Türkiyə ABŞ nin Ukraynaya silah ötürmə planından xəbərsizdir KİV
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ankara ABŞ-nin Ukraynaya silahları Türkiyə üzərindən göndərmək planından xəbərsiz olduğunu açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə xarici media Türkiyə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
“ABŞ Dövlət Departamentinin bu istiqamətdə hər hansı planı barədə məlumatımız yoxdur. Məsələni birbaşa ABŞ tərəfinə ünvanlamaq daha məqsədəuyğundur”, – deyə mənbə bildirib.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin Ukraynaya MLRS yaylım atəş sistemləri və ATACMS ballistik raketləri də daxil olmaqla silah sistemlərinin tədarükü ilə bağlı Konqresə məlumat verdiyi bildirilmişdi. Bu barədə ABŞ Konqresinin rəsmi sənədlərində məlumat yer alıb.
Rusiya Ukraynaya silah tədarükünün əleyhinə çıxır və dəfələrlə bildirib ki, bu cür yardımlar münaqişənin nizamlanmasına mane olur və NATO ölkələrini birbaşa münaqişəyə cəlb edir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, istənilən hərbi yük Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfə çevriləcək.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 10 Avqust 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















