Türkiyə, Azərbaycan, Bolqarıstan və Gürcüstan arasında anlaşma memorandumu imzalandı
Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə, Azərbaycan, Bolqarıstan və Gürcüstan “Yaşıl Elektrik Enerjisinin Ötürülməsi və Ticarət Layihəsi” çərçivəsində anlaşma memorandumu imzalayıb.
Banco.az xəbər verir ki, Bakıda keçirilən Cənub Qaz Dəhlizi 11-ci Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası 3-cü Nazirlər Görüşü çərçivəsində bir sıra mühüm razılaşmalar əldə olunub. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Enerji və Mənzil məsələləri üzrə komissarı Dan Jorgensen çıxış ediblər.
Əldə olunan razılaşmaya əsasən, günəş və külək kimi bərpaolunan enerji mənbələrindən hasil edilən elektrik enerjisi Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu ilə Avropaya çatdırılacaq.
Bununla yanaşı, TEİAŞ (Türkiyə) ilə AzerEnerji arasında elektrik ötürücü şəbəkəsi sahəsində əməkdaşlıq sazişi imzalanıb. Bu çərçivədə Türkiyə ilə Naxçıvan arasında elektrik infrastrukturunun modernləşdirilməsi və ötürmə gücünün artırılması nəzərdə tutulur. Hazırda 75 MVt idxal və 40 MVt ixrac imkanına malik olan xəttin daha səmərəli istifadəsi planlaşdırılır.
Qeyd edək ki, ötən ay İğdır–Naxçıvan təbii qaz boru xətti istifadəyə verilmiş, Naxçıvanın fasiləsiz qaz təchizatı təmin olunmuşdu.
Enerji Təhlükəsizliyi və Yaşıl İqtisadiyyat
Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar iclasa yüksək səviyyəli iştirakın region ölkələrinin enerji təhlükəsizliyinə sadiqliyini nümayiş etdirdiyini vurğulayıb. O bildirib ki, Cənub Qaz Dəhlizi uzunmüddətli enerji əməkdaşlığı baxımından əhəmiyyətli platformadır və iclasda iştirak edən ölkələrin əksəriyyəti yaşıl iqtisadiyyata keçid istiqamətində iddialı planlara malikdir. Türkiyə olaraq bu sahədə əməkdaşlığı genişləndirməyə hazır olduqlarını deyib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 04 Aprel 2025 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















