Türkiyə ilə İraq arasında Dəclə və Fərat çaylarında su axınının tənzimlənməsi üzrə Anlaşma Memorandumu imzalanıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İstanbul, 2 noyabr, Günel Karatepe, AZƏRTAC
İraqda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdadda bu ölkənin XİN rəhbəri Fuad Hüseyn ilə birgə mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, konfransdakı çıxışında Hakan Fidan bu gün atılacaq imzalarla İraq ilə Türkiyə arasında əldə olunacaq su idarəçiliyi anlaşmasının İraqdakı su sistemlərinin davamlı şəkildə bərpasına gətirib çıxaracağını, bunun İraq tarixində həyata keçirilən ən böyük infrastruktur sərmayəsi olacağını deyib.
PKK-nın tərksilah olması barədə danışan nazir Hakan Fidan təşkilatın Türkiyədə olduğu kimi, İraqda da terror fəaliyyətlərinə son qoymasını və işğal etdiyi ərazilərdən geri çəkilməyini gözlədiklərini bildirərək, Türkiyənin İraqın inkişafına, sabitliyinə və rifahına tam dəstəyini vurğulayıb.
İraqın xarici işlər naziri, öz növbəsində, görüş zamanı iki xalqın maraqlarına xidmət edən su məsələsini müzakirə etdiklərini deyib. Bildirilib ki, bununla bağlı razılıq daha əvvəl Ankarada əldə olunub və atılacaq imzalarla memorandum qüvvəyə minəcək.
Sonra Türkiyə ilə İraq arasında Dəclə və Fərat çaylarında su axınının tənzimlənməsi üzrə Anlaşma Memorandumu imzalanıb. Memorandum Türkiyə ilə İraq arasında Dəclə və Fərat çaylarının su bölüşdürülməsi məsələsində təxminən 75 ildir davam edən mübahisəyə son qoyur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 02 Noyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















