Icma.az
close
up
RU
Türkdilli poeziyanın ilk divan şairi

Türkdilli poeziyanın ilk divan şairi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qazi Bürhanəddin – 680                  

Zəmanəsinin böyük şairi, alimi və dövlət xadimi Qazi Bürhanəddin oğuzların Salur boyundan olub. Əcdadlarının Xarəzmdən Anadoluya köç etdiyi barədə məlumatlar var. Özü isə 1344-cü ildə Kayseridə doğulub, Dəməşqdə təhsil alıb, orada Qütbəddin Razidən şairlik öyrənib. Sonra bir müddət Şam, Məkkə, Hələbdə yaşayıb, nəhayət, Vətənə qayıdıb. Onun şəcərəsi nəsilbənəsil qazı vəzifəsini icra edib. Şərqşünas Aqafangel Krımski Bürhanəddinin “qazının oğlu, qazının nəvəsi, qazının nəticəsi və qazının kötükçəsi” olduğunu yazıb. 

Bürhanəddin özü də əvvəllər qazılıq  edib, daha sonra Ərətha bəyliyinin vəziri olub, ən sonda isə öz adına paytaxtı Sivas olmaqla bəylik formalaşdırıb. Oranın müstəqilliyini qorumaq üçün Osmanlıya, Məmlükə, Qaramanoğulları və Ağqoyunlulara qarşı 18 il mübarizə aparıb. Döyüşkən şair 54 yaşında Sivas uğrunda savaşda həlak olub. 

Onun saray şairi – Əziz ibn Ərdəşir Astrabadi əzmkar şəxsiyyət haqqında “Bəzm və Rəzm”  (“Şənlik və savaş”) yazaraq geniş məlumatlar verib. Sonrakı təzkirəçi və tarixçilər bu mənbəyə istinad ediblər. Kitablarda Qazi Bürhanəddinin şairliyindən “xəsisliklə” bəhs olunsa da, igidliyi, cəsurluğu, güclər önündə əyilməzliyi yetərincə vəsf olunub. Özü də yazdıqlarında Allaha tapınıb hünər göstərməyin mümkünlüyünü qeyd edib: 

Əzəldə Haqq nə yazmış isə olur,

Göz nəyi ki, görəcək isə görür.

İki aləmdə Haqqa sığınmışız,

Toxtamış nə ola, ya axsaq Teymur.

Həyatı mübarizə və çarpışmalarda keçən Qazi Bürhanəddin tarixə türk dilində yazılmış ilk divanın müəllifi olması ilə də möhür vurub. O, ümumiyyətlə, türkcə ədəbiyyatın qurucularından sayılır. 

Universitet müəllimim, AMEA-nın müxbir üzvü, mərhum Əlyar Səfərli bir sıra orta əsr şairi kimi, Qazi Bürhanəddinin də əsərlərinin elmi-tənqidi mətnini hazırlayaraq nəşr etdirib. O, anadilli ədəbiyyatımızın ilk gülüstanı olan Bürhanəddin divanının xalqımızın bədii zövqünün, gözəllik və nikbinlik dünyabaxışının bəhrəsi kimi təravətli və cazibədar olduğunu bildirib. Çapa verdiyi 1319 qəzəl, 20 rübai və 108 tuyuqdan (tuyuq –yalnız türk ədəbiyyatında istifadə olunan, 11 hecalı, 4 misralı duyğu yarpaqları) ibarət kitaba ön sözündə yazıb ki, “Var canım igidlərə qurban olsun” – deyən Qazi Bürhanəddin öz əsgərlərini göylərə ucaldaraq sanki döyüşə ruhlandırıb, bütün dünyaya örnək göstərib: 

Ərənlər öz yolunda ər tək gərək,

Meydanda erkək kişi nər tək gərək.

Yaxşı-yaman, qatı-yumşaq olsa xoş,

Sərvərəm deyən kişi erkək gərək. 

Qəzəllərinin birini şair belə bir mətlə ilə başlayıb:

Bu nə hüsnü, bu nə xəttü, bu nə qəddü, nə bəladır,

Cəmalün rövzəmi,  ya rəb və ya firdovsi-əladır.

Qazi Bürhanəddinin bir beytini də yada salaq: 

Cananı cana tərk qılan müşkülə düşər,

Canana canımı qıyıb asana düşmüşəm.

“Canı kim cananı üçün sevər, cananın sevər” deyən Məhəmməd Füzulinin də, digər şairlərin də məşhur şeirlərini yazarkən Bürhanəddinin söz bulağından su içdiyi aşkar görünür. Təsadüfi deyil ki, türk alimi Vəsfi Mahir Qocatürk onu Nəsimi və Nəvainin ustadı kimi qələmə verib. Qazi Bürhanəddin özü isə el ədəbiyyatı havasını da qəzələ gətirmək məharətinə malik olub. Aşıq üslubunda çox işlənən “dedim-dedi” formasından qəzəldə incəliklə istifadə edib: 

Dedi könlündə nə vardır, dedim həm,

Dedi gözündə nə vardır, dedim dəm.

Dedi nədir bu aləmdə muradın,

Dedim bir dilbəri-zibayi-həmdəm. 

Əlyar Səfərli qeyd edib ki, şair sənətin mayasını gözəllikdə axtarır, ona görə, sevgilini vəsf etməyən söz-şeir adi bir küləkdir. Bir rübaisinə nəzər salaq:

Ol göz ki, üzün görməyə, göz demə ona,

Ol üz ki, tozun silməyə, üz demə ona.

Ol söz ki, içində, sənəma, vəsfin yox,

Sən badi-həva tut onu, söz demə ona.

Şairin rübailəri, qəzəlləri kimi, ilk nümunələri məhz ona aid olan tuyuqları da dərin mənası, fədakarlığa çağırışı, gözəlliyə aşiqanə etinası ilə seçilir:

Sənciləyin dünyada xub az imiş,

Nəğməni rast anladım, şahnaz imiş.

Könüllər kəkliyinə bu dünyada

İlla, şahin gözlərin şahbaz imiş.

Şairin azərbaycanca “Divan”ı bircə nüsxədə saxlanıb ki, o da hələ müəllifin sağlığında xəttat Xəlil ibn Əhməd tərəfindən yazılıb və hazırda Britaniya muzeyindədir. 

Sonda xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Qazi Bürhanəddin əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Əli NƏCƏFXANLI 
XQ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2024 00:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri