Türkiyə bölgənin birləşdirici və sabitləşdirici qüvvəsi kimi çıxış edir ŞƏRH
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Hazırda Cənubi Qafqaz və Şərqi Avropada yeni geosiyasi dinamika formalaşır. Prinsip etibarı ilə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bu məsələdə birləşdirici şəxsdir. Amma Ukrayna Prezidenti Zelenskinin hakimiyyətdən kənarlaşdırılması prosesi və ABŞ-nin bu kontekstdə həyata keçirdiyi siyasət bölgədə ciddi dəyişikliklərin başlanğıcı da ola bilər. Zelenski-Putin münasibətlərində geridönülməz problemlərin ortaya çıxması fonunda, Amerika Birləşmiş Ştatlarının işğal olunmuş torpaqları Rusiyaya təhvil vermək ehtimalı güclənir. Bu isə Ukraynanın parçalanması prosesini sürətləndirə bilər".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfərindən danışarkən bildirdi.
"Bu yeni vəziyyətdə Türkiyənin bölgədə oynayacağı rol xüsusi əhəmiyyət kəsb edir. Türkiyə, prinsipcə, bölgənin birləşdirici və sabitləşdirici qüvvəsi kimi çıxış edir və region lideri kimi öz mövqeyini qorumağa çalışır. Lakin ABŞ və Rusiya arasında gedən geosiyasi oyunlarda Türkiyə həm strateji maraqlarını müdafiə etməli, həm də öz gələcək planlarını diqqətlə qurmalıdır.
Qara dəniz regionunda yerləşən Türkiyə böyük torpaq və resurs potensialına malikdir. Taxıl böhranından yeni dünyada əsas taxıl təchizatçısı kimi rolu önə çıxır. Bu mövqeyindən istifadə edərək Türkiyə həm regional təsirini artırmaq, həm də qlobal iqtisadi və siyasi sahədə nüfuzunu gücləndirmək imkanına sahibdir",- deyə müsahibimiz fikirlərini yekunlaşdırdı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 06 Avqust 2025 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















