Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Xərçəng xəstələrinin sayı 67% artacaq

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Türkiyə kürd xalqının da vətənidir

Türkiyə kürd xalqının da vətənidir

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaxın Şərqin tarixi reallıqları fonunda bu regiondakı ölkələrin də tarixlərinə bağlı olduqları bir gerçəklikdir. Tarixdə imperiyalar quran, sivilizasiyalar yaradan, dinlərin əsasını qoyan bu region ölkələri öz tarixlərinin kölgəsində müasir reallıqları korrektə etməklə məşğuldurlar. Tarix anlayışının siyasətlə əvəz olunduğu son yüz illiklər onların bu regionda formalaşdırdığı müasir reallıqları idarə edir, daha doğrusu, bu reallıqları digərlərinə qəbul etdirməklə məşğul olur. Yaxın Şərq xalqlarının regiondakı mövcudiyyəti fonunda yaşamaq uğrunda mübarizə gedir. Müasir dünya düzənində onlar nə etmək istədiklərini ortaya qoyurlar. Mahiyyət etibarilə hər birinin özünə görə gerçəklikləri olan region ölkələr və ərazidə yaşayan xalqlar xarici kənar qüvvələri regiona gətirməklə vəziyyətdən çıxış yolları axtarırlar. Regionun köklü və güclü dövlətləri isə bu qarşıdurmada öz maraqlarını qorumağa çalışırlar.

Eyni regionda yaşayan kürd və türk xalqı tarixən eyni amal və ideologiya üzrə birlikdə mübarizə aparıblar. Türkiyənin bu günlərə gəlməsində hər iki xalqın böyük əməyi olub. Türkiyə dövlət kimi kürd xalqının da vətəni olub, indi də belə olmaqda davam edir.

İdeoloji baxımdan kürdlərin böyük əksəriyyəti Türkiyəni öz vətəni hesab edir. Onun güclənməsi üçün çalışır. Amma regiondan kənar qüvvələrin qarşı ideoloji təbliğatı kürd xalqı adından çıxış edən, amma kürd xalqı ilə əlaqəsi olmayan bir çox ideoloji dairələrə bağlı PKK (Kürd Fəhlə Partiyası) adı altında 1978-ci ildə yaratdığı silahlı qrup 50 ilə yaxındır ki, həm türk, həm də kürd xalqını qarşı-qarşıya qoyub. Məsələnin mahiyyəti ondan ibarətdir ki, kürd xalqı müsəlman olmaqla yanaşı, öz dininə, öz imanına bağlı mömin insanlardır. Amma PKK adı ilə çıxış edın kürd qrupların müsəlmançılıqla heç bir əlaqəsi yoxdur. Onlar əslində əksəriyyəti heç kürd də deyillər. Aralarında bir çox ölkələrin agentləri daxil, erməni, türk düşməni daxil bir çox adamlardan təşkil olunmuş dinsiz kəslərdir.

Bülent Ecevitin Baş nazirliyi dövründə Nairobidə Yunanıstanın səfirliyindən çıxarılaraq PKK başçısı Abdullah Öcalanın həbs olunub Türkiyəyə gətirilməsi və İmralı adasında həbsə salınmasından sonra keçən dövrdə tərəflər arasında bir çox qanlı olaylar baş verib. R.T.Ərdoğanın hakimiyyətə gəlməsi ilə bu mübarizə daha kəskin hal aldı və Türkiyə dövləti PKK ilə mübarizədə böyük uğurlara imza atdı. Türkiyə daxilində terror ocaqları quruduldu, PKK-nın silahlı qrupları məhv edildi. PKK-ya döyüşçü sövq edilməsi minimuma endirildi. PKK-nın İran və İraq, eyni zamanda Suriya qanadları isə ad dəyişdirərək SDQ, YPQ oldu. Amma mahiyyət dəyişmədi.

Amerika Mərkəz Komandanlığı SENTKOM-un himayəsi ilə Suriyanın az qala üçdə birinə yiyələnən YPQ-SDQ gücləri Haseke şəhərində Mazlum Abdi rəhbərliyində cəmləşiblər. Bu regiona Rojava adı verən bu güclər Suriyanın şimalında dövlət qurmaq fikrindədirlər.

Suriya Demokratik Qüvvələri (SDQ), Suriya vətəndaş müharibəsində müxalif qüvvə olaraq fəaliyyət göstərən kürd, ərəb və suriyalı xristianlardan ibarət hərbi birləşmədir. 2015-ci ildə yaradılıb və əsasən Suriyanın şimalında və şərqində fəaliyyət göstərir.

SDQ-nin əsas tərkib hissələri bunlardır:

YPG (Xalq Müdafiə Qüvvələri): Kürd döyüşçülərdən ibarət olan bu qrup, SDQ-nin əsas hərbi qüvvəsidir.

YPJ (Qadın Müdafiə Qüvvələri): YPG-nin qadınlardan ibarət qanadıdır.

Suriya Ərəb Koalisiyası: SDQ-nin tərkibindəki ərəb döyüşçülərindən ibarət qrup.

Suriya Demokratik Şurası: SDQ-nin siyasi qanadıdır.

SDQ, ABŞ və digər koalisiya qüvvələri ilə birlikdə İŞİD-ə qarşı mübarizədə fəal rol oynamışdır. 2019-cu ildə İŞİD-in Suriyada məğlub edilməsində mühüm rol oynamışdır.

SDQ-nin fəaliyyəti Suriyada mübahisəli məsələlərdən biridir, çünki bəzi ölkələr tərəfindən terrorçu qrup kimi tanınan YPG-nin bu qüvvənin tərkibində olması mübahisələrə səbəb olur.

Türkiyənin sağ mərkəz müxalifət partiyası Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı bir neçə ay öncə ikinci dəfə "Kürd açılımı" adı altında PKK və törəmələrinin silah buraxması və kürd qrupların siyasi fəaliyyətə keşməsini özündə ehtiva edən təklif irəli sürdü. Bu zaman PKK-nın həbsdə olan lideri Abdullah Öcalan silah buraxmaq üçün çağırış etməli, bütün silahlı qruplaşmalar silah buraxmalı idi və A.Öcalanın azadlığa buraxılması baş verməlidir.

Bunun üçün DEM Partiya lideri Əhməd Türk, Pərvin Buldan və Sırrı Süreyya Önder təşkilatçılığında bir qrup Öcalanla görüşdü.

Belə bir çağırış A.Öcalan tərəfindən edildi. Buna əməl edən kürd qruplaşmalar toplantı keçirdilər və PKK-nın buraxıldığını elan etdilər. Hətta bunu göstərmək üçün bir neçə “Kalaşnikov” avtomatını da yandırdılar. PKK-nın bu addımına və səmimiliyinə inananlar da oldu, inanmayanların da. Bu proses Türkiyə tərəfindən müsbət qarşılansa da, hələlik durğunluq mərhələsindədir. Məsələ ondadır ki, tərəflərin bir-birilərindən gözləntiləri var. Bununla yanaşı Suriyada məskunlaşmış yüz minə yaxın kürd silahlı qruplaşması Suriyanın yeni hakimiyyəti Əl Şaara ilə qruplaşma lideri Mazlum Abdi arasında imzalanmış müqaviləyə əsasən silah buraxmaq, Suriya ordusuna inteqrasiya kimi şərtlərini yerinə yetirmək istəmir. Burda İsrailin də əlinin olduğu deyilir. İsrail Suriyanın dürzilər yaşayan ərazilərində pozuculuq fəaliyyəti həyata keçirir. Dürzilər artıq dövlət qurmaqdan danışırlar. Hətta dürzilər ilə PKK-nın əlində olan əraziləri birləşdirən "Davud koridorunun" yaradılmasından danışılır. Göründüyü kimi vəziyyət Suriya dövləti üçün təhlükəli hal alır. Suriyanın bölünməsi planı gerçəkləşir. Türkiyə də bunun qarşısını almaq üçün ciddi cəhdlə müqavimət göstərir. Suriyanın bütövlüyünü qorumağa çalışır.

Fırat çayının Memmbiçlə sərhəd olan Tışrin bəndi və Karakozak kəndi ətrafında kürd qruplarla türkmən və Türkiyə yönümlü qruplar arasında tez-tez silahlı qarşıdurmalar yaşanır.

Türkiyənin XİN Hakan Fidan əldə olunmuş silahburaxma razılaşmasına rəğmən davam edən gərginlik fonunda Türkiyənin səbrinin sonsuz olmadığını açıqlaması və xəbərdarlıq etməsi DEM Partiya tərəfindən prosesin əngəllənməsi kimi qələmə verilərək Ankaraya onu şikayət edilməsi, hətta Hakan Fidanın vəzifəsindən belə alınmasını istəyəcəkləri söyləntiləri yayılıb. Görünən odur ki, Türkiyə hakimiyyəti də PKK-nın Suriyada silah buraxmaq fikrinin olmadığını bilir. Məsələ sadəcə vaxt qazanmaqdır. Fikrimcə, Türkiyə hakimiyyəti bu qənaətində haqlıdır. PKK heç vaxt silah buraxmadı, bundan sonra da buraxmayacaq, xüsusən də, indiki kimi zəif Suriya dövləti əlinə keçmişkən.

ABŞ-ın dəstəyi ilə Suriyada SDQ-yə minlərlə tır silah-sursat verilib. Bunların arasında hava hücumundan müdafiə sistemlərindən tutmuş dron müdafiə sistemlərinə, tank əleyhinə raket sistemlərindən tutmuş çiyindən atılan yer-hava tipli raketatan sistemləri belə var. Bu ordu İŞİD-lə mübarizə adı altında yaradılıb gücləndirilsə də, məqsədin kürd dövləti yaratmaq üçün silahlı güc formalaşdırmaq olduğu açıq görünür.

Beləliklə, ABŞ-ın Suriyanın şərqinda PKK-nı gücləndirməsi, İsrailin isə Suriyanın cənub-qərbində dürziləri ayaqlandırması eyni planın tərkib hissəsi olmaqla yanaşı Türkiyəyə qarşı yönəlmiş bir fəaliyyətdir. PKK-nın silah buraxmasının nə dərəcədə real olması şübhə doğurur.

Bütün bu məsələlərdə xarici aktorların rolu böyük maraq doğurur. Regionda ABŞ, Fransa daha çox aktiv rol oynayır. ABŞ SENTKOM idarəçiliyində və ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak ilə bu məsələləri idarə edir. Tomas Barakın verdiyi açıqlamalar əsasən Türkiyə dövlətinin maraqları ilə üst-üstə düşür. Lakin regionda gedən oyunlar iki plan üzərində qurulub ki, bunların hər ikisi Türkiyənin planlarına ziddir. Birincisi PKK-YPQ-nin qalıcı hala gətirilməsi, ikincisi isə Suriyanın federallaşması. Göründüyü qədərilə hər iki məsələ Türkiyənin istəyinə ziddir. Bəs Türkiyənin əlində hansı rıçaqlar var? İlk növbədə Türkiyənin PKK lideri Abdullah Öcalan kartını önə çıxarması bununla bağlıdır. Məsələ ondadır ki, Türkiyə bununla məsələni siyasi müstəviyə gətirməklə silahlı qarşıdurma meyllərini azaltmaq istəyir. Amma A.Öcalan bunun üçün nə qədər imkanlara sahibdir məsələsi şübhəlidir. Suriya mərkəzli Məzlum Abdi yönətimindəki qruplaşmanın onun sözünü eşitməyəcəyi böyük ehtimaldır. Çünki onlar çoxdan başqa mərkəzə bağlanıb. Əmrləri də o mərkəzdən alırlar. Türkiyə bu addımla ən azı Fransanı neytrallaşdırmağa çalışır. Əslində burda qaranlıq qalan məsələ kənar aktorların regionda nə maraqlarının olduğu gerçəyidir. Onlar burdan hansı dividentlər əldə edirlər? Məsələnin mahiyyəti dərin və maraqlıdır.

Azər Qasımov

ƏHD Partiyası İdarə Heyətinin üzvü, siyasi ekspert

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 27 Avqust 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see638

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see440

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see292

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see262

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see258

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see248

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see247

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see247

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see242

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see237

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see232

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see227

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see211

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see207

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see207

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see203

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see195

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see193

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see185

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri