Türkiyə böyük uğurlara nail olub Zakir Həsənovdan AÇIQLAMA
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Türkiyənin Zəfər Bayramı və Türk Silahlı Qüvvələrinin 104-cü ildönümü münasibətilə qardaş Türkiyəni ürəkdən təbrik edirəm."
SİA xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycan səfirliyində 30 Avqust – Zəfər bayramı münasibətilə təşkil olunan tədbirdə deyib.
SİTAT: "Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində Türkiyə böyük uğurlara nail olub və güclü dövlətə çevrilib. Qardaş ölkənin hər bir uğuru bizi də böyük sevinc hissi ilə sevindirir.
Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələri ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” prinsipləri əsasında daha da möhkəmlənir", - deyə Z.Həsənov qeyd edib.
Mətləb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 29 Avqust 2026 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















