Icma.az
close
up
RU
ABŞ İsrailin mümkün sui qəsd planının qarşısını alıb? İsmail Cingözdən ŞƏRH

ABŞ İsrailin mümkün sui qəsd planının qarşısını alıb? İsmail Cingözdən ŞƏRH

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Vaşinqton bu xəbəri məqsədli şəkildə sızdırmış ola bilər” “ABŞ və İsrail müttəfiqdir, amma İran məsələsində maraqları hər zaman üst-üstə düşmür”

ABŞ və İsrailin 2026-cı il fevralın 28-də İrana hücumu əsasında başlayan müharibə, tarixə ən çox yüksək profilli sui-qəsdlərin qeydə alındığı münaqişə kimi düşüb. Həmin dönəmdə dəfələrlə hədəfdə Ali rəhbər Əli Xamneinin olduğu bildirilsə də, heç kəs bu məsələyə ciddi yanaşmırdı. Lakin onun ölümünün təsdiqlənməsi bütün təsəvvürləri alt-üst elədi.

Bu gün isə "The New York Times" qəzetinin yayımladığı xəbər, beynəlxalq aləmdə şok effekti yaradıb. Qəzetin yazdığına görə, İsrail ordusu ABŞ ilə İslamabad danışıqlarından sonra Tehrana qayıdan İran nümayəndə heyyətinin təyyarəsinə zərbə endirməyi planlayıb. Təyyarənin içərisində isə İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi olub. İddialara görə, Vaşinqton, Qalibafın hədəf siyahısına daxil edildiyini öyrənəndiyi an, sui-qəsd planından imtina etmələri üçün İsrail hökumətinə müraciət edib. Qəzet onu da iddia edir ki, İranın xüsusi xidmət orqanları hava məkanında İsrail qırıcılarının pusqu qurduğunu müəyyən etdikdən sonra, təyyarə yaxınlıqdakı hava limanlarından birinə məcburi eniş edib. Rəsmi nümayəndələrin yerüstü nəqliyyatla təxliyə olunduğu qeyd edilir. ABŞ və İran arasında danışıqların davam etdiyi dönəmdə, üzə çıxan sui-qəsd planları şübhələr doğurub.

Mövzu ilə bağlı Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz Sherg.az-a bildirib ki, İsrail, İranın yüksək vəzifəli hərbi və siyasi xadimlərinə qarşı planlı əməliyyatlar aparmağı öz milli təhlükəsizlik arxitekturasının əsas sütununa çevirib:

“Keçmiş ali rəhbər Əli Xamnei və İranın yüksək rütbəli hərbi komandanlarının İsrailin hücumlarının qurbanına çevrildiyi hər kəsə gün kimi aydındır. Buna görə də, danışıqlarda iştirak edən İran nümayəndə heyyətinin İsrail kəşfiyyatının hədəf siyahısında yer alması təəccüb doğurmamalıdır. ABŞ administrasiyası, danışıqların uğursuz nəticələnməsinin qarşısını almaq üçün İsrailə diplomatik təzyiq də göstərmiş ola bilər. ABŞ və İsrailin müttəfiq olmaları, onların İranla bağlı maraq və mövqeyinin hər zaman üst-üstə düşəcəyi anlamına gəlməməlidir”. 

Ekspertin sözlərinə görə, beynəlxalq siyasətdə müttəfiqlik münasibətləri nə qədər güclü olsa da, hər bir dövlət üçün öz milli maraqları daha üstün sayılır:

“Digər tərəfdən isə ABŞ bu xəbəri qəsdən mətbuata sızdırmış ola bilər. ABŞ-ni sui-qəsdi dayandıran tərəf kimi göstərməkdə əsas məqsəd, rəsmi Tehranda Vaşinqtonun etibarlı və güvənilən aktor olduğu təəssüratını yaratmaqdır. Diplomatik təmaslarda prosesin taleyini yalnız irəli sürülən şərtlər müəyyən etmir. Tərəflərin bir-birinə münasibəti də həlledici rol oynayır. Ölkə rəhbərliyi çox vaxt digər dövlətlə münasibətlərdə, böhranın qarşısını almaq və etibarlı tərəfdaş imicini möhkəmləndirmək üçün bu tip məlumatları qəsdən media dövriyyəsinə buraxır. Böyük ehtimalla, bu xəbər həm real kəşfiyyat məlumatlarına söykənir, həm də siyasi-diplomatik mesaj daşıyır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 İyul 2026 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri