Icma.az
close
up
RU
Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının nümayəndələri arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının nümayəndələri arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Qusar, 25 dekabr, Elxan Yusifli, AZƏRTAC

Dekabrın 21-dən 24-dək Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının üzv dövlətlərinin nümayəndələri arasında iş birliyinin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı məqsədilə toplantı keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Kayseri şəhərində yerləşən Erciyes Xizək Mərkəzində baş tutan tədbirdə Azərbaycan,Türkiyə,Qazaxıstan və Özbəkistanın aparıcı xizək kurortlarının nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının fəaliyyət istiqamətləri, İttifaq daxilində idman yarışlarının, mədəni və qastronomik tədbirlərinin təşkili üçün ortaq layihələrin hazırlanması, bu istiqamətdə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi, o cümlədən marketinq və tanıtım sahəsində birgə təşəbbüslərin, reklam və kommunikasiya kampaniyalarının həyata keçirilməsi, rəqəmsal platformalar və sosial media üzərindən ortaq təşviqat mexanizmlərinin yaradılması, qış turizm məhsullarının qarşılıqlı tanıtımı müzakirə olunub, müxtəlif təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının Baş katibi Orxan Bədəlov ittifaqın 2026-cı il üçün nəzərdə tutulan strateji hədəfləri və planları haqqında toplantı iştirakçılarına məlumat verib. O, növbəti ildə birliyin tədbirlər planına əsasən Türkdilli Dövlətlərin II Xizək Kubokunun və İttifaqının Forumunun təşkil ediləcəyini, bu tədbirlərin üzv ölkələr arasında idman, turizm və mədəni əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcəyini qeyd edib.

Türk dünyasının xizək kurortlarını bir araya gətirən bu əməkdaşlıq platformasına ev sahibliyi etməkdən böyük məmnunluğunu bildirən Erciyes Xizək Mərkəzinin İdarə Heyətinin sədri Zafer Akşeheroğlu bu cür görüşlərin təkcə kurortlar arasında təcrübə və bilik mübadiləsinin genişlənməsinə deyil, eyni zamanda, Türkiyənin qış turizmi potensialının beynəlxalq səviyyədə tanıdılmasına, yeni tərəfdaşlıqların qurulmasına və türk dövlətləri arasında turizm axınının artırılmasına mühüm təkan verəcəyini bildirib.

Səfər çərçivəsində İttifaq nümayəndələri Kayseri Böyükşəhər Bələdiyyəsinin sədri Memduh Büyükkılıç, həmçinin Kayseri Şəhərinin Mədəniyyət və Turizm Müdiri Şükrü Dursun və Anadolu Sağlamlıq Turizmi Assosiasiyasının sədri Ergün Sezerlə görüşüblər. Görüş zamanı Kayseri Böyükşəhər Bələdiyyəsinin sədri Memduh Büyükkılıç türk dünyasını birləşdirən ortaq tarix, mədəni irs və dəyərlərin bu gün turizm və idman kimi sahələr vasitəsilə daha da möhkəmləndiyini qeyd edib. Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı çərçivəsində qardaş ölkələrin nümayəndələrini Kayseridə və Erciyes Xizək Mərkəzində qəbul etməyin Türkiyə üçün xüsusi əhəmiyyət daşıdığını, bu platformanın yalnız qış turizmi üzrə əməkdaşlıq deyil, eyni zamanda, türk dünyası arasında qarşılıqlı etimada, həmrəyliyə və ortaq gələcəyə yönəlmiş birgə layihələrin inkişafına xidmət edəcəyini qeyd edib.

Səfər çərçivəsində Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının nümayəndələri Erciyes Xizək Mərkəzinin turizm potensialı, mövcud infrastrukturu və təqdim etdiyi xidmətlərlə yaxından tanış olub, həmçinin Kayseri şəhərinin zəngin tarixi və mədəni irsini əks etdirən memarlıq abidələrini, muzey və tarixi məkanlarını ziyarət edib, milli mətbəx nümunələrini dadıblar.

Qeyd edək ki, hazırda Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının Azərbaycan, Türkiyə, Özbəkistan və Qazaxıstandan olan 8 üzvü var. İttifaqa sədrlik 2 il müddətinə Azərbaycana həvalə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see164

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see132

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see129

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri