Icma.az
close
up
RU
Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Bu sualın cavabı nə “kürd açılımı” kimi yumşaq terminlərdə, nə də gündəlik siyasi polemikadadır. Cavab dövlətin təhlükəsizlik rasionalında və zamanlamanın düzgün seçilməsindədir. Son günlərdə Türkiyədə baş verənlər göstərdi ki, Ankara artıq bu mövzuda taktiki manevr mərhələsində deyil, strateji bağlanış mərhələsindədir. Məhz bu nöqtədə CHP yenə prosesi düzgün dəyərləndirə bilmədi.

Türkiyədə təhlükəsizlik məsələləri gündəmə gələndə təkrarlanan bir mənzərə var. Dövlət hərəkətə keçir, sahədə nəticə formalaşır, regional balans dəyişir, müxalifət isə proses başa çatmağa yaxın etik və ideoloji etiraz mərhələsinə keçir. Bu, sadəcə taktiki səhv deyil. Bu, CHP-nin təhlükəsizlik refleksinin struktur olaraq niyə işləmədiyini göstərən problemdir.

Problemin mahiyyəti sadədir: dövlət ağlı ilə müxalifət psixologiyası arasındakı dərin fərq.

Dövlət ağlı təhlükəsizliyi zaman, məkan və güc balansı üzərindən dəyərləndirir. Müxalifət psixologiyası isə onu niyyət oxunuşları, etik kateqoriyalar və keçmiş travmalar prizmasından qiymətləndirir. Bu iki baxış toqquşanda müxalifət demək olar ki, həmişə gecikir.

Son PKK prosesi bu fərqi açıq göstərdi. Türkiyə bu dəfə PKK məsələsinə “danışaq, görək nə olar” məntiqi ilə yox, “bağlayaq və bitsin” rasionalı ilə yanaşdı. Əvvəl regionda məsələ bağlandı, sonra daxili siyasi dil dəyişdi. Suriyada PKK-nın hərbi-siyasi dayaqları faktiki olaraq sıradan çıxarılmadan nə İmralı mövzusu, nə də daxili deeskalasiya gündəmə gələ bilərdi. Bu ardıcıllıq klassik dövlət ağlının işləmə mexanizmidir.

Bu xətt illərdir Rəcəb Tayyib Ərdoğan tərəfindən açıq şəkildə ifadə olunurdu: “Terörle müzakere değil, mücadele edilir.” Bu cümlə çox vaxt şüar kimi təqdim edilsə də, əslində uzunmüddətli strategiyanın xülasəsi idi. Türkiyə əvvəl sahədə mübarizəni apardı, sonra siyasi mərhələyə keçdi. Danışıq zəifliyin yox, üstünlüyün nəticəsi kimi ortaya çıxdı.

Eyni dövlət rasionalı Devlet Baxçalı xəttində də aydın görünür. Baxçalı illərlə PKK ilə bağlı ən sərt mövqeni ifadə etmişdi. Onun son mərhələdə daha ölçülü siyasi dilə keçməsi güzəşt deyil. Bu, təhlükənin sahədə bitdiyinə verilən siyasi təsdiqdir. Dövlət ağlı üçün tabu təhlükə davam edərkən qorunur, təhlükə aradan qalxanda dəyişir.

CHP isə bu mərhələni yenə düzgün dəyərləndirə bilmədi. CHP rəhbərliyinin “masa”, “üniter quruluşun təhlükəsi”, “xəyanət” ritorikası reallığı yox, köhnə qorxuları ifadə edir. Halbuki ortada masa yoxdur. Masa qurulmazdan əvvəl sahə bağlanıb. CHP hələ də danışığı avtomatik zəiflik kimi oxuyur. Dövlət isə danışığı yalnız təhlükə aradan qalxandan sonra mümkün olan texniki mərhələ kimi görür.

Müxalifətin problemi daha dərindir. CHP təhlükəsizliyi hələ də ya ordunun işi, ya da 1990-cı illərin travması kimi dəyərləndirir. Halbuki müasir dövlətdə təhlükəsizlik diplomatiya, regional balans, miqrasiya, enerji xətləri və psixoloji mühitin eyni anda idarə olunmasıdır. Dövlət bu çoxqatlı sistemi yaxşı bilir. Müxalifət isə yalnız səs-küyü görür.

Bu səbəbdən CHP təhlükəsizlik məsələlərində həmişə reaktiv mövqedə qalır. Proses başlayanda etiraz edir, proses bitəndə “biz demişdik” deyir. Amma təhlükəsizlik sahəsində haqlı olmaq kifayət deyil. Vaxtında haqlı olmaq lazımdır.

DEM Partisi və İmralı ilə bağlı təmaslar da bu kontekstdə yanlış yozulur. Burada məqsəd PKK-nı legitimləşdirmək deyil. Əksinə, onun ideoloji dayaqlarını boşaltmaqdır. Silahlı gücü sahədə qalmayan bir təşkilat üçün ideoloji mərkəzin təsiri də tədricən mənasızlaşır. Ankara məhz bu mərhələni idarə edir.

Beləliklə, Türkiyə PKK-ni indi bağlayır, çünki ilk dəfə olaraq eyni anda üç şərt ödənib: regional hərbi dayaqlar dağıdılıb, daxili təhlükəsizlik balansı qurulub və siyasi risklər idarəolunan səviyyəyə enib. Bu, açılım deyil. Bu, bağlanış mərhələsidir.

Türkiyə siyasətində paradoksal bir reallıq var. Müxalifət demokratiya, hüquq, iqtisadiyyat və sosial ədalət mövzularında danışa bilir, amma təhlükəsizlik məsələsinə gələndə dili tutulur. Ya susur, ya gecikir, ya da reallıqla əlaqəsi olmayan ittihamlar səsləndirir. Bunun səbəbi təkcə iqtidarın gücü deyil. Əsas səbəb müxalifətin təhlükəsizlik anlayışını hələ də yanlış yerdə axtarmasıdır. 

Nəticə etibarilə, bu proses nə romantik sülh axtarışıdır, nə də keçmişin təkrarı. Bu, dövlətin problemi bağlama cəhdidir. CHP bu reallığı duymadığı üçün yenə kənarda qalır. Ərdoğan və Baxçalı isə fərqli siyasi köklərdən gəlsələr də, eyni dövlət ağlında kəsişirlər. Və məhz buna görə proses irəliləyir, ittihamlar isə havada qalır.

Elbəyi Həsənli
Sürix

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:413
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Yanvar 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri