Icma.az
close
up
RU
Türkiyə bütün sahələrdə yeni zirvələr fəth edir

Türkiyə bütün sahələrdə yeni zirvələr fəth edir

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Oktyabrın 29-da qardaş Türkiyədə Cümhuriyyət Bayramı kimi qeyd edilir. Hər il bu tarixdə ölkə daxilində və kənarda müxtəlif tədbirlər keçirilir. Belə tədbirlərdən biri də

Bakıvaxtı.az xəbər verir ki, Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyi tərəfindən təşkil edilib. Liseyin hər iki şöbəsində də bu münasibətlə tədbirlər keçirilib.

Tədbirlər şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi, daha sonra Azərbaycanın Dövlət himni və Türkiyənin İstiqlal marşının oxunması ilə başlayıb.

Mərasimdə çıxış edən liseyin müdiri Eylem Gültekin deyib ki, bu gün tarixi gündür. Çünki 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib.

Qeyd olunub ki, 102 il öncə məhz bu tarixdə, oktyabrın 29-da Mustafa Kamal Atatürk və silahdaşları imkansızı imkana çevirərək tarix yazdılar. Elə bir tarix ki, bu, təkcə Türkiyə türklərinin deyil, dünyadakı bütün türklərin ayaqda, sağlam qalmasına və gələcəyə inamla baxmasına vəsilə oldu.

Cümhuriyyətin banisi, Ulu öndər Mustafa Kamal Atatürkün bunu “egemenlik kaytsız, şartsız millətindir” kəlamı ilə dəyərləndirdiyini deyən liseyin müdiri əlavə edib ki, bu gün Türkiyə bütün sahələrdə yeni zirvələr fəth edir, böyük uğurlara imza atır, beynəlxalq məsələlərdə söz sahibi olan güclü və qüdrətli dövlət kimi tanınır.

Çıxışında Türkiyə-Azərbaycan qardaşlığına da toxunan müdir daha sonra bunları qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyevin bayram münasibətilə Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyip Ərdoğana yazdığı təbirk məktubunda da qeyd edilidyi kimi, xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək pillədə qərarlaşması böyük fəxr hissi doğurur. Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş dövlətlərarası əlaqələrimizin gündən-günə daha da dərinləşməsi və yeni məzmun kəsb etməsi qəti siyasi iradəmizin və ardıcıl birgə səylərimizin parlaq ifadəsidir”.

E.Gültəkin onu da deyib ki, Mustafa Kamal Atatürk uşaqları və gəncləri çox sevirdi. Ona görə də onun adı ilə bağlı olan bütün bayramlar, tarixi günlər məhz uşaqlar və gənclərə həsr edilib.

Sonra söz liseyin şagirdlərinə verilib. Günün anlamını ifadə edən yaddaqalan proqram əsasında şagirdlərin ifasında musiqi, rəqs və səhnəciklər təqdim edilib. Əllərində Türkiyə və Azərbaycan bayraqları olan uşaqların ifa etdikləri mahnılar məraismi izləyənlərdə xoş əhval-ruhiyyə yaradıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Oktyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri