Icma.az
close
up
RU
Türkiyə cəhd etdi, Rusiya yox dedi: Putinlə bağlı qərarı Trampdan çox sevirik dediyi qadın dəyişib? VİDEO

Türkiyə cəhd etdi, Rusiya yox dedi: Putinlə bağlı qərarı Trampdan çox sevirik dediyi qadın dəyişib? VİDEO

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Son zamanlarda ABŞ Prezidenti Donald Trampın Rusiyaya və Prezident Vladimir Putinə münasibətinin kəskin şəkildə dəyişdiyi görünür. Tramp artıq Kremlə qarşı sərt ritorika ilə çıxış edir, Ukraynada davam edən müharibəni açıq şəkildə qınayır, Putini danışıqlara razılaşmamaqda günahlandırır.

Xarici KİV-də yayılan məlumata görə, Trampın Rusiyaya münasibətinin dəyişməsinin səbəbi həyat yoldaşı Melonidir. ABŞ-ın birinci xanımı hər gün prezidentlə Ukraynadakı vəziyyətdən danışır, insanların öldüyünü deyir. Maraqlıdır ki, bir müddət əvvəl Tramp Putinlə telefon danışığından sonra Kremlin Meloniyə ondan daha çox hörmət etdiyini, ABŞ-ın birinci xanımının daha çox sevildiyini bildirib.

Trampın fikrini həqiqətən Meloni dəyişib? Bu, nə dərəcədə mümkündür?

Globalinfo.az-a danışan Məhəmməd Əsədullazadə deyib ki, Tramp Rusiya-Ukrayna müharibəsini 100 gün ərzində sona çatdıracağını qeyd edirdi:

“Lakin vəziyyət artıq çıxılmaz hala gəlib. Tramp Putinlə görüşmək istədi. Hətta, Türkiyədə Ukrayna Prezidenti Volodimir Zelenski, Vladimir Putin və Ağ Ev lideri arasında üçtərəfli görüş təşkil olundu, lakin Kreml rəhbəri bunu qəbul etmədi. Altı dəfə telefon vasitəsilə danışıqlar aparılsa da, heç bir müsbət nəticə əldə edilmədi. Hətta Rusiya prezidenti Trampla danışıqdan sonra Ukraynanın paytaxtı daxil olmaqla, digər regionlara pilotsuz uçuş aparatları (PUA) və raketlərlə zərbə endirildi. Göründüyü kimi, Putin Trampı manipulyasiya edirdi. ABŞ prezidenti isə vasitəçi olmağa və problemi danışıqlar yolu ilə həll etməyə çalışırdı. Lakin Rusiyanın Ukraynaya qarşı müharibəsi əslində Qərbə, xüsusilə ABŞ-a qarşı eksistensial müharibədir. Çünki Rusiya bu müharibə ilə öz fövqəldövlət iddialarını ortaya qoyur. Ona görə də, münaqişədə ABŞ-ın müəyyən güzəştlər etməsi zəruridir. Beləliklə, bu böhranın danışıqlar yolu ilə həlli mümkün olmadı. Tramp da telefon diplomatiyasında hər hansı müsbət nəticə əldə etmədiyindən, ABŞ-ın ənənəvi siyasətinə qayıdaraq Rusiyaya qarşı kəskin ritorikaya üstünlük verir”.

Ətraflı videoda:

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 İyul 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri