Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi həssas qruplardan olan qadınların məşğulluq problemlərini araşdıracaq
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2025-ci il kiçik qrant
müsabiqəsinin qalibi olub və Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaxın vaxtlarda “Həssas qruplardan olan
qadınların məşğulluğu: sosial sahibkarlıq və müasir çağırışlar” layihəsinin icrasına başlayacaq.
Turkustan.az xəbər verir ki, İctimai Birliyin sədri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayevanın verdiyi məlumata görə, layihə çərçivəsində mövzu ilə bağlı kitabın nəşri nəzərdə tutulur. Kitabda həssas qruplardan olan qadınların məşğulluğunun mövcud vəziyyəti və onların məşğulluq səviyyəsinin yüksəldilməsində sosial sahibkarlığın rolu qiymətləndiriləcək, habelə bu qruplardan olan qadınların məşğulluq səviyyəsinin yüksəldilməsi üçün dövlət və qeyri-dövlət sektorunda reallaşdırıla biləcək təşviq mexanizmləri tədqiq olunacaqdır. Bununla yanaşı, həssas qruplardan olan qadınların əmək bazarının tələblərinə uyğun olaraq yenidən hazırlanması imkanları müəyyənləşdiriləcək, onların məşğulluq imkanlarının genişləndirilməsi, sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflər hazırlanacaq.
Layihə çərçivəsində həssas qruplardan olan qadınlar arasında onların məşğulluğu ilə bağlı sosioloji sorğu keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 08 May 2025 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















