Icma.az
close
up
RU
Türk xalqlarının minillik arzusu Cavanşir Feyziyev yazır...

Türk xalqlarının minillik arzusu Cavanşir Feyziyev yazır...

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müasir dövrümüzdə dünya düzəninin yenidən formalaşması və bu fonda beynəlxalq münasibətlər sistemində yeni regional platformaların meydana çıxması dünyada sabitlik, təhlükəsizlik və inkişaf anlayışlarına yeni məzmun gətirir. Bu reallıqlar fonunda Türk Dövlətləri Təşkilatı təkcə ortaq tarix və mədəniyyət zəminində yaranmış birlik deyil, həm də geosiyasi və geoiqtisadi təsir gücünə malik strateji platforma kimi formalaşmaqdadır. Son illərdə təşkilatın inkişaf dinamikası göstərir ki, türk dövlətləri artıq qlobal sabitlik və təhlükəsizlik arxitekturasında müstəqil subyekt kimi çıxış etməyə iddialıdır. Bu mənada 7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünü həm siyasi, həm də ideoloji baxımdan yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmək olar. Zirvənin “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunması da qlobal idarəetmə sistemində türk dünyasının rolunun və strateji məramının birbaşa göstəricisidir.

XII Qəbələ Zirvəsi göstərir ki, Prezident İlham Əliyevin bundan əvvəl Bişkek, Şuşa və Budapeşt zirvələrində səsləndirdiyi “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməlidir” çağırışı artıq strateji konsepsiya səviyyəsinə yüksəlmişdir. Azərbaycanın ardıcıl təşəbbüsləri nəticəsində TDT etno–mədəni birlikdən real təsir gücünə malik olan siyasi-iqtisadi birliyin təşəkkül mərhələsinə qədəm qoymuşdur. Prezidentin XII Zirvə Toplantısındakı çıxışı TDT-nin transformasiya proseslərini dərin elmi-siyasi əsaslarla izah edir. Dövlət başçısının vurğuladığı kimi, bu gün TDT artıq yalnız əməkdaşlıq platforması deyil, beynəlxalq münasibətlər sistemində ciddi geosiyasi mərkəzlərdən birinə çevrilməkdədir.

Qəbələ Zirvəsində təşkilata sədrliyin Qırğızıstandan Azərbaycana keçməsi sadəcə rotasiya deyil, ölkəmizin liderlik missiyasının beynəlxalq səviyyədə rəsmi təsdiqi kimi qiymətləndirilməlidir. Şübhə yoxdur ki, Azərbaycanın TDT-yə sədrliyi bu təşkilatın institusional dayanıqlılığının möhkəmlənməsində mühüm mərhələ olacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, birgə hərbi təlimlər, iqtisadi inteqrasiya və humanitar əməkdaşlıq istiqamətlərində ölkəmiz fəal rol oynayır. Azərbaycanın sabit siyasi sistemi, iqtisadi potensialı, strateji–coğrafi mövqeyi və güclənən hərbi-siyasi imkanları TDT-nin təşəkkül proseslərinə mühüm töhfələr verir. Bütün bunlar Azərbaycanın təşkilat daxilində təkcə ideoloji baxımdan istiqamətverici deyil, həm də regional və qlobal strategiyanı müəyyənləşdirən mərkəz kimi formalaşdığını nümayiş etdirir.

Təhlükəsizlik və sülh anlayışları TDT-nin əsas sütunlarını təşkil edir. Prezident İlham Əliyevin vurğuladığı kimi “təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil”. 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərimiz və 2023-cü ildə böyük uğurla həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası yalnız milli səviyyədə deyil, həm də bütövlükdə regionda ədalətin, sülhün və sabitliyin bərqərar olunması baxımından beynəlxalq əhəmiyyət kəsb edən mühüm hadisədir. Vaşinqtonda paraflanan sülh sazişi və ATƏT-in müvafiq qərarları isə Cənubi Qafqazda yeni sülh mərhələsinin başlanğıcını təsdiqləyir. Bu, Azərbaycanın sülh gündəliyinin beynəlxalq səviyyədə reallaşması deməkdir.

Türk Dövlətləri Təşkilatının çağdaş inkişaf trayektoriyası onu təkcə mədəni inteqrasiya mərkəzinə deyil, həm də strateji təhlükəsizlik və iqtisadi əməkdaşlıq platformasına çevirir. Naxçıvan Sazişindən bu günə qədər TDT regional sabitliyin möhkəmləndirilməsi, etimad mühitinin formalaşdırılması və enerji-nəqliyyat dəhlizlərinin koordinasiyasında aparıcı rola malik olub. Gələcəkdə planlaşdırılan birgə hərbi təlimlər, kibertəhlükəsizlik təşəbbüsləri və müdafiə sənayesi sahəsində sıx əməkdaşlıq layihələri təşkilatın Avrasiya təhlükəsizlik sistemində mühüm aktora çevrilməsini təmin edəcək. Bu istiqamətdə Azərbaycan-Türkiyə müttəfiqliyi TDT-nin strateji dayağını formalaşdırır.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəqliyyat və enerji layihələri TDT çərçivəsində iqtisadi əməkdaşlığın dərinləşməsinə güclü təkan verir. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması, Orta Dəhliz boyunca tranzit müddətlərinin azaldılması və Xəzər dənizi üzərindən logistika əlaqələrinin genişləndirilməsi türk dövlətlərinin inteqrasiyasını daha da sürətləndirəcək. Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr – külək, günəş və su enerjisinə yönələn sərmayələr – regionun ekoloji və iqtisadi dayanıqlılığını gücləndirir. Hazırda Mərkəzi Asiya, Azərbaycan, Türkiyə və Avropa arasında yaradılan “yaşıl enerji dəhlizi” layihəsi bu əməkdaşlığın strateji hədəfinə çevrilməkdədir.

Azərbaycanın azad edilmiş ərazilərində qardaş Türk dövlətlərinin iştirakı ilə reallaşan humanitar və infrastruktur layihələri böyük türk həmrəyliyinin praktiki ifadəsidir. Füzulidə Özbəkistanın inşa etdiyi Mirzə Uluqbəy məktəbi, Qazaxıstanın dəstəyi ilə yaradılmış Kurmanqazı Yaradıcılıq Mərkəzi, Ağdamda Qırğızıstan tərəfindən tikilən məktəb, Cəbrayılda Macarıstanın layihəsi və Füzulidə Türkmənistan tərəfindən məscid binasının tikilməsi bu birliyin mənəvi dərinliyini təcəssüm etdirir. Bu layihələr təkcə qardaşlıq rəmzi deyil, həm də TDT-nin humanitar və mədəni diplomatiyasının real təzahürüdür. Qarabağ Bəyannaməsi də məhz bu qardaşlıq ruhunun siyasi manifesti kimi çıxış edir.

Türk Dövlətləri Təşkilatı sadəcə ölkələrimiz arasında iqtisadi və siyasi inteqrasiyanın deyil, həm də türk sivilizasiyası çərçivəsində müasir dövrün çağırışlarına uyğun yeni bir siyasi birlik modelinin ifadəsidir. Bakı, Şuşa, Bişkek, Budapeşt və Qəbələ Zirvə görüşləri bu inteqrasiyanın ideoloji, institusional və strateji əsaslarını möhkəmləndirərək, türk dünyasının birliyini qlobal miqyasda yeni bir mərhələyə daşıyır. Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi sülhün, ədalətin və inkişafın təminatına yönəlmiş regional birlik modelidir. Bu modelin hərəkətverici qüvvəsi kimi Azərbaycan yalnız TDT-nin gələcəyini deyil, bütövlükdə Avrasiyanın sabitlik və tərəqqi arxitekturasını formalaşdırır. Məhz bu səbəbdən sülh, təhlükəsizlik və davamlı inkişaf Türk Dövlətləri Təşkilatının yol xəritəsində başlıca istiqamətlər kimi öz əksini tapır.

TDT-nin fəaliyyətində Avropa İttifaqının üzvü olan Macarıstanın Baş naziri Viktor Orbanın iştirakı, TDT-nin qlobal siyasətdə koordinasiyalı mövqeyinin formalaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Bu, türk dünyasının XXI əsrdə geosiyasi qütb kimi möhkəmlənməsinə və beynəlxalq münasibətlər sistemində daha fəal rol oynamasına öz töhfələrini verəcək.

Qəbələ Zirvə Toplantısında qəbul olunmuş qərarlar TDT inkişafının növbəti mərhələsində vahid iqtisadi məkanın yaradılmasını, bütün türk coğrafiyasında insanların, əmtəə və xidmətlərin sərbəst hərəkətini, vahid müdafiə sisteminin formalaşdırılmasını və nəhayət, qlobal siyasət meydanında vahid mövqedən çıxış edilməsini təmin edəcək.

TDT minillərdən bəri türk xalqlarının arzuladığı, tarixin müxtəlif zamanlarında çox yaxın olduqları, lakin son anda xarici təsir və daxili anlaşılmazlıqlar səbəbindən reallaşdıra bilmədiyi ən müqddəs arzuların həyata keçirilməsinə açılan bir qapıdır. Bu qapı bütün türk dünyasının sarsılmaz birlik, yüksək rifah və zəmanətli təhlükəsizlik şəraitində yaşayacağı gələcəyə açılan qapıdır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Oktyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri