Türkiyə bizə deyir ki, növbə sizindir, gəlirik Xaçikyan
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin Osmanlı İmperiyasını bərpa etməyə necə başladığını görə bilərsiniz. Bu, Rusiya və İran üçün böyük məğlubiyyətdir. Ukrayna ruslar üçün prioritetdir, bu isə bizim üçün çox təhlükəlidir, çünki Rusiya Qafqazda da eyni seçimi edə və bu bölgədən geri çəkilə bilər.
Axar.az xəbər verir ki, bu sözləri erməni ekspert, siyasi elmlər doktoru Artur Xaçikyan yerli mediaya açıqlamasında deyib.
“Bizə Türkiyədən deyirlər ki, növbəti sizsiniz, biz buranı (Suriyanı – red.) bitirib, Zəngəzura gələcəyik”, - deyə o iddia edib.
Xaçikyanın sözlərinə görə, İrana hücum ola bilər:
“Belə məlumatlar ABŞ mənbələrindən gəlir. İran da sarsıdıcı cavab verəcəyi ilə hədələyir. Əgər İrana hücum olsa, bizim tərəfimizdə dayanan sonuncu ölkə çox məşğul olacaq, dünyanın diqqəti başqa yerə yönələcək. Biz isə 1915 rəqəminə qayıdacağıq (Xaçikyan qondarma soyqırımı, əslində isə türklərə arxadan zərbə vurmaqlarını və xəyanəti xatırladır – red.)”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 06 Yanvar 2025 08:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















