Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Türk Ordusu bütün türk dünyasının qürur mənbəyidir Cavanşir Feyziyev yazır

Türk Ordusu bütün türk dünyasının qürur mənbəyidir Cavanşir Feyziyev yazır

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Bu gün Türkiyədə Zəfər Bayramı qeyd olunur. Türkiyə Silahlı Qüvvələri günü kimi qeyd edilən bu tarix Birinci Dünya müharibəsindən sonra türk xalqının tarixində böyük rol oynamış Mustafa Kamal Atatürkün öndərliyində Milli Ordunun yaranması və onun Türkiyənin xilası üçün apardığı amansız döyüşlərdə qazandığı tarixi zəfərləri ilə bağlıdır.

Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin parçalanaraq işğalçı ölkələr arasında bölüşdürülməsinin qarşısını almaq üçün türk vətənpərvərləri böyük sərkərdə Mustafa Kamal Atatürkün ətrafında birləşərək Türkiyəni xilas etmək və Cümhuriyyət yaratmaq üçün ölüm-dirim savaşına girişib. 1922-ci ilin avqustun 26-da başlayan “Baş komandanlıq meydan müharibəsi” 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnib. Bu qələbə ilə türk ordusu işğalçı orduların ölkə hüdudlarından kənara çıxarılmasına nail olub. Bu tarixi hadisə yenicə dağılmış qocaman bir imperiyanın qalıqları üzərində Türkiyə Cümhuriyyəti yaradılmasının ilk şərti, ilk addımı və ilk böyük qələbəsi idi. Daha sonra Türkiyənin varlığını bütün dünyaya qəbul etdirən möhtəşəm Çanaqqala Zəfəri dünya hərb tarixinin ən parlaq səhifələrindən biri kimi tanınıb. 1923-cü ildən başlayaraq 30 avqust tarixi Türkiyə torpaqlarının geri alındığı gün kimi qeyd olunmağa başlayıb. İlk illərdə Ankara, İzmir və Afyonqarahisar şəhərlərində qeyd edilən bu tarix 1936-cı ilin may ayında Türkiyə Cümhuriyyətinin rəsmi dövlət bayramı elan olunub. Bu tarix böyük Atatürkə, onun məsləkdaşlarına və Türkiyənin azadlığı və müdafiəsi üçün canlarını qurban vermiş bütün şəhidlərin ruhuna sonsuz ehtiramın ifadəsidir.

Bu gün Türkiyə Zəfər bayramını qeyd edir. Artıq bir əsrdir ki, türk ordusu zəfərlə qoşa addımlayır. NATO-nun ikinci ən böyük ordusu kimi tanınan Türk Ordusu təkcə Türkiyə ərazisində deyil, dünyanın bir çox bölgələrində sülhün təminatçısı və ədalətsizliklə, hərbi-siyasi təzyiqlərlə üzləşən bir çox xalqların təhlükəsizliyinin zəmanətidir. Bu gün Türkiyə Cümhuriyyəti 102-ci Zəfər bayramını milli hərb sənayesində əldə etdiyi möhtəşəm nailiyyətlərlə qeyd edir. İnnovativliyi, səmərəliliyi və praktiki nəticələri ilə dünyanı heyrətə gətirən Bayraktar PUA-ları türk hərbi sənayesini dünya hərb sənayesinin əsl bayraqdarına çevirib. Bayraktar şirkətinin Akınçı və Qızıl Elma, Kaan kimi son layihələri isə texniki parametrlərinə və tətbiqi özəlliklərinə görə onu dünya PUA sektorunun liderinə çevirməkdədir. Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarında, müsahibələrində verdiyi açıqlamalar türk hərb sənayesinin ballistik raketlərin istehsalı sahəsində də böyük uğurlara imza atdığını təsdiq edir. Türkiyədə istehsal olunan orta və uzaq mənzilli ballistik raketlərin uğurlu sınaqları son illərdə qardaş ölkənin hərbi qüdrətinin hansı zirvələrə yüksəldiyini göstərir.

Bütün bunlar 1923-cü ildə qazanılmış möhtəşəm zəfərlərin daimi və davamlı olmasını təmin edir. Türkiyə Cümhuriyyətinin öz siyasəti, iqtisadiyyatı, sənayesi və ordusu ilə birlikdə daim inkişafda və yüksəlişdə olması bütün dünya türklüyünün sülh və təhlükəsizlik şəraitində yaşayıb yaratması üçün ən etibarlı təminat və ən böyük zəmanətdir. Ona görə də Türkiyənin Zəfər bayramı hər bir türk xalqı və dövləti üçün də Zəfər Bayramıdır. Bu tarix bütün türk dünyası üçün qürur və şərəf tarixidir.

Zəfər Bayramınız mübarək!

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Avqust 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri