Icma.az
close
up
RU
Türk ordusu hərəkətə keçdi: SDQ nin cavabı hərbi əməliyyatın taleyini müəyyən edəcək

Türk ordusu hərəkətə keçdi: SDQ nin cavabı hərbi əməliyyatın taleyini müəyyən edəcək

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Türkiyə ordusu üç istiqamətdən Suriyaya daxil olub."Karar" nəşri xəbər verir ki, Türkiyə hərbçiləri Afrin, Rasulayn və Hələbin şimalından irəliləyib. Qeyd olunur ki, hərbçilər xüsusilə Münbiç xəttinə doğru irəliləyirlər. Yerli KİV-lər yazır ki, Dəməşq hökuməti kürd qüvvələrinin nəzarətində olan Deyz-əz-Zora artilleriya və PUA (pilotsuz uçuş aparatı) ilə dəstəklənən əlavə qüvvələr göndərib. Türkiyə konvoylarında zirehli texnika ilə yanaşı bir sıra logistik elementlərin də olduğu qeyd edilir.

Bölgədə güc tarazlığı necə dəyişə bilər? Türklər hansı əməliyyatları həyata keçirəcək?

Moderator.az-a danışan türkiyəli politoloq İsmayıl Cingöz bildirib ki,Suriyada müxaliflərin lideri kimi vəzifəni təhvil alan Suriyanın keçid hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında 2025-ci ilin martında  razılıq əldə olunub:

“Həmin razılığa görə, ilin sonuna qədər SDQ Suriya keçid höküməti ilə inteqrasiya təmin edəcək, hərbi qurumlarını keçid hökuməti ilə birləşdirəcəkdi. Buna görə də ilin sonuna yaxınlaşdıqca SDQ-nin mövqeyinin necə olacağı hələ də qeyri-müəyyənliyini qoruyur. Zaman-zaman açıqlamaların verildiyi də diqqət mərkəzindədir. İnteqrasiyanın necə həyata keçiriləcəyi ilə bağlı da bəzən razılığa dair ziddiyyətlər meydana çıxır. Buna görə Suriya keçid hökuməti SDQ-nin inteqrasiyası ilə bağlı Türkiyənin də dəstəyi ilə intensiv işlərini davam etdirir. Bununla yanaşı, Türkiyə beynəlxalq hüquqdan irəli gələn şəkildə, daha əvvəl Suriyada yerləşdirdiyi hərbi birliklərə rutin fəaliyyətlər çərçivəsində əlavə qüvvələr və logistika dəstəyi göstərmək üçün eyni vaxtda bir əməliyyat apardığını açıqlayıb. Bu isə, şübhəsiz ki, oradakı hərbiçilərə əlavə qüvvələrin göndərilməsi, onların yoxlanılması, dəyişdirilməsi, logistika təminatının tamamlanması və tələbatların, çatışmazlıqların aradan qaldırılması üçün adi, normal vəziyyətlərdir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlaması da məhz bu istiqamətdə olub.Lakin hər kəsin və dünya ictimaiyyətinin xüsusilə SDQ-nin mövqeyinin necə olacağı, əgər SDQ inteqrasiya prosesini gecikdirməyə çalışarsa, Türk Silahlı Qüvvələrinin hərbi əməliyyat başlayıb-başlamayacağı, Suriya keçid  hökumətinin Əhməd Əl-Şara rəhbərliyi altında SDQ-yə qarşı əməliyyat keçirməsi halında Türkiyənin mövqeyinin necə olacağı məsələləri gündəmdə qalmaqdadır. Türkiyənin mövqeyi isə artıq məlumdur — Əhməd Əl-Şara rəhbərliyinə dəstək verəcəyi bildirilir”.

Türkiyəli politoloq qeyd edib ki, Türk Silahlı Qüvvələrinə məxsus hərbi konvoyların Suriya ərazisinə eyni vaxtda daxil olması, təbii ki, müxtəlif sualları gündəmə gətirib. Lakin şayiələr və yalan nəzəriyyələrindən daha çox rəsmi açıqlamalar əsas götürülməlidir:

“Nəticə etibarilə, Milli Müdafiə Nazirliyinin məlumatına görə,  Türk Silahlı Qüvvələri Suriyada beynəlxalq hüquqa əsasən yerləşdirilmiş hərbi birliklərinin çatışmazlıqlarını aradan qaldırmaq, texniki təminatlarını yeniləmək və şəxsi heyət dəyişikliyini həyata keçirmək üçün planlı bir fəaliyyət icra edir.Əhməd Əl-Şara rəhbərliyinin də SDQ-yə yaxın ərazilərə artilleriya bölmələri və hərbi qüvvələr yerləşdirməsi, əgər SDQ inteqrasiyadan imtina edərsə, müqavimət göstərərsə və ya fərqli şərtlər irəli sürərsə, mümkün əməliyyata hazır olduqlarını nümayiş etdirməsi baxımından əhəmiyyətlidir. 

Əhməd Əl-Şaranın 8 dekabr 2025-ci il tarixi etibarilə bir illiyini tamamlayan mövcud rəhbərliklə bağlı yayımladığı təbrik açıqlamasında Suriya ərazisinin hər bir halda və şərtdə bütövlüyünün təmin ediləcəyini bildirməsi, bu istiqamətdə intensiv diplomatik fəaliyyətlərlə beynəlxalq ictimaiyyətə informasiya verildiyini, beynəlxalq dəstək qazanmaq üçün iş aparıldığını bəyan etməsi də mühüm məqamdır.

Və ən önəmlisi, Türkiyə Əhməd Əl-Şaranın ən yaxın tərəfdaşlarından biridir və Suriya dövlətinin unitar quruluşunun qorunması, ərazi bütövlüyünün təmin edilməsi, daxili sabitliyin yenidən bərpa edilməsi, Türkiyənin sərhəd təhlükəsizliyinin qorunması, həmçinin dünyanın müxtəlif ölkələrinə səpələnmiş Suriya əhalisinin yenidən ölkələrinə qayıtması və yenidənqurma prosesində iştirak etməsi məsələlərində ortaq fəaliyyətlər Türkiyə və Əhməd Əl-Şara rəhbərliyi tərəfindən birgə şəkildə həyata keçirilir. Yəni nəticə etibarilə, Türk Silahlı Qüvvələrinin üç ayrı istiqamətdən Suriyaya daxil olması barədə yayılan məlumatlar ehtimallardan və ya müxtəlif şübhələrdən ayrı tutulmalıdır. Əlbəttə ki, Türk əsgərlərinə və ya Türkiyənin təhlükəsizliyinə qarşı hər hansı bir təhdid olarsa, Türk Silahlı Qüvvələrinin BMT Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində əməliyyat keçirmək hüququ saxlanılır. Əhməd Əl-Şara rəhbərliyinin Türkiyədən tələblərinin olması halında isə Türkiyənin beynəlxalq hüquq çərçivəsində Əhməd Əl-Şaraya dəstək verdiyi və bundan sonra da verəcəyi şübhəsizdir. Dolayısıyla qarşıdakı günlərdə hərbi əməliyyatın baş tutub-tutmayacağı SDQ-nin mövqeyindən asılı olacaq. Əgər SDQ mənfi mövqe sərgiləsə, inteqrasiyanı gecikdirsə və ya zaman qazanmaq üçün müxtəlif taktika tətbiq etsə, hərbi əməliyyat ehtimalı mümkündür”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri