Icma.az
close
up
RU
Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 2 ci sammiti keçirilib

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 2 ci sammiti keçirilib

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türk Dövlətləri Təşkilatının dəstəyi və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının təşkilatçılığı ilə “Zirvələrdən Çiçəklənməyə: Türk Dövlətlərində Dağ və Xizək Kurortlarının Birgə İnkişafı və Qlobal Turizmə İnteqrasiyası” mövzununa həsr olunan sammit təşkil olunub.
Özbəkistanın Amirsoy Dağ Kurortunda baş tutan sammitdə Azərbaycan, Özbəkistan, Qazaxıstan və Türkiyənin dağ və xizək kurortlarının rəhbər şəxsləri və nümayəndələri, dövlət rəsmiləri iştirak ediblər.
Tədbirin rəsmi hissəsində İttifaqın son iki ildə həyata keçirdiyi layihələr, görüşlər və toplantılar, eləcə də yay və qış mövsümlərində təşkil olunan idman tədbirlərinə həsr olunan video təqdimatı nümayiş olunub.
Sammitdə çıxış edən Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının sədri Rüstəm Nəcəfov son iki il ərzində İttifaqın qısa müddətdə üzv kurortlar arasında əməkdaşlığı gücləndirən, ortaq layihələrin həyata keçirilməsini təşviq edən və Türk dünyasının qış və dağ turizmi potensialının beynəlxalq səviyyədə vahid turizm destinasiyası kimi tanıdılmasına töhfə verən mühüm əməkdaşlıq platformasına çevrildiyini bildirib.
O, İttifaqın fəaliyyətinin genişlənməsi, Türk dünyasında nüfuzunun artması, beynəlxalq tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və üzv kurortların sayının 4-dən 9-a çatdırılmasının təşkilatın davamlı inkişafının və regionun aparıcı dağ turizmi platformalarından birinə çevrilməsinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Türk dünyasının dağ turizmi sahəsində əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Amirsoy Dağ Kurortunun baş meneceri Rüstəmjon Raimcanov türk dövlətlərinin təcrübəsinin, turizm potensialının və zəngin mədəni irsinin bir araya gətirilməsinin qış və dağ turizmi sahəsində vahid, güclü və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli brendin formalaşmasına mühüm zəmin yaradacağını deyib.
O vurğulayıb ki, üzv kurortlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və ortaq təşəbbüslərin inkişafı türk dünyasının dağ turizmi imkanlarının beynəlxalq aləmdə daha geniş tanıdılmasına, həmçinin regionun qlobal turizm bazarındakı mövqeyinin güclənməsinə əhəmiyyətli töhfə verəcək.
Sammit çərçivəsində ittifaq üzvləri arasında əməkdaşlığın genişləndirlməsi və birgə layihələrin hazılanması, birlik ölkələrində yay mövsümü ərzində dağ turizminin inkişafı, kurortlarda standartlara cavab verən infrastrukturun yaradılması, o cümlədən dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi, iqlim dəyişiklikləri və global konfliktlərin turizmə təsiri və bu cür hallara qarşı önləyici tədbirlərin görülməsi, kurortların fəaliyyətində süni intelektin imkanlarında istifadəsi, peşəkar kadırların hazırlanması mövzularına həsr olunan panel müzakirələr və müxtəlif təqdimatlar keçirilib.
Tədbir çərçivəsində birliyin nizamnaməsinə uyğun olaraq İttifaqa sədirlik Azərbaycandan Qazaxıstana təhvil verilib, həmçinin yeni üzv seçilən kurortlara üzvlük sertifikatları təqdim olunub.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı Türk Dövlətləri Təşkilatının dəstəyi ilə 2024 ilin sentyabr ayında yaradılıb. İttifaqa Azərbaycanın, Özbəkistanın, Qazaxıstanın və Türkiyənin 9 dağ kurortu daxildir. Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının növbəti sammiti Türkiyənin Kayseri şəhərində, Erciyes Dağ Kurortunda təşkil olunacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://azvision.az
archiveBu xəbər 02 Avqust 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri