Türkiyə 300 metr uzunluğunda təyyarədaşıyan gəminin inşasına başladı
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
"Türkiyə "TCG Anadolu"nun böyük versiyası olacaq 300 metr uzunluğunda təyyarədaşıyan gəminin tikintisinə başlayıb".
Bizim.Media "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu İstanbul Hərbi Dəniz Gəmiqayırma Zavodunda dəniz platformalarının istismara verilməsi mərasimində deyib.
Onun sözlərinə görə, havada güclü və dənizdə təsirli olmadan quruda çəkindirici qüvvə olmaq mümkün deyil.
Türkiyə dövlət başçısı qeyd edib ki, ölkəsi tədqiqat və inkişafdan dizayna, proqram təminatından seriyalı istehsala qədər bütün prosesləri öz milli resurslarından istifadə edərək həyata keçirir. O, Türkiyənin dünyada müstəqil şəkildə hərbi gəmilər hazırlayan və suya buraxan 10 ölkə arasında olduğunu vurğulayıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 21 Dekabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















