Icma.az
close
up
RU
Azərbaycan sabitləşdirici, birləşdirici qüvvədir

Azərbaycan sabitləşdirici, birləşdirici qüvvədir

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pərvanə SULTANOVA
[email protected]

Son bir həftə Azərbaycan diplomatiyası üçün mühüm hadisələrlə zəngin oldu. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak etdi, təkcə regional deyil, beynəlxalq gündəm üçün əhəmiyyətli mesajlar verdi, bir sıra görüşlər keçirdi. Dövlət başçısı daha sonra Serbiyaya səfər etdi. Bu səfər həm ikitərəfi, həm də Balkanlarla münasibətlərin inkişafında yeni bir səhifə açır. 

Bakı Politoloqlar Klubunun rəhbəri  Zaur Məmmədov "525"ə müsahibəsində qeyd edilən məsələlərlə bağlı sualları cavablandırıb.

- Bu il keçirilən Münxen Təhlükəsizlik Konfransının Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

- Builki Mühxen Təhlükəsizlik Konfransının mövzusu və qarşıya qoyulan məqsədlər dünyadakı konfrantasiya, qeyri-sabitliklə bağlı idi. Konfransın ilk günündə ABŞ-la Avropa İttifaqı (Aİ) arasındakı gərginliyin aradan qaldırılmasına ümidlərin olduğunu müşahidə etdik. Bununla yanaşı, hələ də Vaşinqton və Brüssel arasında əsas məsələlərlə bağlı, o cümlədən Avropanın təhlükəsizliyi, sülh məsələlərində ciddi fikir ayrılıqlarının olduğunu gördük. Bu fonda Azərbaycan Prezidentinin iştirakı əlbəttə ki, fərqli bir ab-hava yaradırdı. Çünki Azərbaycan sülh əldə edən və sülhü inkişaf etdirən tərəf kimi çıxış edirdi. Əgər orda bir çox ölkələr arasında fikir ayrılıqları var idisə, bir çox ölkələrin bu və ya digər şəkildə baxış bucağında üst-üstə düşməyən məqamlar var idisə, Azərbaycan əksinə, həm ABŞ, həm Aİ, həm də digər tərəflərlə balanslı siyasət aparan, sabitləşdirici və birləşdirici tərəf olaraq beynəlxalq subyekt qismində çıxış edirdi. Prezident İlham Əliyevin çıxışını sülhdən başlaması onu deməyə əsas verirdi ki, Cənubi Qafqazda nəhayət ki, sülh əldə edilib və bu, Qərblə Şərqin yolayrıcında yerləşən bir bölgədə sabitlik deməkdir ki, bu sabitlik və sülhü dəstəkləmək lazımdır. Bu, gələcək perspektivdə həm də Avropanın, bütövlükdə Avrasiyanın təhlükəsizliyi üçün vacib məqamlardan biridir. Bəli, bu sülhə qarşı çıxan tərəflər var, sülhü istəməyən qüvvələr var, dünyada qeyri-sabitlik yaratmaq istəyən qüvvələrin sayı da az deyil, amma ümumilikdə Azərbaycanın atdığı addımları qiymətləndirmək, sülhlə bağlı prosesi gücləndirmək və buna dəstək olmaq lazımdır. Çünki məlum məsələdir ki, Bakıda separatçılara hökm oxunması fonunda başda fransız parlamentariləri olmaqla, erməni diasporası və bir qrup şəxs tərəfindən dünya ictimaiyyətini çaşdırmağa istiqamətlənən çağırışları görürük. Biz həm ABŞ hökumətinə, həm də Avropa parlamentarilərinə və hökumətlərinə bu və ya digər şəkildə ismarıcları və təzyiqləri görürük. Bu mənada təbii ki, Prezident İlham Əliyevin çıxışı və bölgədəki vəziyyətlə bağlı fikirləri ilə dünya bir daha bölgədəki prosesləri başa düşmüş oldu. Eyni zamanda, çıxışda bir daha vurğulandı ki, bölgədə yeni layihələr icra olunmaqdadır, Azərbaycan artıq daha çox Avropa ölkəsinə təbii qaz satır və bu, Avropanın enerji təhlükəsizliyi üçün çox vacib məqamdır. Gələcəkdə qaz alan ölkələrin sayı artacaq ki, bu, ümumilikdə bölgənin iqtisadi-siyasi durumuna təsir etmiş olacaq. Amma ölkəmiz bununla kifayətlənmir, biz bir çox digər yollarla da Avropanı qazla təmin edə bilərik. Bu aspektdə Transsxəzər layihələrinə də daha çox Avropaya vurğu etsəydik, yaxşı olardı. Bu da təsadüfi deyil, çünki hazırda Zəngəzur dəhlizinin - Tramp yolunun açılmasından söhbət gedir. Ənənəvi Azərbaycan-Gürcüstan vasitəsilə Avrasiyanın orta xəttində biz əlaqələrin genişləndirilməsinə şahidlik etməkdəyik. Belə olan halda, Xəzərin o tayından Qərb istiqamətinə həmin layihələri Avropa dəstəkləməlidir. Bu çıxış həm də topu Avropaya verir. Onların özləri bu kimi iqtisadi və kommunikasiya layihələrində maraqlı olduqları üçün daha qərarlı, daha prinsipial olmalıdırlar.

Ümumilikdə, Azərbaycan Prezidentinin hər zaman olduğu kimi, bu beynəlxalq tədbirdə də çıxışına diqqət böyük idi, nəticə etibarilə coğrafi cəhətdən Azərbaycan kiçik dövlət olmasına baxmayaraq, ərazicə böyük dövlətlər arasında, o cümlədən bu və ya digər şəkildə iqtisadi-siyasi potensialı kifayət qədər yüksək olan ölkələr arasında öz mövqeyini qorumağı və çatdırmağı bacardı. Bir çox ölkələrdən fərqli olaraq hansılar ki, dünyanın ayrı-ayrı bölgələrində sabitsizləşdirici faktor rolunda çıxış edirlər, Azərbaycan sabitləşdirici qüvvədir, birləşdirici qüvvədir, Münxen konfransında da bir daha hər kəs bunu görmüş oldu.

- Münxendə "France 24" telekanalına müsahibəsində Prezident Fransa ilə münasibətlərdən də danışdı. Dövlət başçısı bildirdi ki, bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil, hər iki tərəf, xüsusən də Ermənistan ilə Azərbaycan arasında artıq əldə olunmuş sülhdən sonra normal münasibətlərə daha çox hazırdır. Fransa ilə münasibətləri necə görürsünüz?

- Fransanın regionla bağlı əsas hədəfi ondan ibarət idi ki, yaranmış vəziyyətdən istifadə edərək Cənubi Qafqazda daha çox təsir imkanları əldə etsin, qərbpərəst Paşinyanın köməyindən istifadə edərək həm Türkiyənin, həm də Rusiyanın vacib qonşuluğunda olan strateji nöqtədə öz hərbi, siyasi rolunu artırsın. Eyni zamanda, təbii ki, ənənəvi olaraq fransız syasətçiləri tərəfindən Qarabağ mövzusunda və erməni məsələsi ətrafında türkfob və Azərbaycana qarşı bəyanatlar səsləndirərək Aİ-də öz mövqeyini gücləndimək niyyətində idi. Bu və ya digər şəkildə biz Fransanın bir neçə hədəfinin olduğunu gördük. Amma bu hədəflərin hər biri darmadağın edildi. Son beş il ərzində onlar dəfələrlə BMT Təhlükəsizlik Şurasına Azərbaycanla bağlı məsələ çıxardılar. Avropa Parlamentində, AŞPA-da, Aİ-nin özündə Azərbaycana qarşı sanksiyaların, bəyanatların qəbuluna və tətbiq edilməsinə çalışdılar. Yəni ölkəmizə qarşı bütün düşmənçilik mövqeyini maksimum şəkildə istifadə etdilər. Bütün bunlara baxmayaraq, heç bir hədəflərinə çatmadılar. Prezident Makron da çox yaxşı bilir ki, əgər müharibə vaxtında, müharibənin nəticələrinin həzm edildiyi bir dövrdə onlar məqsədlərinə çatmadılarsa, bundan sonra da mümkün deyil. Bununla belə, bu günlərdə Fransa parlamenti tərəfindən yenidən qərəzli bir sənədin qəbuluna şahidlik etdik. Bütün bunlar onu göstərir ki, Fransada hakimiyyətdə kimin olmasından asılı olmayaraq erməni məsələsi, ermənilərin müdafiəsi bundan sonra da bu və ya digər şəkildə davam etdiriləcək.

Hazırkı dövrdə Makronun qarşısında daha böyük çağırışlar var və o, həm hakimiyyətini sonadək davam etdirməsini düşünür, həmçinin Ukrayna məsələsi və s. var, yaxşı olar ki, Fransanın koalisiyalı hökuməti öz işi ilə məşğul olsun. Bütün bunların fonunda biz Azərbaycanın Fransaya qarşı çox uğurlu siyasət apardığını görürük. Azərbaycan sübut etdi ki, Fransa qarşısında müdafiə siyasəti aparası deyil, tamamilə kəskin və konkret şəkildə Fransa ilə bağlı bəyanatlar verildi, sistemli siyasət aparıldı.

Nəticə etibarilə biz nəyi gördük, Fransa dünyada Azərbaycanla bağlı hansısa qərarların qəbulunu istəyirdi, amma əksinə, bu, özünə qarşı oldu. Nəticədə Qlobal Cənub platforması yarandı, Afrika və Okeaniya ölkələrinin Fransa neokolonializminə qarşı birləşməsini gördük və ciddi şəkildə Fransaya qarşı bir ideoloji qrupun kollektiv şəkildə fəaliyyətinə şahidlik etmiş olduq. Çünki Fransanın apardığı siyasət doğrudan da antihumanist, kolonial idi. Azərbaycanı ermənilərin hansısa hüquqlarının tapdanmasında, müharibə vaxtı onlara qarşı guya ki, hansısa davranışda günahlandıran Fransa gördü ki, elə dünyada soyqırımı siyasətini aparan, hərbi, siyasi cinayətləri davam etdirən, ölkələrin suverenliyinə və müstəqilliyinə bais olan, təzyiq edən məhz bu ölkənin özüdür. Makronun daxili siyasətdə də uğursuzluğu vəziyyətinin daha da pisləşməsinə gətirib çıxardı.

- Azərbaycan Balkanlar istiqamətində də fəal siyasət aparır. Bu baxımdan dövlət başçısının Serbiyaya səfərinin əhəmiyyətini necə şərh edərdiniz?

- Bu gün çox nadir hallarda dünyada hansısa lider, - xüsusilə, söhbət Avropa liderlərindən gedir, - kimisə tərifləyir, barəsində xoş sözlər deyir. Biz dəfələrlə digər liderlərlə yanaşı, Serbiya Prezidenti Aleksandar Vuçiçin İlham Əliyevin ünvanına siyasi leksikonda desək, tamamilə nümunəvi və xoş sözlər dediyinə şahidlik edirik. O, İlham Əliyevi özü üçün örnək bir lider adlandırır. Bu da hesab edirəm ki, hər bir azərbaycanlı tərəfindən çox xoş qarşılanır. Prezidentin səfəri ilə bir daha təsdiq edildi ki, Azərbaycanla Serbiya arasında ümumilikdə həm təbii qaz ilə bağlı ciddi şəkildə fəaliyyət mexanizmləri gücləndirilir və genişləndirilir, eyni zamanda, artıq enerji siyasəti ilə bağlı yeni layihələr həyata keçiriləcək. Əgər buna qədər söhbət təkcə Azərbaycandan Serbiyaya təbii qazın ötürülməsindən gedirdisə, bundan sonra Serbiya da həmin o enerjinin şaxələndirilməsində, istehlakında əsas aktora çevriləcəkdir ki, bu da olduqca vacib nüanslardan biridir. Bilirik ki, Azərbaycan Balkanlarda son beş ildə öz mövqeyini kifayət qədər gücləndirib, demək olar ki, əksər Balkan ölkələri və Şərqi Avropa ölkələri Azərbaycanla enerji sahəsində əməkdaşlıq edir. Bu, təkcə təbii qazla, neftlə bağlı deyil, eyni zamanda, yaşıl eneri ilə bağlıdır, Qara dənizin dibi ilə çəkiləcək fiber optik xətlərlə əlaqədardır ki, biz Şərqi Avropa və Balkanlarda Azərbaycanın demək olar ki, qeyri-Avropa ölkələri arasında bir nömrəli tərəfdaşa çevrildiyinə də şahidlik etməkdəyik. 

Ümumilikdə həm Serbiyaya səfər, həm Münxen Konfransında iştirak, imzalanan sənədlər, ikitərəfli, çoxtərəfli görüşlər Azərbaycanın siyasi-iqtisadi mövqeyinə təsir edəcəkdir. Hazırda dünyanın çox çətin çağırışlarla qarşılaşdığı bir vaxtda və qeyri-sabit bir dünyada bunlar bölgənin inkişafına töhfə vermiş olacaq. Bu, həm də bir daha onu göstərir ki, Azərbaycanla dost olmaq lazımdır, Azərbaycanın maraqlarını əlbəttə ki, qarşılıqlı şəkildə nəzərə almaq lazımdır, bölgədəki proseslərə mane olmaq yox, dəstək vermək hər kəs üçün daha yaxşı olar. 

Pərvanə SULTANOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Fevral 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see224

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see223

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see222

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see218

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see217

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see216

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see191

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see191

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see190

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see190

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see188

David Seliverstovun Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu VİDEO

09 Avqust 2026 20:53see185

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see184

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see182

Prezident ordunu ayağa qaldırdı Fövqəladə vəziyyət elan olundu

11 Avqust 2026 01:56see179

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

11 Avqust 2026 01:45see175

“Sabah” “Orhus”un planlarını dəyişdi Liqa matçı təxirə salındı

09 Avqust 2026 21:14see173

Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

10 Avqust 2026 00:31see171

Samsung bu modüllərlə yollarını ayırır: SİYAHI

11 Avqust 2026 02:24see167

Messi atası ilə vida mərasimində görüntüləndi FOTO/VİDEO

10 Avqust 2026 01:31see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri