Icma.az
close
up
RU
Türkiyə, Azərbaycan və Pakistan ittifaqı: yeni güc balansı yaranır İsmail Cingözdən ŞƏRH

Türkiyə, Azərbaycan və Pakistan ittifaqı: yeni güc balansı yaranır İsmail Cingözdən ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin təsiri azalır, beynəlxalq ekspert dünya düzəninin dəyişdiyini açıqladı

2021-ci ildə təsis edilən Antalya Diplomatiya Forumu dünyanın regional güc mərkəzlərinin strateji baxışlarının uzlaşdırıldığı mühüm diplomatik tribunaya çevrilib. Aprelin 17-18-də Türkiyənin ev sahibliyinə əsasən baş tutan konfrans, “Sabahı formalaşdırarkən qeyri-müəyyənliklərlə mübarizə” mövzusu adı altında dünyanın yenidən formalaşmasına xidmət edir. Bu il beşinci dəfə təşkil olunan Antalya Diplomatiya Forumu 150-dən çox ölkədən 5 mindən artıq iştirakçını bir araya gətirib. Dünyanın müharibə ocağına çevrildiyi dönəmdə konfrasın təşkil edilməsi, məlhəm rolunu oynadı. Forum, Yaxın Şərqdə regional əməkdaşlıq, terrorla mübarizə, Avropada təhlükəsizliyin nəzərdən keçirilməsi istiqamətində bir sıra problemlərin diplomatik səviyyədə həll edilməsinə üstünlük verir. Konfransın diqqətçəkən məqamlarından biri də Türkiyə, Azərbaycan və Pakistan liderlərinin yan-yana əyləşərək bir-birinin əlini qardaşlıq rəmzi kimi sıxmaları oldu. Toplantının iki gün keçirilməsinə baxmayaraq, doğurdu əks-səda hələ də beynəlxalq mətbuatın diqqət mərkəzində qalmaqdadır. 

Mövzu ilə bağlı beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz Sherg.az-a bildirib ki, Antalyada Diplomatiya Forumu Türkiyənin etibarlı tərəfdaş imicini zirvələrə yüksəltdi:

“Forum, Türkiyə, Azərbaycan və Pakistan liderlərinin bir araya gələrək dünyaya verdikləri güc və birlik mesajı ilə yadda qaldı. Onlar, Cənubi Qafqazdan başlayaraq Hind və Sakit okeanı ərazilərinə qədər uzanan geniş coğrafiyada artan gücün özlərinə məxsus olduğunu nümayiş etdirdilər. Bu mesaj xüsusilə də, ABŞ, Avropa İttifaqı və Rusiya kimi qlobal güc mərkəzlərinə ünvanlanıb. Yaxın Şərq ölkələri də qardaşların birliyindən payına düşəni götürməlidir”. 

Analitikin sözlərinə görə Azərbaycan, Türkiyə və Pakistanın diqqətindən kənarda qalmayan məqamlardan biri də Türk Dövlətləri Təşkilatıdır:

“Quruma daxil olan ölkələr zamanla, enerji təhlükəsizliyi və logistika sahəsində əsas oyunçulardan birinə çevrilir. Artıq ABŞ-nin qlobal təsir gücü zəifləməyə başlayıb. İranla müharibə dövründə Vaşinqtonun nə qədər aciz olduğunun fərqinə vardıq. ABŞ-nin Ukrayna-Rusiya müharibəsinin həlli istiqamətində nəticə əldə edə bilməməsi, onun beynəlxalq arenada təsir imkanlarının məhdud olduğunu göstərdi”. 

İ.Cingözün fikrincə, daxili problemlər və Ukrayna-Rusiya müharibəsi Avropa İttifaqını qlobal güc statusundan çıxarıb:

“Belə bir şəraitdə yalnız TDT yüksəliş yaşayan quruma çevrilib. Antalya Diplomatiya Forumunda, TDT-nin Azərbaycan, Türkiyə və Pakistanın rəhbərliyi altında 3-cü qlobal gücə çevriləcəyi vurğulandı. Ərdoğan uzun illərdir ki, dünya sistemində hegemon ölkələrin gücdən düşdüyünü anlatmağa çalışırdı. Artıq Qərb ölkələri iki istiqamətdə qorxuya düşüb. Bir tərəfdən TDT-nin zirvələrə yüksəlməsi, digər tərəfdən isə Trampın NATO-dan çıxacağını açıqlaması, Qərbi ürək xəstəliyinə salıb”. 

Ekspert vurğulayıb ki, Avropa ölkələri 1945-ci ildən bu yana müdafiə sənayesi və silah istehsalı baxımından ABŞ-dən asılı vəziyyətdədir:

“Vaşinqton təşkilatdan ayrılan kimi, Qərb ölkələrinin hərbi potensialı zəifləyəcək. Çünki ABŞ, Rusiya təhdidinə qarşı Avropanın müdafiə qalxanı rolunu oynayırdı. Beynəlxalq arenada yalnız qalan Avropa ölkələri, Türkiyənin təhlükəsizlik çətirinə sığınacaqlar. Çünki Türkiyə silah və texnikanın 80 faizini özü istehsal edir. Avropa ölkələri NATO çərçivəsində Türkiyə olmadan müdafiə sistemi qurmağın çətinliyini anlayırlar. Digər tərəfdən isə Çin Qərb bloku ilə ticarət əlaqələrini inkişaf etdirmək üçün türk dövlətlərinə ehtiyac duyur”. 

Analitik, türk dövlətlərinin Asiya və Avropa ölkələri arasında körpü rolunu oynadığını bildirib:

“Cənubi Qafqazdan başlayaraq Balkanlara qədər Türkiyə olmadan güc balansı qurmaq çətindir. Türkiyənin iştirak etmədiyi sülh danışıqları ya nəticəsiz qalır, ya da imzalanan razılaşmalar uzunmüddətli olmur. Ona görə də Türkiyənin siyasi gücü beynəlxalq mətbuatın gündəmindən düşmür. Bir sözlə, Türkiyə-Azərbaycan-Pakistan qardaşlığı sayəsində yeni dünya düzəni formalaşır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Aprel 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri