Icma.az
close
up
RU
Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 2 ci sammiti keçirilib │ FOTOLAR

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 2 ci sammiti keçirilib │ FOTOLAR

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az-a bu barədə "Şahdağ Turizm Mərkəzi" QSC-nin mətbuat katibi Orxan Bədəlov məlumat verib.

Bildirilib ki, Özbəkistanın Amirsoy Dağ Kurortunda baş tutan sammitdə Azərbaycan, Özbəkistan, Qazaxıstan və Türkiyənin dağ və xizək kurortlarının rəhbər şəxsləri və nümayəndələri, dövlət rəsmiləri iştirak ediblər.

Tədbirin rəsmi hissəsində İttifaqın son iki ildə həyata keçirdiyi layihələr, görüşlər və toplantılar, eləcə də yay və qış mövsümlərində təşkil olunan idman tədbirlərinə həsr olunan video təqdimatı nümayiş olunub.

Sammitdə çıxış edən Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının sədri Rüstəm Nəcəfov son iki il ərzində İttifaqın qısa müddətdə üzv kurortlar arasında əməkdaşlığı gücləndirən, ortaq layihələrin həyata keçirilməsini təşviq edən və Türk dünyasının qış və dağ turizmi potensialının beynəlxalq səviyyədə vahid turizm destinasiyası kimi tanıdılmasına töhfə verən mühüm əməkdaşlıq platformasına çevrildiyini bildirib.

O, İttifaqın fəaliyyətinin genişlənməsi, Türk dünyasında nüfuzunun artması, beynəlxalq tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və üzv kurortların sayının 4-dən 9-a çatdırılmasının təşkilatın davamlı inkişafının və regionun aparıcı dağ turizmi platformalarından birinə çevrilməsinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Türk dünyasının dağ turizmi sahəsində əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Amirsoy Dağ Kurortunun baş meneceri Rüstəmjon Raimcanov türk dövlətlərinin təcrübəsinin, turizm potensialının və zəngin mədəni irsinin bir araya gətirilməsinin qış və dağ turizmi sahəsində vahid, güclü və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli brendin formalaşmasına mühüm zəmin yaradacağını deyib.
O vurğulayıb ki, üzv kurortlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və ortaq təşəbbüslərin inkişafı türk dünyasının dağ turizmi imkanlarının beynəlxalq aləmdə daha geniş tanıdılmasına, həmçinin regionun qlobal turizm bazarındakı mövqeyinin güclənməsinə əhəmiyyətli töhfə verəcək.

Sammit çərçivəsində ittifaq üzvləri arasında əməkdaşlığın genişləndirlməsi və birgə layihələrin hazılanması, birlik ölkələrində yay mövsümü ərzində dağ turizminin inkişafı, kurortlarda standartlara cavab verən infrastrukturun yaradılması, o cümlədən dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi, iqlim dəyişiklikləri və global konfliktlərin turizmə təsiri və bu cür hallara qarşı önləyici tədbirlərin görülməsi, kurortların fəaliyyətində süni intelektin imkanlarında istifadəsi, peşəkar kadırların hazırlanması mövzularına həsr olunan panel müzakirələr və müxtəlif təqdimatlar keçirilib.

Tədbir çərçivəsində birliyin nizamnaməsinə uyğun olaraq İttifaqa sədirlik Azərbaycandan Qazaxıstana təhvil verilib, həmçinin yeni üzv seçilən kurortlara üzvlük sertifikatları təqdim olunub.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı Türk Dövlətləri Təşkilatının dəstəyi ilə 2024 ilin sentyabr ayında yaradılıb. İttifaqa Azərbaycanın, Özbəkistanın, Qazaxıstanın və Türkiyənin 9 dağ kurortu daxildir. Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının növbəti sammiti Türkiyənin Kayseri şəhərində, Erciyes Dağ Kurortunda təşkil olunacaq. Qalereya
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azvision.az
archiveBu xəbər 21 Avqust 2026 04:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri