir ki, bu sözləri Sürixdə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli deyib.

“Solovyov dəfələrlə bəyan edib ki, Rusiya özünü təhlükə altında hiss edərsə, hərbi əməliyyatlar yalnız Ukrayna ilə məhdudlaşmamalıdır. Onun ritorikasında əsas məntiq sadədir: Moskvanın təhlükəsizliyi anlayışı başqa ölkələrin suverenliyi hesabına genişlənə bilər.

Bu çağırışlar abstrakt deyil. Solovyov konkret ölkə və regionların adını çəkib. O, Ermənistanı Rusiyaya “xəyanət edən müttəfiq” kimi təqdim edərək, bu ölkənin də cəzalandırıla biləcəyini açıq şəkildə dilə gətirib. Müxtəlif çıxışlarında Azərbaycanı da hədəf göstərib, ölkəmizin müstəqil xarici siyasət yürütməsini, Qərblə və Türkiyə ilə əlaqələrini Moskva üçün “təhlükə” kimi təqdim edib. Mesaj dəyişməzdir: Rusiyanın orbitindən kənarlaşan hər kəs risk altındadır.

Bu siyahıya Orta Asiya – tarixi Türküstan məkanı da daxildir. Solovyov və onun təmsil etdiyi siyasi-media xətti bu regionu “itirilməkdə olan təsir zonası” kimi təqdim edir. Halbuki Orta Asiya dövlətləri son illər şaxələnmiş xarici siyasət modeli sərgiləyir: Rusiya ilə əlaqələri qoruyarkən eyni zamanda Çinlə iqtisadi inteqrasiyanı, Avropa Birliyi ilə enerji və nəqliyyat əməkdaşlığını, ABŞ-la təhlükəsizlik dialoqunu, Türkiyə ilə mədəni və strateji yaxınlaşmanı, Yaponiya ilə texnoloji və investisiya tərəfdaşlığını paralel şəkildə inkişaf etdirirlər.

Məhz bu çoxvektorlu yanaşma Moskvanı narahat edir. Çünki bu model nə antirusiya xarakteri daşıyır, nə də hər hansı bir blokla eksklüziv ittifaq yaradır. O, sadəcə müstəqil qərarvermə hüququna əsaslanır. Solovyovun və onun kimilərin ritorikasında isə bu müstəqillik artıq “təhdid” kimi təqdim olunur.

Bu ritorika təkcə postsovet məkanı ilə məhdudlaşmır. Solovyov dəfələrlə Avropa Birliyini “düşmən sivilizasiya”, ABŞ-ı isə birbaşa müharibə tərəfi kimi təqdim edib. Avropaya qarşı nüvə hədələri, Vaşinqtonla toqquşmanın “qaçılmazlığı” barədə çıxışlar, Rusiyanın “tərəddüdsüz vurmalı olduğu” barədə çağırışlar artıq sistemli xarakter alıb”.

E.Həsənlinin fikrincə, bu nöqtədə əsas məsələ bir televiziya aparıcısının emosional çıxışları deyil, bu çağırışlar dövlət nəzarətində olan kanallarda, milyonlarla tamaşaçı qarşısında səsləndirilir və rəsmi səviyyədə təkzib edilmir:

“Bu isə onu göstərir ki, söhbət fərdi radikallıqdan yox, dövlət siyasətinin informasiya müstəvisində sınaqdan keçirilməsindən gedir.

Bu səbəbdən mövzu artıq təkcə region ölkələrinin deyil, Qərb mediasının da diqqət mərkəzindədir. Xüsusilə almandilli mətbuat Kremlin təbliğatçı simalarının çıxışlarını sadəcə emosional ritorika kimi deyil, təhlükəsizlik siqnalları kimi təhlil edir. Məsələn, “Der Spiegel” Solovyovun ritorikasını şərh edərkən vurğulayır ki, bu cür çıxışlar təsadüfi deyil, ictimai şüuru zorakılığa hazırlayan sistemli diskursun bir hissəsidir.

Avstriyanın nüfuzlu qəzeti “Die Presse” isə Solovyovun Avropaya yönəlmiş təhdidlərini sitat gətirərək yazır: «Wir werden wieder einmal Wien befreien müssen… Aber vielleicht kommen die Österreicher ja noch zu Sinnen” (Biz bir daha Vyananı azad etməliyik… Amma bəlkə də avstriyalılar oyanar).

Almaniyanın “Merkur” nəşri isə açıq şəkildə qeyd edir: “Bu, Putin təbliğatçısının Almaniya və digər Avropa ölkələrini hücumlarla hədələməsi ilə bağlı ilk fakt deyil”.

Bu sitatlar göstərir ki, Solovyovun dili Qərbdə artıq “televiziya şousu” kimi deyil, potensial təhlükənin normallaşdırılması kimi qəbul olunur. Almandilli media bu ritorikanı Rusiya xarici siyasətinin psixoloji hazırlıq mərhələsi kimi oxuyur.

Orta Asiyanın, Cənubi Qafqazın və Avropanın hədələnməsi təkcə regional problem deyil. Bu, Çinin Orta Dəhliz maraqlarına, AB-nin enerji və nəqliyyat strategiyasına, ABŞ-ın qlobal sabitlik yanaşmasına, Türkiyənin türk dünyası ilə inteqrasiya xəttinə, Yaponiyanın Avrasiya investisiya planlarına birbaşa ziddir. Yəni Moskvanın bu ritorikası faktiki olaraq özünü daha geniş beynəlxalq maraqlar spektri ilə üz-üzə qoyur.

Tarix göstərir ki, müharibələr çox vaxt tanklarla yox, sözlərlə başlayır. Əvvəl təhdid normallaşdırılır, sonra legitimləşdirilir, daha sonra isə “qaçılmaz zərurət” kimi təqdim olunur. Bu gün Rusiya mediasında səslənən ritorika məhz bu mərhələlərdən keçir.

Bu səbəbdən məsələ bir aparıcının kimliyi deyil. Məsələ, təhdidi dövlət dili səviyyəsinə qaldıran siyasi mədəniyyətdir. Və bu dil yalnız bir ölkəni yox, müstəqil qərar vermək istəyən hər kəsi hədəfə alır”.

Asena,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 Yanvar 2026 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri