Türkiyə hərbçiləri İraqdakı hərbi bazanı tərk edəcək
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Silahlı Qüvvələrinin İraq Kürdüstanı muxtar bölgəsində yerləşən Zlikan hərbi bazasındakı kontingenti 2026-cı ilin sonunadək tamamilə çıxarılacaq.
Bunu İraqın Baş nazirinin və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəsmi nümayəndəsi Əli əz-Zeydi Sabah ən-Numan “Al-Iraqiya News” telekanalına açıqlamasında deyib.
“Başika bölgəsində yerləşən Zlikan düşərgəsindən Türkiyə qüvvələrinin mərhələli çıxarılmasına noyabr ayında başlanılacaq”, – Əli əz-Zeydi bildirib.
Rəsmi nümayəndənin sözlərinə görə, Türkiyənin bazadakı hərbi mövcudluğu ilin sonunadək başa çatacaq və obyekt İraqın təhlükəsizlik qüvvələrinin nəzarətinə veriləcək.
Ən-Numan bildirib ki, İraq-Türkiyə birgə təhlükəsizlik komitəsi artıq Zlikan bazasının təhvil verilməsi və Sincar bölgəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində fəaliyyətə başlayıb.
Onun sözlərinə görə, prosesin müəyyən edilmiş müddətdə yekunlaşdırılması üçün komitənin fəaliyyəti yaxın vaxtlarda daha da intensivləşdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 09 Noyabr 2026 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















