Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türk zopası “PKK” nı təslim olmağa məcbur etdi TƏHLİL

Türk zopası “PKK” nı təslim olmağa məcbur etdi TƏHLİL

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Abdulla Ocalan: "Konqresinizi toplayın, qərar verin, bütün qruplar silahlarını yerə qoymalı və "PKK" özünü buraxmalıdır”.

Türk öz varlığını, böyüklüyünü dünya yaranandan bu günə qədər qətiyyəti, mübarizliyi, ədalətli mövqeyi ilə hər bir bəşər övladına nümayiş etdirib. Ona görə də, Türkün gücü, qüdrəti dünyanın hər bir bölgəsində hiss olunur və qəbul edilir. Baxmayaraq ki, bəzi məkrli dairələr, pozucu qüvvələr müxtəlif vasitə və üsullarla türkün qətiyyətini sarsıtmağa, mübarizəsini əngəlləməyə, hədəfini yayındırmağa çalışıb. Lakin həqiqət ondan ibarətdir ki, istəklərinə nail ola bilməyiblər. Qısa müdət sonra acı məğlubiyyətlə üzləşiblər. Bu baxımdan tam qətiyyətlə qeyd etmək olar ki, bəşəriyyət mövcud olduqca türklük yaşayacaq və var olacaq. İndiki mərhələdə müxtəlif terrorçu qruplaşmalara siyasi, hərbi dəstək verməklə Türkiyəyə qarşı terror aktları törətməyə vadar edənlər, sonda terrorçularla yanaşı özləri də məğlubiyyətə düçar olacaqlar. Necə ki, 30 illik işğal dövründə xarici qüvvələr erməni terrorçularına müxtəlif növ silah-surasatla təmin etməklə Azərbaycana qarşı terror siyasəti həyata keçirməyə çalışdılar. Lakin nəticədə Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə ildırım sürətli əməliyyat keçirməklə 44 günə Ermənistan ordusunu darmadağın edib, ərazi bütövlüyünü təmin etdi. Sonrakı mərhələdə həyata keçirilən antiterror əməliyyatları ilə Qarabağda kök salan terrorçu ideoloqlar silahlı qruplaşmaları ilə bir yerdə məhv edildilər. Hazırda onların əsas başbilənləri Azərbaycan məhkəməsi qarşısına çıxarılaraq insanlıq əleyhinə törətmiş olduqları cinayətlərə görə mühakimə edilirlər. Bu baxımdan dost, qardaş Türkiyəyə qarşı uzanan əllərin kəsiləcəyi gün uzaqda olmadığı şübhəsizdir. Daha doğrusu, artıq uzun illər Türkiyəyə qarşı terror aktları törətmiş “PKK” terror təşkilatının buraxılması ilə bağlı bəyanatlar səsləndirilir. Yəni Türk zopası nəhayət terror təşkilatı olan “PKK”-nı diz çökməyə məcbur edib.

“PKK” yaradanlar peşmən edildi

Fakt ondan ibarətdir ki, “PKK” 1974-cü il də ABŞ tərəfindən yaradılsa da, sonradan bu təşkilata bir sıra ölkələr hərbi, maliyyə yardımları göstərib. Nəzərə almaq lazımdır ki, Rusiya, Çin, Fars-molla rejimi Hindistan, İsveçrə, Misir, İsrail, Tunis, Səudiyyə Ərəbistanı, Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri “PKK”-nı terror təşkilatı kimi tanımırlar. Bu isə onu deməyə əsas verir ki, hazırkı mərhələdə sözügedən ölkələr “PKK”-ya hərbi, siyasi, maliyyə yadımları göstərirlər. Bununla belə Avropa Birliyi ölkələri, NATO, ABŞ, Avstraliya, Yaponiya, Kanada, Qazaxıstan və regionda Türkiyə, Suriya, İraq və İran da daxil olmaqla, müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən terror təşkilatı kimi tanınır. “PKK” Avstraliyada yerləşən İqtisadiyyat və Sülh İnstitutunun (IEP) “2018 Qlobal Terror İndeksi” hesabatında “Avropanın ən ölümcül terror təşkilatı” olaraq qeyd edilib. 2016-cı ildə 268, 2017-ci ildə isə 71 nəfərin ölümünə görə məsuliyyət daşıyırdı. 2020-ci ilə qədər Türkiyə sərhədləri daxilində 500-ə yaxın silahlı “PKK” üzvü olduğu, ümumilikdə 60.000-ə yaxın terrorçunu özündə birləşdirir. Ümumilikdə bu günə qədər “PKK” terror təşkilatı tərəfində 25 minə qədər dinc sakin, əsgər və zabit terrorun qurbanı olub. Silah, narkoticarətin əsas iştirakçısı olan “PKK” bu vasitələrlə hər milyardlarla dollar qazanc əldə edib. Bu barədə 2020- ci il də Birləşmiş Millətlər Təşkilatı tərəfindən dərc edilən "Mütəşəkkil Cinayətkarlıq Təhlükəsinin Qiymətləndirilməsi" hesabatında təşkilatın narkotik ticarətindən 1 milyrad dollara qədər maliyyə vəsaiti əldə etdiyi qeyd olunur. Xatırlatmaq lazımdır ki, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı partiyasının qrtoplantısında “PKK” terror təşkilatının lideri Abdullah Öcalanın parlamentə gələrək burada qruplaşmanın buraxılmasını elan etməsini təklif etmişdir. Bildirmişdir ki, Abdulla Öcalan PKK-nın siyasi qanadı sayılan DEM Partiyasının sıralarına qatılsın və silahı yerə qoyduğunu bəyan edib, terrorun tamamən bitdiyini, PKK-nın ləğv edildiyini açılasın: “Əgər o, bu fərasət və qətiyyəti nümayiş etdirərsə, “Ümid hüququ”ndan istifadə ilə bağlı hüquqi tənzimləmə aparılmalı və ondan bəhrələnməsinin yolu geniş açılmalıdır. Nə Qəndil, nə də Ədirnə; ünvan İmralıdan DEM-ə qədər uzanmalı və bu ciddi və tarixi terror problemi ölkə gündəmindən tamamilə çıxarılmalıdır. Hodri meydan, biz buna hazırıq; Biz vətənimiz, millətimiz, dövlətimiz, bayrağımız, ümumi gələcəyimiz, tam müstəqilliyimiz naminə buna da sonuna qədər dözməyə hazırıq. Türkiyə və türk milləti üçün hər cür fədakarlığa, hər əziyyətə dözməyə, lazım olan hər addımı atmağa qərarlıyıq, sadiqik, tarix qarşısında deyirəm, and içmişik. “Yeni Yüzyıl, Yeni Həyat, Yeni Türkiyə” əsasında baqajı boşaldaq, milli ideallara birlikdə nail olaq. Üçüncü mühakimə cümləm belədir: Diyarbəkirli anaların səssiz qışqırtısı eşidilməli, övladlarına qovuşmalı, hamısının gülüşünə səbəb olmalı, problemin qaynağı olanlar hərəkətə keçməlidir. Bilinməlidir ki, bu da mənim uzatdığım əlin mesajıdır. Terrorçu üsullarla hər hansı yaxın və ya uzaq məqsədə nail olunduğu görülməyib və eşidilməyib. Dinc yollar olanda terrora əl atmaq şər, xəyanət, qətl və vəhşilikdir. Türk milləti separatçı terrorla yaşamağa məcbur deyil”.

D.Baxçalı “PKK”- ını tör-töküntülərinə xəbərdarlıq etməyı də unutmayıb: “Türkiyə Cümhuriyyəti separatçı terror təşkilatını məhv etməyə qadirdir. Bununla belə Kürd qardaşlarım, gəlin bir olaq, birlikdə olaq, bizimlə fitnə-fəsad törədənlərin arasına girmək istəyənləri tarixin zibilliyinə göndərək. İmanımız bir, qibləmiz bir, iradəmiz bir, bayrağımız bir, millətimiz bir, dövlətimiz bir, yaddaşımız bir, dərdimiz bir, gələcəyimiz bir, hamımız birik. Türkiyə Cümhuriyyətinin 101-ci ildönümündə yeni əsrin dastanını milli qucaqla əl-ələ yazaq; Ayrılmağı, parçalanmağı, parçalanmamızı gözləyənləri məhv edək!”.

Abdulla Öcalan bütün qrupları silahı yerə qoymağa çağırıb

Bəli, hakim AKP-nin də dəstəkləyi D.Baxçalının çağırışı öz nəticəsini verdi. Abdulla Öcalan bütün qrupları silahı yerə qoymağa çağırıb və "PKK özünü buraxmalıdır" mesajını verib. A.Öcalan yazılı açıqlamasında qeyd edib ki, PKK tarixin ən şiddətli zorakılıq əsri olan 20-ci əsr iki dünya müharibəsi, real-sosializm və dünyanın hər yerində yaşanan soyuq müharibə mühiti, kürd reallığının inkarı, azadlıqlar, xüsusilə ifadə qadağaları zəminində doğulub: “PKK", nəzəriyyə, proqram, strategiya və taktika baxımından əsrin real-sosialist sisteminin reallığından güclü təsirə məruz qalmışdır. 1990-cı illərdə daxili səbəblərdən real-sosializmin çökməsi, ölkədə kimlik inkarının aradan qalxması, ifadə azadlığındakı inkişaf "PKK"-nın mövcudluğunu artıq mənasız edib, təşkilatın həddindən artıq özünü təkrarlanmasına səbəb oldu. Ona görə də "PKK" da bənzər təşkilatlar kimi ömrünü tamamlamış və fəaliyyətinə son qoyulmasını zəruri etmişdir. 1000 ildən çox tarix boyu türklər və kürdlər öz varlıqlarını davam etdirmək və hegemon güclərə qarşı ayaqda qalmaq üçün əsasən könüllülük aspekti ilə ittifaqda qalmağı həmişə zəruri hesab ediblər. Müasir kapitalist sistemin son 200 ildə əsas məqsədi də bu ittifaqı parçalamağa çalışmaq olub. Təsirə məruz qalan güclər də öz sinfi bazası ilə birlikdə, bu məqsədə xidməti prioritet hesab etdilər. Bu prosesi Cümhuriyyətin uniformist şərhləri ilə daha da sürətləndirib. Bu baxımdan indi əsas vəzifə bu gün çox xeyli kövrəkləşmiş tarixi münasibətləri inanclardan kənara çıxmadan, qardaşlıq ruhunda yenidən qurmaqdır”.

Baş terorçu onu da bildirib ki, qruplaşma silahı yerə qoymalı və təslim olmaldır: “Sülh və demokratik cəmiyyət dövrünün tələbi ilə reallığa uyğun inkişaf etdirilməlidir. Hörmətli Dövlət Baxçalının çağırışının, cənab Prezidentin göstərdiyi iradənin və digər siyasi partiyaların məlum çağırışa müsbət yanaşmalarının yaratdığı bu mühitdə silahı yerə qoymağa çağırıram və bu çağırışın tarixi məsuliyyətini öz üzərimə götürürəm. Konqresinizi toplayın, qərar verin, bütün qruplar silahlarını yerə qoymalı və PKK özünü buraxmalıdır”.

A.Öcalanın çağırışından sonra İraq, Suriya bölgələrində yer alan “PKK” terror təşkilatının qruplaşmaları silahı yerə qoyacaqlarını bəyan ediblər

İmranlıda həbsxanada terrorçubaşı Abdullah Öcalanla görüşdən sonra 7 nəfərlik DEM Partiyasının nümayəndə heyəti İstanbulda otelə gələrək KİV nümayəndələri qarşısnda A. Öcalanın bəyanatını səsləndiriblər. Mətbuat konfransında ilk çıxış edən DEM Partiyası TBMM sədrinin müavini Sırrı Süreyya Öndər prosesdə əməyi olan hər kəsə təşəkkür edib: “Bu mənasız və xaotik prosesdə itirdiklərimizə hərbi polis də daxil olmaqla bu ölkənin bütün uşaqlarına rəhmət diləyirik” . S.Öndər başda Prezident Rəcəb Tayyib Ərdoğan, MHP sədri Dövlət Baxçalı və CHP sədri Özgür Özəl olmaqla, əməyi keçən bütün siyasətçilərə təşəkkür edərək, “Sülhü dəstəkləyən, bunun əvəzini ödəyən, bir şey edə bilməsələr dua edən hər kəsə təşəkkür edirəm. Bu ölkənin əvvəlki şöhrətinə qayıtmağın vaxtıdır. Biz tarixin müsbət dönüş nöqtəsindəyik”. Daha sonra Abdulla Ocalanın hazırladığı bir səhifəlik mətni əvvəlcə kürdcə Ahmet Türk, daha sonra türkcə Pervin Buldan oxuyub. A. Öcalanın orijinal əlyazma mətni də KİV nümayəndələrinə və ictimaiyyətə təqdim edilib.

Diqqətçəkən məqam ondan ibarətdir ki, A.Öcalanın çağırışından sonra İraq, Suriya bölgələrində yer alan “PKK” teror təşkilatının qruplaşmaları silahı yerə qoyacaqlarını bəyan ediblər. İraqdakı PKK teror təşkilatının üç qruplaşmasının ardınca Suriya qolu da silahı yerə qiyacaqlarını açılayıblar. Kürdüstan İşçi Partiyası (PKK) terror təşkilatının Suriya qolu kimi tanınan PYD-nin lideri Salih Müslim A. Öcalanın çağırışını dəstəklədiyini bəyan edib. Salih Müslim bildirib ki, əgər siyasi qrup kimi fəaliyyət göstərməyimizə icazə verilərsə, silahı yerə qoymağı qəbul edirik.

Görünən ondan ibarətdir ki, Türkiyənin dünyada getdikcə güclənməsi və daha geniş formada terrorçuları, eləcə də onların havadarlarını sıradan çıxartması “PKK” ideoloqlarını və onların havadarlarını ciddi narahat etdiyindən təslim olmağa və yaşamaq ümidi ilə geri çəkilməyə məcbur olublar. Bu, bir daha Türkün zəməti, böyük qələbəsidir.

İILHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Fevral 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri