Icma.az
close
up
RU
Türk şirkəti Xəzərin Azərbaycan sektorunda: Ticarət dövriyyəsi 15 milyarda çatacaq

Türk şirkəti Xəzərin Azərbaycan sektorunda: Ticarət dövriyyəsi 15 milyarda çatacaq

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Türkiyə şirkətinin Xəzərin Azərbaycan sektorunda neft-qaz layihələrində iştirakı tərəflər arasında mövcud siyasi-iqtisadi əməkdaşlığın daha üst səviyyəyə çıxarılmasına xidmət edəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında REAL-ın sədri Natiq Cəfərli Türkiyə Neft Şirkətinin (TPAO) Xəzərin Azərbaycan sektorundakı Şəfəq-Asiman təbii qaz yatağında 30% paya sahib olmasının siyasi və iqtisadi üstünlüklərini şərh edərkən deyib.

Natiq Cəfərli bildirib ki, Azərbaycanla Türkiyə arasında istənilən sahədə əməkdaşlığın keçən hər il, hər ay getdikcə artdığını müşahidə etməkdəyik:


"Bu da normal haldır. Bakı ilə Ankara gələcəyə yönəlik bütün sahələr üzrə təbii müttəfiqdirlər. Nadir ölkələr belə təbii müttəfiqliyə malikdir. Burada söhbət hərbi və digər sahələr üzrə əməkdaşlığın iqtisadi sahələr üzrə daha da genişləndirilməsindən gedir. Çünki onlar arasında qarşılıqlı investisiya qoyuluşunun artırılması, qarşılıqlı ticarət dövriyyəsinin illik 15 milyard dollara çatdırılması ilə bağlı hədəflər var. Bu da investisiya və qarşılıqlı ticarətdə özünü büruzə verir, onlar artacaq. 

Türkiyə şirkətinin Azərbaycanın Xəzər sektorunda neft-qaz layihələrində iştirak etməsi də bu əməkdaşlığın daha üst səviyyəyə çıxarılmasına xidmət edəcək. Azərbaycanın da Türkiyədə böyük investisiyası var. SOCAR-ın İzmir və digər şəhəərlərdə qoyduğu investisiyaların həcmi 20 milyard dolları keçib. Türkiyə də Azərbaycanın enerji sektorunda pay almaqla həm investor, həm də qazanc sahibi olacaq".

Qeyd edək ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyə Neft Şirkətinin (TPAO) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şəfəq-Asiman təbii qaz yatağında 30% payla tərəfdaş olacağını bəyan edib. Bayraktar Türkiyə və Azərbaycanın enerji layihələrinin Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayaraq, Avropaya əlavə və alternativ mənbələrdən qaz tədarükü üçün yeni layihələrin həyata keçiriləcəyinə ümid etdiyini bildirib. 

Göründüyü kimi, Türkiyə regionda təkcə siyasi deyil, iqtisadi müstəvidə də möhkəmlənməyi hədəfləyib ki, bunun da bölgə üçün böyük əhəmiyyəti vardır. 

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 İyun 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri