Icma.az
close
up
RU
Türkiyə ilə sosial xidmətlər sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Türkiyə ilə sosial xidmətlər sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 13 iyun, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və ölkəmizdə səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş arasında işçi şam yeməyi əsnasında görüş olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Mahinur Özdemir Göktaş Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirləri və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda Bakıda keçirilən ikinci iclasında iştirak etmək üçün Azərbaycanda səfərdədir.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində iki ölkə arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb. İkitərəfli əməkdaşlığımızın bütün sahələrdə, o cümlədən sosial sahədə daim genişlənməkdə olduğu qeyd edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun tətbiqinə dair 2024-2025-ci illər üzrə Fəaliyyət Planı üzrə görülən işlərdən bəhs olunub.

Əməkdaşlığın intensivləşdiyi və birgə tədbirlərin uğurla davam etdiyi nəzərə alınmaqla növbəti illər üzrə yeni Fəaliyyət Planının hazırlanmasına, gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see226

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see222

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see187

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see183

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see165

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see165

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see150

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see145

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see144

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see135

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see135

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see134

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see131

Luvr soyğunu ilə bağlı iki şübhəli saxlanıldı “Le Figaro”

26 Oktyabr 2025 15:29see128

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see127

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see127

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see126

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see126

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see123

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri